2.Azərbaycanda maşınqayırma sənayesi Azərbaycanda maşınqayırma sənayesi Maşınqayırma sənayesinin inkişaf tarixi. Respublikamızda uzun illər emaledici sənayenin aparıcı sahəsi maşınqayırma sənayesi olmuşdur. Azərbaycanda yanacaq-enerji kompleksinin inkişafı ona əsas xidmət sahələrindən biri olan neft maşınqayırma avadanlıqları istehsalının inkişafına da təkan verdi. Azərbaycan neft-maşınqayırma sənaye sahəsinin əsası XIX əsrin sonlarında mexanikitəmir sexlərinin yaradılması ilə qoyulmuş və XX əsrdə sürətlə inkişaf etmişdir Ölkəmizdə maşınqayırma sənayesinin əsası 1858-ci ildə yaradılan mexaniki təmir emalatxanası iolə qoyulmuşdur. Sonralar neft sənayesinin, kimya sənayesinin və dəmiryolların inkişafı ilə əlaqədar olaraq, bu sahələrə xidmət edən maşın və metal emalı sənayesi sahələri də inkişaf etmişdir. 1911-1913-cü illərdə Bakıda 12 mexaniki zavod, I Dünya Müharibəsinin əvvəlində isə, Bakı rayonunda 127 mexaniki metal emalı müəssisələri fəaliyyət göstərirdi. Maşınqayırma sənayesinin inkişafı istehsal sahələrinin mexanikləşdirilməsi prosesinə təkan verməklə bir sıra istehsal sahələrində maşın və mexanizmlərin istehsalı genişləndi. Bu isə, özlüyündə son nəticədə avtomatlaşdırılmaya imkan yaratdı. İstehsalın kompleks mexanikləşdirilməsi mərhələlərində istehsal prosesində: - ilkin olaraq, müxtəlif icra funksiyaları maşınlara verilir ki, bu da sonrakı mexanikləşdirilmə üçün əsas sayılır. İkinci mərhələdə mexanikləşdirilmədə insan heç bir fiziki əmək sərf etmir və istehsal prosesi maşınla görülür. Üçüncü mərhələdə maşın mexanizmləri proqram vasitəsi ilə maşınlar hətta insan əqlini əvəz edə bilirlər. Respublika əraziləri üzrə maşıqayırma strukturunun ixtisaslaşdırılmış, iqtisadi cəhətdən qeyri bərabər inkişaf etmiş sahələri yerləşdirilmişdir. Respublikamızın maşınqayırma kompleksinin struktur quruluşu aşağıdakı elementlərdən ibarətdir: 1.Maşınqayırma sənayesinin birlik, müəssisə, sahə və filialların buraxdığı məhsul bir maşınqayırma istiqamətində olur; 2. Maşınqayırma sahəsinin bazası müəssisə və təşkilatlarda buraxılan materiallar, ehtiyat hissələrinin detalları maşınqayırma üçün nəzərdə tutulur; 3. Elmi-texniki müəssisələri, onların kostruktor büroları, nazirlik, birlik və onların tabeliyində olan material-texniki təchizat-xidmət təşkilatları müəssisə və bölmələrdə maşınqayırma texnikasının təmiri sahələri. İqtisadiyyatın texniki cəhətdən yenidənqurulmasında, elmi-texniki tərəqqinin və ümumiyyətlə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsində maşınqayırma həlledici rol oynayır. Maşınqayırmanın dirçəldilməsi və inkişafının təmin edilməsi bazar münasibətləri mexanizmində mühüm əhəmiyyət kəsb edir. Elektrotexnika sənayesi sahələrinin inkişafında, «Bakıelektro» avtomat avadanlıqlar zavodunun istehsal gücünün artırılması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan onun məhsullarından aşağı gərginlikli aparatlar, stansiya və bloklar üçün şitlər vəs məhsulların mçtehsalı üçün hər cür imkanlar vardır. Bu sahənin məhsulları dəmiryol stansiyalarında çox əmək tələb olunmayan yerlərdə istifadə edilir. Elektrotexnika sənayesinin dünya standartları səviyyəsində inkişaf etdirilməsi yüksək iqtisadi sahələrində istehsalın həcmində artım nəzərə çarpır. Ümumi daxili məhsulun həcmində 2000-ci ilin 9 ayı ərzində maşınqayırma sənayesində 1,7 dəfə artım olmuşdur ki. Bu da keçid dövrünün həmin şəraiti üçün yüksək göstəricidir. Respublika maşınqayırma kompleksinə daxil olan sahələrdən biri də yol çəkmə və kommunal təsərrüfatı üçün maşınqayırma kompleksidir. Bunlar əsasən yol tikintilərində və vətəndaşların meliorativ işlərində istifadə etdiyi kiçik mexanizmlərdir. Bunlardan Mingəçevirdə təcrübə- eksperimental «Yoltexnika» zavodu, Aqstafada «Azsuvarmaş» istehsalat birliyidir. Maşınqayırma sənayesinin inkişaf təmayülləri. Müstəqillik əldə edildikdən sonrakı ilk illərdə maşınqayırma sənayesi ölkədə özünü göstərən dərin iqtisadi böhranın dağıdıcı təsirinə ən çox məruz qalan sahədir. Rusiya bazarı üçün ixtisaslaşmış olan bu sahə, iqtisadi əlaqələr kəsildikdən sonra iflic vəziyyətinə düşdü. Ənənəvi bazarlara məhsul satışının kəskin azaldığı, yeni bazarlar üçün isə rəqabətqabiliyyətli məhsullar çıxarılmasının həmin dövrdə qeyri-mümkünlüyü yaradılmış nəhəng istehsal güclərinin böyük əksəriyyətinin istifadəsiz qalması və ya başqa məqsədlər üçün istifadə edilməsi ilə nəticələndi. Ölkədə daxili və xarici kapital qoyuluşu imkanlarının əsas etibarilə yanacaq energetika kompleksinin inkişafına yönəldilməsi maşınqayırma sahəsinə investisiya qoyuluşlarının ümumi investisiyalara nisbətən 0, 4%-ə qədər azalmasına səbəb olmuşdur. Bu isə mövcud istehsal güclərinin keyfiyyət göstəricilərinin pisləşmə- sinə, sahənin istehsal-texniki bazasının kritik vəziyyətə düşməsinə səbəb olmuşdur. Nəticədə Azərbaycanın ixracatında maşınqayırma və metal emalı məhsullarının xüsusi çəkisi kəskin sürətdə azalma meyli göstərmiş və 1991-ci ildə 17, 7%-dən 1994-cü ildə 14, 9%-ə, 1999-cu ildə 3, 7%-ə və 2005-ci ildə isə 1, 5%-ə qədər azalmışdır. Şübhəsiz 1999-cu ildən sonrakı bu nisbi azalma neft məhsulları ixracının sürətli artımı ilə əlaqədardır. Lakin qarşıya qoyulan vəzifələr bu nisbətin optimallaşmasını tələb edir. Hai hazırda maşınqayırma kompleksi bir-biri ilə qarşılıqlı əlaqədə olan energetika, elektrotexnika, radioelektronika, cihazqayırma, dəzgahqayırma, nəqliyyat, kənd təsərrüfatı və s. maşınqayırma sahələrini əhatə edir. Sənaye sahələri arasında maşınqayırma istehsal edilən məhsulun dəyərinə,işçilərinin sayına görə 1-ci yeri tutur. Azərbaycanda maşınqayırmanın müxtəlif məhsullarına tələbat olsa da bir çox müasir maşınqayırma sahələri inkişaf etməyib. Son illərə qədər Azərbaycanda maşınqayırmanın - neft maşınqayırması sahəsi üzrə ixtisaslaşmışdır. O, bu sahə üzrə istehsal olunan ümumi məhsulun 1/4-ni verir. Neft maşınqayırmasında ən iri müəssisələrdən biri «Başneflkimmaş Birliyi»dir. Bu müəssisə hazırladığı məhsulu 40 ölkəyə ixrac edir. Sahil qəsəbəsində yerləşən Bakı dərin dəniz özülləri zavodunda hazırlanan stasionar platformalar sayəsində Xəzərin 200-300 m-ə qədər dərinliyində quyu qazmağa imkan verir. Azərbaycanın neft maşınqayırmasına aid digər iri müəssisələri - Səttərxan adına zavod, Keşlə maşınqayırma zavodu, Binəqədi gil və poladtökmə zavodlarıdır. Bakıda elektriktökmə zavodu tikildikdən sonra Azərbaycan xaricdən daha tökmə polad almır.Son illər Azərbaycanda neft maşınqayırmasından başqa elektrotexnika, cihazqayırma, radioelektronika kimi daha yeni sahələri inkişaf edib. Elektronika sahəsi yüksək ixtisaslı kadrlar və xammal tələb edir. Azərbaycandakı ən iri elektrotexnika müəssisələri aşağıdakılardır: Bakıda-kondisioner, soyuducu, akkumulyator, lampa və transformatorlar hazırlayan zavodlar, Şamaxıdakı «Star» televizor, Mingəçevirdə kabel zavodu; Salyanda su qızdırıcıları (kalonka) zavodu mövcuddur. Radioelektronika zavodlarına Bakıda - E.H.M zavodu, Bakı radio, «Nord», «Azon» və s. zavodları aiddir. Nəqliyyat maşınqayırmasına - avtomobil və gəmiqayırma zavodları aiddir. Bakıdakı gəmiqayırma zavodunda - kiçik yedək gəmiləri düzəldilir. Bakıdakı avtomobil zavodunda yük və sərnişin maşınları buraxılır. Gəncədəki avtomobil zavodunda «Oka» avtomobilləri və «Belorus» traktorları istehsal olunur. Şamaxıdakı avtomobil zavodunda isə «Azsamand» və «Aziz» minik avtomobilləri yığılır. Mingəçevir və Zəyəmdə kənd təsərrüfatı maşınları hazırlanır. Ölkənin maşınqayırma sənayesi sahəsində müasir dövrdə elə ciddi məsələlər durur ki, onların həlli mülkiyyət və idarəçilik üsullarının, istehsalın təşkilinin daha da təkmilləşdirilməsini, hər bir alt sahənin inkişaf strategiyasına ciddi diqqət yetirilməsini tələb edir. Bizim fikrimizcə qloballaşma prosesləri nəzərə alınmaqla maşınqayırma sənayesinin xüsusi inkişaf strategiyasının hazırlanması vacibdir. Bu strategiya maşınqayırma sənayesi məhsullarının daxili və dünya bazarlarında rəqabət qabiliyyətinin artırılmasına yönəldilməsi günün təxirəsalınmaz məsələlərindəndir. Ona görə də müəssisələrdə beynəlxalq standartlara cavab verən məhsul istehsalını və onların dünya bazarına ixracını stimullaşdıran müvafiq tədbirlər görülməlidir. Çünki geniş mənada yanacaq-enerji kompleksi, xüsusi halda isə neft-maşınqayırma və metallurgiya sənaye sahələrinin bir-birini tamamlayan istehsal zənciri Azərbaycan iqtisadiyyatının inkişaf etdirəcəyi əsas istiqamətlərdəndir. Neft sənayesi və maşınqayırma kompleksinin birgə fəaliyyəti təkcə istehsalın aşağı düşməsinin qarşısını almaq, istehsal güclərinin optimal yüklənməsi, işsizliyin aradan qaldırılması kimi çox vacib istehsal-iqtisadi məsələnin həlli deyil, həm də xarici maşın və avadanlıqların idxalından imtina etməklə külli miqdarda valyutaya qənaət etmək deməkdir. Dünya bazarına çıxarılan Azərbaycan neftinin həcminin sürətlə artdığı bir şəraitdə neft-maşınqayırma sahəsində uzun illər boyu yaradılmış istehsal, elmi, intellektual potensialdan səmərəli istifadə edilməsi günün təxirəsalınmaz məsələlərindəndir. Azərbaycanda neft maşınqayırma sənayesi yüksək inkişaf etdiyi halda, eyni sözləri maşınqayırmanın digər sahələrinə aid etmək olmaz. Belə ki, respublikanın maşınqayırma zavodlarında Azərbaycanda istifadə edilən nəqliyyat vasitələrinin, kənd təsərrüfatı və digər maşınların istehsalı keçmişdə kifayət qədər təşkil edilməmişdir. Maşınqayırmanın özəyi sayılan, bütün istehsal proseslərini birləşdirən, maşınlar sistemini əmələ gətirən yeni texniki vasitələrin yaranmasını müəyyən edən dəzgahqayırma inkişaf etməmişdir. Müstəqillikdən sonrakı ilk on ildə istehsal olunmuş bütün maşın və avadanlıqların yalnız 3-5%-i dünya standartına uyğun gəlmişdir. Maşınqayırma məhsullarının rəqabət qabiliyyətinin aşağı olması onların respublikadan ixracına imkan vermir. Onu da nəzərə almaq lazımdır ki, hələ SSRİ dövründə istehsal edilən maşınların əksəriyyəti ölkənin və respublikanın ehtiyaclarına tam cavab vermirdi. İstehsal edilən avtomobil, kənd təsərrüfatı maşınları, dəzgahlar və digər texnikanın strukturunda nəhəng maşınlar üstünlük təşkil edirdi, kiçik maşınların istehsalına isə əhəmiyyət verilmirdi. Ona görə də çox vaxt kiçik həcmli yüklər qeyri-səmərəli şəkildə nəhəng avtomobillərdə daşınırdı. Hal-hazırda kiçik müəssisələrin və fermer təsərrüfatlarının sayının və əhəmiyyətinin artması ilə əlaqədar olaraq kiçik həcmli maşınlara da xaricdə olduğu kimi tələbat sürətlə çoxalmaqdadır. Maşınqayırma sənayesinin inkişaf perspektivində bu cəhət nəzərə alınmalıdır. Qlobal təsərrüfata səmərəli şəkildə inteqrasiyanı təmin etmək məqsədilə maşın və avadanlıq istehsalını modernləşdirməklə, ölkəni xammal ixracat edən ölkə durumundan çıxarmaq üçün bütün imkanlar vardır. Maşınqayırma məhsulları üzrə vahid dünya bazarına çıxmaq üçün həmin imkanların reallaşdırılması iqtisadiyyatın tərəqqisi üçün böyük imkandır. Yeni texnika və yeni idarəçilik üsullarını ardıcıl olaraq tətbiq etmək dövrümüzün təxirəsalınmaz tələblərindən biridir. Bu zaman maşınqayırmada inteqrasiya prosesləri inkişaf etmiş ölkələrin texniki vasitələrinin tipləri ilə ümumilik və harmonlaşdırma şəklində vəhdət yaradan istiqamətdə getməsi prosesinin sürətləndirilməsi olduqca vacibdir. Müasir dünya təsərrüfatına səmərəli inteqrasiya olunmaq və orada özünəməxsus yer tutmaq istəyən ölkə mütləq güclü maşınqayırma sənayesinə malik olmalıdır. Buna görədə Azərbaycan özünün rəqabət üstünlüklərini təmin edən və dünya bazarlarına rəqabətqabiliyyətli məhsul çıxara biləcək sahələri müəyyənləşdirməli və onların inkişafına daha çox qayğı göstərməlidir. Azərbaycanın tarixən neft maşınqayırması üzrə ixtisaslaşması, bu sahədə güclü elmi-texniki bazaya malik olması, ölkənin zəngin neft ehtiyatlarına xarici investisiyaların sürətli axını, habelə Xəzər regionu ölkələrinin neft maşınqayırması məhsullarına artmaqda olan tələbatı nəzərə alaraq, ölkənin neft maşınqayırması müəssisələrinin canlandırılmasının prioritet istiqamət kimi müəyyənləşdirilməsi məqsədəuyğundur.