Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


) Ətraf mühitin keyfiyyətinin itkisi və ya mühitin rahatlıq xərcləri



Yüklə 0,77 Mb.
səhifə120/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   116   117   118   119   120   121   122   123   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

3) Ətraf mühitin keyfiyyətinin itkisi və ya mühitin rahatlıq xərcləri. Açıq hava, toxunulmamış göl, yararlı meşə, təmiz və sakit yerlər – həyat keyfiyyətini yaxşılaşdıran amillərdir. İnsanlar təhlükədə olan bioloji növləri, ekoloji sistemi qorumaq və ətraf mühitin rahatlığından həzz almaq və ya gələcək nəsillərə belə im-kanların yaradılması üçün bəzi xərclərdən və xidmətlərdən imtina etməyə hazırdırlar. Ətraf mühitin keyfiyyətini kəmiyyətcə təyin etmək daha çətindir, ancaq onun itkisi dayanıqlı inkişaf prinsipləri ilə xüsusi ziddiyyətə girir. Bununla bərabər müasir nəsil gələcək nəsillərin imkanları ilə güzəşt yaratmadan öz ehtiyaclarını təmin edə bilmir.

Ətraf mühitdən təbiətdən istifadənin iqtisadi qiymətləndirmə sistemi ekoloji problemlərin həllində böyük rol oynayır. Bu sistem təsərrüfat obyektlərinin öz istehsal fəaliyyətlərini ekoloji amillərin uçotu ilə modelləşdirməyə sövq edir. Ekoloji-iqtisadi modelləşdirmə ətraf mühitin çirkləndirilməsi ilə bağlı ödəniləcək məsrəflərin minimallaşdırılması imkanı verir.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin