Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022



Yüklə 0,77 Mb.
səhifə99/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   95   96   97   98   99   100   101   102   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Analitik üsullar qrupu iqtisadi zərərlə çirk­lən­mə­­nin xarakteristikası arasında əlaqə analitik asılılığın olması ilə əlaqədardır. Bu və ya hər hansı başqa yaxınlaş­ma­dan is­tifadə olunması zərərin təyin olunmasının konkret məq­sədindən asılıdır (o cümlədən hüquqi sub­yekt­lərin qar­şılıqlı əlaqələrinin vəziyyətindən).

Bazar iqtisadiyyatı ölkələrində ətraf mühitin çirk­lən­məsindən yaranan zərərin iqtisadi qiy­mət­lən­diril­mə­sin­də çox vaxt müqayisə üsulundan istifadə olunur. Bu üsul­lar istehlakçının pul vəsaitinə əsaslanır və ona görə də onlara ətraf mühiti çirkləndirməyə imkan verilmir. Adə­tən bu halda aşağıdakı iki metodoloji yaxınlaşma tət­biq olunur:



  1. ətraf mühitin yaxşılaşdırılması üçün isteh­lak­çı­nın ödəməyə hazırlığının qiymətləndirilməsi (İÖH);

  2. ətraf mühitin pisləşməsi ilə istehlakçının ra­zı­laş­­masının hazırlığının qiymətləndirilməsi (İRH).

Çirkləndirmədən yaranan ümumi illik iqtisadi ziyan Z (manat/il) aşağıdakı düsturla hesablanır.

Z = Zx * b * Qm


Burada Zx - vahid tullantının ətraf mühitə vurduğu xüsusi ziyan, manat/il, b-vahid məhsula düşən tullantının kütləsi, t/t; Qm - illik buraxılan məhsul, t/il.

Mühitlər üzrə iqtisadi ziyan aşağıdakı düsturla hesablana bilər:


Ztt = Zatm • α + ZS • β + Zq • γ + Zya • η
burada Ztt - ayrı-ayrı mühitdən və ya müəssisələrdən ətraf mühitə atilan tullantılardan dəyən illik ümumi iqtisadi ziyan, manat/il;

Zatm - Atmosferin çirkləndirilməsindən dəyən illik iqtisadi ziyan, manat/il;

Zs - Su mənbələrinin çirkləndirilməsindən dəyən illik iqtisadi ziyan, manat/il;

Zq - torpaq sərvətlərinin çirkləndirilməsindən dəyən illik iqtisadi ziyan, manat/il;

Zya - yeraltı sərvətlərin çirkləndirilməsindən və pozuntudan dəyən illik ziyan, manat/il.

α, β, γ, η - ümumiləşdirilmiş hesabat metodunun həqiqilik dərəcəsini müəyyən edən düzəliş əmsallandrır. Hər bir əmsal ümumi sahələrə dəyən ziyanın ümumiləşdirilmiş hesabatından alınan nəticənin ayr-ayrı sahələr üzrə hesablanan ziyanm nisbətindən asılı olaraq götürülür



Ekoloji-iqtisadi zərər - çirkləndirmə nəticəsində ət­raf mühitdə, təbii ehtiyatların kəmiyyət və keyfiy­yətində baş verən mənfi dəyişikliklər, habelə bu dəyişikliklərin nə­­ticələrinin pulla qiymətləndirilməsi başa düşülür. Eko­loji zərər və onun nəticələri müxtəlif növlərdə və sa­hə­lərdə çirkləndirilmiş hava və sudan istifadə edən in­san­ların səhhətinin pisləşməsi (ictimai zərər), sənaye tul­lantıları ilə (çirkləndirilmiş torpaq sa­hə­lərinin kənd tə­sərrüfatı məhsuldarlığının azalması və s.) özünü gös­tə­rə bilər. Adətən, təbiətə vurulan zərər öl­çü­lən zaman əv­vəl­­cə müəyyən dəyişikliklər (təbii göstə­ricilərin pis­ləş­mə­si) aşkar edilir, sonra isə onlara iqtisadi qiymət ve­ri­lir.

Ekoloji-iqtisadi zərəri aşağıdakı düstur şəklində gös­tər­mək olar:




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin