Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


B – potensial iqtisadi fayda; C



Yüklə 0,77 Mb.
səhifə115/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   111   112   113   114   115   116   117   118   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

B potensial iqtisadi fayda;

C potensial xərclər;

E – ekoloji faydanı əks etdirən ekoloji elementi göstərir.

Əgər təmiz cari dəyər (qiymət - NYP) sıfırdan böyükdürsə, onda layihə səmərəli hesab edilir. Lakin, nəzərə almaq lazımdır ki, həyatda (əməli işdə) gələcək po-tensial gəliri bu günlə müqayisə etsək, qiymətləndirmədə (diskontlaşdırma), ekoloji layihə təhrif olunar. Məsələn, meşə 80-100 il ərzində yetişir, diskontlaşdırma əmsalı (r) yaxud səmərəliliyin normativ əmsalı adətən 8- 12% arasında götürülür.

Bu gün vəsait xərcləyib 1 m3 oduncağı 100 ildən sonra almaq məqsədə müvafiq deyildir. Göstərilən metodun tətbiqinin nəticələri uzunmüddətli təbiəti mühafi-zə layihələri üçün əlverişli deyildir.

Belə yanaşma təbii ehtiyatların bugünkü qiymətini aşağı salır. Gələcək nəsillərin və təbiətin mənafeləri lazımi müdafiə olunmur. Bundan başqa keçmiş dəyərin indiki qiymətlərlə ölçülməsi (diskontun yüksək norması) ehtiyatların tükənməsinə yönəldilir. Yəni bərpa olunan və bərpa olunmayan təbii ehtiyatların işlənməsi həm həvəsləndirilir, həm də tezləşdirilir.

Beləliklə, müasir iqtisadi planlaşdırmada tətbiq edilən yanaşma təbii ehtiyatların tükənməsinə səbəb olur. Adətən gələcək faydanın ölçülərinin azalması baş verir. İndiki iqtisadi fəaliyyət nəsillərin ehtiyatlara olan tələbatını gələcək nəsillərin hesabına ödəyir.

İnvestisiyaların səmərəliliyinin təyini və ətraf mühiti mühafizədə səmərəli variant seçmək üçün mümkün olan yanaşmalardan (üsullardan) biri ―gətirilmiş xərclər‖ üsuludur. Bu metodda elə variant tapmaq lazımdır ki, qarşıya qoyulmuş məqsədə çatmaq üçün xərcləri azaltmaq mümkün olsun. Başqa sözlə, yalnız məqsəd və ona tələb olunan xərc lazımdır. Ekoloji və sosial faydanı layihənin realizə edilməsi üçün konkret qərar qəbul edərkən 2 mərhələdə hərəkət etmək lazımdır. Birincidə müəssisə üçün ekoloji normativləri pozan bütün variantlar rədd edilir. İkinci mərhələdə ekoloji nöqteyi-nəzərdən qəbul edilə bilən ən az gətirilmiş xərcli variant qəbul edilir.



C + rK min...
Burada, C-cari istismar xərcləridir;

r – diskontir əmsalıdır;

K - əsaslı vəsaitdir.

Təsvir edilən metod müqayisəli iqtisadi səmərəlilik zamanı istifadə edilir.

Gətirmə və diskontir metodlarının ən əsas fərqləndirici cəhəti xərclərin özünü doğrultma müddətidir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin