Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Neftin və qazın nəqli zamanı ətraf mühitə dəyən ziyanın qiymətləndirilməsi



Yüklə 0,77 Mb.
səhifə92/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

6.Neftin və qazın nəqli zamanı ətraf mühitə dəyən ziyanın qiymətləndirilməsi

Karbohidrogenlərin nəqli zamanı ətraf mühitə dəyən ziyanlar aşağıdakı üç qrupa bölmək olar:

1) rekreasion; 2) ekoloji; 3) maddi. Rekreasion zərər ətraf mühitin rekreasion funksiyasını itirməsi ilə ifadə olunur. Məsələn, su hövzələrinin karbohidrogenlərlə çirklənməsi zamanı ondan mədəni və idman-sağlamlıq məqsədləri üçün istifadə edilməsi çətinləşir.

Eyni ilə meşə və çimərliklər də çirklənmə vaxtı rekreasion qiymətlərin itirirlər.

Ekoloji ziyan vəhşi heyvanların və quşların yaşayış şəraitinin pisləşməsindən və s. ibarətdir. Bu, məsələn, regionun mənimsənilməsi ilə əlaqədar ola bilər.

Maddi zərər ətraf mühitin maddi qiymətinin azalması və ya məhv olması ilə ifadə olunur. Misal olaraq kənd təsərrüfatı torpaqlarının və ya balıq təsərrüfatının su hövzələrinin neft ilə çirklənməsini s. göstərmək olar.

Məqalədə yalnız maddi zərərin qiymətləndirilməsi baxılmışdır.

Nəzərə alsaq ki, ətraf mühitə zərər boru kəmərinin trassının axtarışı, tikintisi və istismarı zamanı vurulur, onda tam maddi zərəri aşağıdakı kimi ifadə etmək olar [2]:

Z=Za+Zt+Zi

burada:


Za, Zt, Zi –uyğun olaraq axtarış, tikinti və istismar zamanı olan zərərlərdir.

Trassanın axtarış və boru kəmərlərinin tikintisi işlərində əsas təsirə torpaq-bitgi kompleksi və boru kəmərinin keçdiyi su hövzələri məruz qalır.

İstismar vaxtı praktiki olaraq, ətraf mühitin bütün komponentləri bu və ya digər dərəcədə təsirlərə məruz qalırlar. Ancaq bu mərhələdə də əsas yük torpaq-bitgi kompleksinin, yerüstü və yeraltı suların üzərinə düşür.

Yerin atmosfer qatı, heyvanat aləmi ətraf mühitin başqa komponentləri ilə qırılmaz əlaqədə olduğu üçün həmçinin istər axtarış-tikinti işlərində, istərsə də istismar vaxtı təsirlərə məruz qalır.

Axtarış və boru kəmərlərinin tikintisi vaxtı təsirlərin oxşar xarakterli olduğu üçün Za+Zt=Zat kimi ifadə edə bilərik [2].

Axtarış və tikinti vaxtı birbaşa maddi ziyan torpaq-bitgi kompleksinin pozulması və tikinti vaxtı mövcud normativlərə uyğun sahələrdə torpağın istifadədən çıxarılması ilə ifadə olunur. Zərərin bu hissəsini Zat1 torpaq-bitgi kompleksinin və çay məcralarının ilkin vəziyyətinin bərpa edilməsi üçün çəkilən xərclərlə (Si) qiymətləndirilir.

Zat1=KSi

K- aparılacaq əməliyyatların sayını nəzərə alan əmsal.

Boru kəmərlərinin tikintisi zamanı torpaqların müvəqqəti olaraq istifadədən çıxarılması torpaq istifadəçilərinə zərər vurur. Bu vaxt onlara aşağıdakı məbləğlərə görə vəsait ödənilməlidir.


  1. meyvə və çoxillik ağacların dəyəri;

  2. yarımçıq qalmış kənd təsərrüfatı işlərinin –şumlama, gübrə vermə, səpin və s. işlərinin dəyəri;

  3. kənd təsərrüfatı məhsullarının dəyəri

  4. həmçinin torpağın məşğul edilməsi ilə əlaqədar başqa zərərlər görə.

Yarımçıq qalmış kənd təsərrüfat işlərinin qiyməti
aşağıdakı formula ilə hesablamaq olar:

Zat2=Bb+Yn+Mqf

Burada:

Bb - tikinti zolağında bitgilərin balans dəyəri;

Yn- yarımçıq qalmış işlərin n əməliyyatlarının həyata keçirilməsi üçün çəkilən xərclər;

Mq - tikinti zolağında olan bitgilərin məhsulunun qiyməti;

İf- tikinti zolağında müvəqqəti istifadədən çıxarılmış torpaq sahəsinə görə iqtisadi ziyan.

Boru kəmərlərinin istismarı prosesində vurulan birbaşa maddi ziyan (Zi1) əsas etibarı ilə torpaq-bitgi kompleksinin, yerüstü və yeraltı suların çirklənməsi ilə ifadə olunur.

Süxur mühitinin çirklənməsi, torpağın istifadədən müvvəqqəti çıxarılması ilə eyni götürülə bilər. Ona görə Zi1-i eyni ilə Zat2-nin asılılığı ilə qiymətləndirmək olar. Layihə vəziyyətinin stabilləşdirilməsi üçün çəkilən xərcləri (Zi2), həmçinin Zat1-in təyin edildiyi formula ilə hesablamaq olar. Karbohidrogenlərlə çirklənmiş sahələri, adətən rekultivasiya və regenerasiya edirlər. Çirklənmiş süxur mühitinin rekultivasiya və regenerasiya edilməsinə çəkilən xərclər aşağıdakı formula ilə hesablanır:

Zi3=FCr

F- çirklənmiş ərazinin sahəsi;

Cr- torpağın rekultivasiyasına çəkilən xərclər.

Boru kəmərlərinin keçidlərində çayların məcralarının, sahil sahələrinin yuyulmasının qarşısını almaq üçün işlər əsas etibarı ilə sahil bərkitmə tədbirlərindən ibarətdir. Bu işlərin qiymətləndirilməsi (Zs.b.) analoji olaraq Zat1 kimi qiymətləndirilə bilər.

Sualtı boru kəmərlərində baş verən qəza nəticələrində su hövzələrinə vurulan birbaşa zərər aşağıdakı formula ilə hesablanır:

Zs1= BZ+ST+Tq

burada


BZ – balıq təsərrüfatına vurulan ziyan;

ST - su hövzələrinin təmizlənməsi üçün çəkilən xərclər;

Tq - çirklənmiş suyun istifadə üçün təmizlənməsinə çəkilən əlavə xərclər.

Su mənbəyi kimi istifadə olunan yeraltı suların karbohidrogenlər ilə çirklənməsi zamanı birbaşa maddi ziyanı Zs2 su yığma qurğularının qurulmasına və ya yeni su mənbələrinin yaradılmasına çəkilən xərclərlə təyin etmək olar.

Beləliklə, yerüstü və yeraltı suların çirklənməsindən yaranan zərəri aşağıdakı formula ilə hesablamaq olar:

Zs= Zs1+ Zs2

Yuxarıda deyilənləri nəzərə alaraq magistral boru kəmərlərinin axtarış, tikinti və istismar proseslərində ətraf mühitə vurulan tam birbaşa zərər:

Z= Zat1+ Zat2+ Zi1+ Zi2+ Zi3+ Zs.b.+ Zs

Qazın və neftin nəqli sistemlərində baş verən qəzalar nəticəsində karbohidrogenlərin ətraf mühitə dağılması səbəbindən təbii ekosistemin məhsuldarlığının azalması, əhalinin sağlamlığının pisləşməsi, iş vaxtının itirilməsi, təbii ehtiyatların qiymətdən düşməsi xalq təsərrüfatına dəyən zərəri təyin edən zaman nəinki sənaye sahəsinin özünə dəyən zərər, həmçinin çirklənmiş təbii ehtiyatlardan istifadə etmiş xalq təsərrüfatının digər sahələrinə dəymiş ziyan da hesablanmalıdır.

Neft və qaz sənayesinin özünün itkisinə aiddir: itirilən məhsulun (neftin və ya qazın) qiyməti, qəzanı aradan qaldırmaq üçün aparılan təmir işlərinin qiyməti, avadanlıqların boş dayanmalarından yaranan itki.

Başqa sahələrin itkisinə aiddir: sənayedə və kənd təsərrüfatında olan itki, balıq təsərrüfatında olan itki, meşə təsərrüfatında olan itki.İtirilən məhsulun dəyəri aşağıdakı düsturla hesablanır:

Si=QxV+G

burada:

Qx- 1000m3 qazın və ya 1ton neftin satış qiyməti;

V- qəza nəticəsində dağılan neftin və ya qazın faktiki miqdarı;

G- dağılan neftin və qazın emal olunacağı təqdirdə alına biləcək əlavə gəlirlər.

Qəza hallarını aradan qaldırmaq üçün təmir işlərinə çıkilən xərclər:

Dq=Mə+Ə+E+Ak

Mə- qəzanı aradan qaldırması zamanı istifadə edilən materialların, yanacağın dəyəri;

Ak- əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) ;

Ə- planda nəzərdə tutulmayan əlavə əmək haqqları və məcburi sosial sığorta haqqları;

E-ezamiyyət xərcləri.

Sənaye müəssisələrinin karbohidrogenlərlə çirklənmiş sudan istifadə etməsi avadanlıqların dayanmasına, onlarda ərp və korroziyanın əmələ gəlməsinə, təmirarası müddətin azalmasına , buraxılan məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olur.

Kənd təsərrüfatında olan itkilər aşağıdakılardır:

Bitkiçilikdə karbohidrogenlərlə çirklənmiş su ilə suvarma nəticəsində kənd təsərrüfatı məhsullarının məhsuldarlığının azalması və ya məhsulun bir hissəsinin məhv olması, karbohidrogenlərin əkin sahələrinə və otlaqlara dağılması nəticəsində torpağın duzlaşması və “ölüləşməsi”, heyvandarlıq sahəsində çirklənmiş suyun içilməsi nəticəsində heyvanların məhv olması, heyvandarlıq məhsullarının keyfiyyətinin pisləşməsi və s.

Meşə təsərrüfatında olan itkilər: ağacların bir hissəsinin məhv olması, ağac materiallarının keyfiyyətinin dəyişməsi və bunun nəticəsində onların qiymətlərinin aşağı düşməsi və s.

Balıq təsərrüfatında olan itkilər: su hövzələrinə lay sularının və karbohidrogenlərin axıdılması balıqların zəhərlənməsinə, xırda balıqların məhv olmasına, balıqların yem ehtiyatlarının məhv olmasına, balıq məhsullarının keyfiyyətinin pisləşməsinə, kürülərin məhv olmasına və s. səbəb olur. Zəhərlənmiş balıq məhsullarından istifadə etdikdə, insan orqanizmi üçün də təhlükə yaranır. Belə ki, zəhərlənmiş balıqların bədənində yığılan bəzi komponentlər kanserogen xassəyə malikdir.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin