Anti – loqarifmalayıcı gücləndirici
A nti – loqarifmalayıcı gücləndirici aşağıdakı sxem üzrə qurulur:
Burada şərtində
olması üçün olmalıdır. Buna uyğun olaraq
yaza bilərik. İfadədən – ın qiymətini tapsaq
olduğunu görərik. Burada olduğunu nəzərə alsaq, onda
alarıq. Göründüyü kimi çıxış gərginliyi giriş gərginliyinin antiloqarifmasına uyğundur, beləliklə, sxem antiloqarifmalayıcı funksiyasını yerinə yetirmiş olur.
§ Siqnal vurucusu
Bəzən elektronikada 2 siqnalın hasilini müəyyən etmək, yaxud siqnalı kvadrata yüksəltmək lazım gəlir. Bu zaman loqarifmalayıcı və anti – loqarifmalayıcı sxemlərin xüsusiyyətlərindən istifadə olunur. 2 siqnalın hasilinin müəyyən etmək və ya siqnalı kvadrata yüksəltmək üçün bu siqnallar əvvəlcə loqarifmalayıcı gücləndirici sxemində loqarifmlənir, daha sonra isə cəmləyici və anti – loqarifmalayıcı gücləndiricidə funksional çevrilməyə məruz qalır. Bu halda alınan siqnal ya 2 siqnalın hasilinə, ya da siqnalın kvadratına mütənasib olur.
Bu cür funksiyanı yerinə yetirən sixemi – siqnal vurucusunu aşağıdakı sxem üzrə qurmaq olar:
Əməliyyat gücləndiricisi üzərində qeyri – xətti sxemlər.
Amplitud xarakteristikasına görə əməliyyat gücləndiriciləri 2 rejimdə işləyir. Xarakteristikanın xətti hissəsində bu sxemlər bütövlükdə xətti sxemlər adlanır. Əməliyyat gücləndiricisinin xarakteristikasının qeyri – xətti hissəsində qurulmuş sxemlər isə qeyri – xətti sxemlər adlanır. Qeyri – xətti sxemlərə analoq komparator, Şmitt triggeri, simmetrik və qeyri – simmetrik multivibratorlar, tək vibratorlar, xətti dəyişən gərginlik generatoru vəs. daxildir.
Analoq komparator
Analoq komparator əməliyyat gücləndiricisi üzərində qurulur və 2 siqnalı müqayisə etmək üçün istifadə olunur. Komparator rejimində əməliyyat gücləndiricisi 2 siqnalı müqayisə edir və onların bərabərliyi halında çıxış siqnalı kəskin olaraq dəyişir, yəni vəziyyətindən vəziyyətinə və ya əksinə dəyişir. Komparator ümumi halda aşağıdakı kimi işarə olunur:
İnteqral texnologiyalarda komparatorlar xüsusi sxem variantlarında, əməliyyat gücləndiricisində isə fərqli variantlarda hazırlanır. Bəzi hallarda müqayisə edilən siqnallar komparatorun giriş siqnallarının buraxılabilən qiymətindən böyük olur. Bu halda gərginlik bölücülərindən istifadə olunur:
Bir çox hallarda isə müqayisə edilən siqnallardan biri “0” – a bərabər olur. Bu rejimdə işləyən komparatorlar xüsusi adla “sıfır orqanı” adlanır:
Şmitt triggeri
Şmitt triggeri əməliyyat gücləndiricisinin komparator rejimində qurulur və düzbucaqlı rele xarakteristikasına malik olan bir qurğudur. Şmitt triggeri aşağıdakı kimidir:
Sxemin amplitud xarakteristikası da şəkildə göstərilmişdir. Burada
Burada
və müqavimətləri müsbət əks əlaqəni təşkil edir. Bunu nəzərən alsaq
yaza bilərik. Praktiki sxemlərdə olur. Bu zaman isə sxem aşağıdakı kimi olar:
Bu cür sxemin amplitud xarakteristikası da şəkildə əks olunmuşdur.
Sxemin özəlliyi ondan ibarətdir ki, girişə verilən siqnalı çıxışın müəyyən qiyməti ilə müqayisə olunur.
Şmitt triggeri üzərində bir sıra sxemlər qurulur ki, bunlara da simmetrik və qeyri – simmetrik multivibratorlar, gözləmə rejimli multivibrator (təkvibrator), xətti dəyişən generatorlar və digər sxemləri misal göstərmək olar.
Dostları ilə paylaş: |