§ Dairəvi sayğac sxemləri (impuls paylayıcıları)
Dairəvi sayğac sxemləri obyektlərin dairəvi olaraq qoşulub – açılması, yaxud onların qrup şəklində qoşulub – açılması sxemlərində, eləcə də yaddaş elementlərində (dinamik yaddaş – DRAM) istifadə olunan xüsusi sxemlərdir.
Register sxemlərinə uyğun olaraq bunlar da sola sürüşdürən və sağa sürüşdürən sxemlərə malik olurlar, lakin bu sxemləri fərqləndirən cəhət registerlərdən fərqli olaraq onlara yazılan informasiyanın itməməsi və dövri olaraq sürüşdürülməsidir.
Dairəvi sayğac sxemlərinin iş rejimlərinə nəzər salaq. Bunun üçün informasiyanı soldan qəbul edib sağa sürüşdürən register sxeminə nəzər salaq:
S ağa sürüşdürməli dairəvi register sxemi isə aşağıdakı kimidir:
§ Universal reversiv registerlər
Hal – hazırda istehsal olunan registerlər içərisində daha universal register sxemləri mövcuddur ki, onlar özlərində həm ardıcıl, həm də paralel registerlərin xüsusiyyətlərini birləşdirirlər. Bu tip registerlər avtomatika, telekommunikasiya, xüsusilə də komputer texnologiyalarında deniş tədbiq olunurlar.
Bu registerlər aşağıdakı rejimlərdə işləyirlər:
1. Bloklama rejimi
2. Soldan qəbul edib sağa sürüşdürmə rejimi
3. Sağdan qəbul edib sola sürüşdürmə rejimi
4. Paralel kodda qəbul etmə rejimi
Bu registerləri idarə etmək üçün registerdə əlavə idarəedici kod girişləri istifadə olunur.
Sxemdə İQ – idarə qurğusudur. Onu ümumi şəkildə aşağıdakı kimi göstərmək olar:
4 dərəcəli universal reversiv register sxemi aşağıdakı kimidir:
Universal reversiv registerin işarəsi isə aşağıdakı kimidir:
Bu registerlərlə işləyərkən əsas məsələlərdən biri registerin informasiya girişini uyğun triggerin girişi ilə uzlaşdırmaqdır. Bunu aşağıdakı kimi göstərmək olar:
Dostları ilə paylaş: |