§ Siqnal formaşaldırıcıları və impuls generatorları.
İstənilən rəqəmli və ya analoq qurğu özünün tərkibində müəyyən təyinatlı siqnal formalaşdırıcılarına və impuls generatorlarına malik olurlar. Adətən rəqəmsal qurğuları idarə etmək üçün tək siqnaldan istifadə olunur.
Ən sadə halda belə siqnal formalaşdırıcıları kimi kontaktların açılıb – qapanması ilə idarə olunan açarlar istifadə olunur. Burada çıxışda alınan siqnal qığılcım effektli olub aşağıdakı formaya malikdır:
B u effektin qarşısını almaq üçün ən ideal variant aşağıdakı sxemlərdir:
Bəzi hallarda tək siqnal hasil etmək üçün aşağıdakı sxemlərdən istifadə olunur:
Müasir texnologiyalarda tələb olunan müddətli impuls siqnalları formalaşdırmaq üçün RC dövrələrindən istifadə olunur:
Bir çox hallarda tələb olunan siqnal forması impulslar ardıcıllığı şəklində olur. Bu cür siqnallar hasil etmək üçün aşağıdakı sxemlərdən istifadə olunur:
Burada NOT elementlərinin ardıcıllığı özünü gecikdirmə müddəti kimi aparır
Bununla da sxem simmetrik impuls generatoru kimi işləyir. Sadə generator sxemləri RC dövrələri üzərində qurulur. Bunlar NAND və NOR məntiq elementlərində qurula bilərlər. Belə bir generator sxemi aşağıdakı kimi göstərilə bilər:
Komputer sistemlərində, daha böyük dəqiqlik tələb olunan sistemlərdə isə kvars generatorlardan istifadə olunur. Bu halda yuxarıda göstərilmiş sxemdə kondensator əvəzinə kvarsdan istifadə edilir.
Bir çox hallarda prosesləri idarə etmək üçün eyni siqnal mənbəyindən formalaşan parafaz, yəni fazaya görə sürüşmüş siqnallardan istifadə olunur. Bu siqnalı əldə etmək üçün aşağıdakı sxemlərdən istifadə olunur:
Burada sürüşdürmə registerlərindən (baxılan misalda sağa sürüşdürmə registeri) istifadə oluna bilər.
§ Əməliyyat gücləndiriciləri, parametrləri və xarakteristikaları
Əməliyyat gücləndiriciləri çoxkaskadlı (3-5 kaskad) sabit cərəyan gücləndiriciləri olub çox böyük gücləbdirmə əmsallarına malikdirlər
Ə məliyyat gücləndiriciləri aşağıdakı kimi işarə olunurlar:
5 kaskadlı əməliyyat gücləndiricilərində I və II kaskadlar diferensial gücləndirici, III və IV kaskadlar adi gücləndirici, V kaskad isə emitter təkrarlayıcısıdır. 3 kaskadlı əməliyyat gücləndiricilərində isə I kaskad diferensial gücləndirici, II kaskadlar adi gücləndirici, III kaskad isə emitter təkrarlayıcısıdır.
Əməliyyat gücləndiricisində – inversləyən girişdir. Yəni, bu girişə siqnal verilərsə, onda
– isə inversləməyən, düz giriş adlanır. Yəni, bu girişə siqnal verilərsə, onda
Əgər hər iki girişdə siqnal olarsa, bu halda əməliyyat gücləndiricisi özünü diferensial (fərq) gücləndiricisi kimi aparacaqdır.
Adətən əməliyyat gücləndiricisi 2 qida mənbəyinə olur
Hal – hazırda 1 qida mənbəyi ilə işləyən əməliyyat gücləndiriciləri də mövcuddur.
Əməliyyat gücləndiricisinin əsas xarakteristikası amplitud xarakteristikasıdır. Bu xarakteristika aşağıdakı kimidir:
Amplitud xarakteristikasında 1 – invers girişlə, 2 – isə düz girişlə işləyərkən alınan xarakteristikalardır. Xarakteristikada I hissələr xətti rejimə (gücləndirmə), II hissələr isə qeyri – xətti rejimə (doyma) uyğun gəlir və hər iki rejim geniş istifadə olunur.
Xətti rejimə əsasən güclənmə əmsalı
Qeyri – xətti rejimə əsasən isə güclənmə əmsalı
və ya
Əməliyyat gücləndiricisinin əsas parametrləri aşağıdakılardır:
- giriş müqavimətinin qiyməti;
– çıxış müqavimətinin qiyməti;
– giriş cərəyanının qiyməti;
- çıxış kaskadının tipindən asılıdır.
Digər parametr isə cəld işləmə qabiliyyətidir. Hal – hazırda ən cəld işləyən əməliyyat gücləndiriciləri qiymətə malikdirlər.
Bundan başqa əməliyyat gücləndiricilərinin qida gərginliklərinin qiyməti kimi bir göstəriciləri də mövcuddur:
Əməliyyat gücləndiriciləri dərin mənfi əks əlaqə ilə qurulurlar. Məhz buna görə də müxtəlif əməliyyatları yerinə yetirə bilirlər.
Əməliyyat gücləndiricilərinin həm xətti, həm də qeyri – xətti rejimində sxemlər qurulur və bu sxemlər də uyğun olaraq xətti sxemlər və qeyri – xətti sxemlər adlanır.
Dostları ilə paylaş: |