Mühazirələr konspekti Bakı-2021 § Bipolyar və unipolyar tranzistorlarda qurulmuş açar sxemləri


§ Analoq – rəqəm çeviriciləri (ARÇ)



Yüklə 1,58 Mb.
səhifə23/26
tarix15.06.2023
ölçüsü1,58 Mb.
#130426
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   26
are

§ Analoq – rəqəm çeviriciləri (ARÇ)
Analoq – rəqəm çeviriciləri girişlərinə verilən analoq siqnalı, yəni gərginlik və cərəyanı rəqəm koduna (siqnallarına) çevirən qurğulardır. Analoq – rəqəm çeviriciləri iş prinsiplərinə görə əslində 2 qrupa bölünür:

  1. Zamana görə dikretləşdirmə prinsipində işləyən çeviricilər;

  2. Səviyyəyə görə kvantlama prinsipində işləyən çeviricilər.

ARÇ – də xəta çeviricinin çıxış kodunun kiçik dərəcəsinin qiyməti ilə xarakterizə olunur:

ARÇ – nin digər göstəricisi onun cəld işləmə qabiliyyətidir. Bu göstərici giriş siqnalının çıxış koduna çevrildiyi müddət ilə xarakterizə olunur.



  1. Paralel tipli analoq – rəqəm çeviriciləri

Paralel tipli çeviricilər səviyyəyə görə kvantlama prinsipində işləyirlər və ən cəld işləyən qurğular sırasına daxildirlər. Onun iş prinsipini aşağıdakı sxem vasitəsilə izah edək:

Sxem aşağıdakı kimi işləyir:


Burada girişinə çevrilən gərginlik, girişinə isə etalon siqnallar verilir. Sxemin iş prinsipi ölçülən kəmiyyətinin etalon gərginliyinin müəyyən qiymətləri ilə müqayisə edilməsinə və yüksək dərəcəyə malik komparatorun çıxış siqnalının formalaşdırılmasına əsaslanır. Sxemin cəld işləmə qabiliyyəti komparatorun müqayisə edib çıxış siqnalını formalaşdırması tezliyindən, xətasi isə etalon qiymətlərinin kiçik dərəcəsinin qiymətindən asılıdır.



  1. Zaman intervalı – kod çeviriciləri (period kod çeviriciləri)

Hal – hazırda zaman intervalının koda çevrilməsi çox böyük dəqiqliklə reallaşdırıldığından bir çox analoq – rəqəm çeviricilərində ölçülən kəmiyyət aralıq zaman intervalına və daha sonra isə rəqəm koduna çevrilir.
Zaman intervalının koda çevrilməsi ümumiyyətlə Nonius metodu adlanır və prinsipi zaman intervalının əvvəlinə uyğun bir start siqnalı formalaşdırmaq, sonra isə uyğun bir stop siqnalı formalaşdırmaqla həmin müddət ərzində ikilik sayğacı etalon impulslarla doldurmaqdan ibarətdir.
Z aman intervalı – kod çeviricisinin sxemi aşağıdakı kimidir:

Sxem aşağıdakı kimi işləyir:


Ölçülən zaman intervalının ön cəbhəsindən trigger “1” vəziyyətinə gətirilir, AND elementi açılır və takt takt impulsları generatorunun tezlikli impulsları ikilik sayğaca daxil olmağa başlayır. Zaman intervalının sonunda arxa cəbhə ilə trigger “0” vəziyyətinə gətirilir, AND elementi bağlanır və bu müddət ərzində ikilik sayğacda toplanmış impulsların sayı zaman intervalının davametmə müddətinə bərabər olur. Burada xəta start və stop siqnallarının tezlikli impulslarla üst – üstə düşməsindən asılıdır və xətanı azaltmaq (yəni dəqiqliyi artırmaq) üçün tezliyini artırmaq lazımdır, bu isə ikilik sayğacın tutumunun artırılması deməkdir.



  1. Yüklə 1,58 Mb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin