MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Qarabağ xanlığı. Qarabağ xanlığının



Yüklə 418,25 Kb.
səhifə46/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   42   43   44   45   46   47   48   49   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Qarabağ xanlığı. Qarabağ xanlığının əsası 1748-ci ildə Cavanşir nəslindən olan Pənahəli xan (1748-1763) tərəfindən qoyulmuşdu. Pənahəli xan vaxtilə Nadir şah tərəfindən Xorasana köçürülmüş, indi isə Vətənə geri dönən Cavanşir və başqa elləri öz əvvəlki yurdlarında məskunlaşdırdı. Xanlıqda möhkəmləndirilmiş şəhər olmadığından Pənahəli xan 1748-ci ildə ilk əvvəl Bayat qalasını tikdirdi. Ona düşmən mövqedə dayanan Cavanşir, Otuziki tayfaları, Xəmsə xristian məlikləri Şəki hakimi Hacı Çələbiyə məktublar göndərərək onu Pənah xana qarşı savaşa çağırdılar. 1748-ci il Bayat savaşında Şəki və Şamaxı xanlıqlarının birgə qoşunu bir aylıq mühasirədən sonra heç bir uğur qazanmayıb geri çəkilməli oldu. Hacı Çələbi xan məğlubiyyətini kişi kimi boynuna alaraq demişdi: “Pənahəli bir xan idi, biz gəldik onunla dava elədik və bir iş də görə bilmədik. Biz indi onu şah edib qayıdırıq.” Bayat qalasında böyük hərbi qüvvə saxlamaq mümkün olmadığından Pənahəli xan 1752-ci ildə yeni bir Şahbulağı qalasını inşa etdirdi. Pənahəli xan daxildə öz hakimiyyətini gücləndirdikdən sonra Gəncə, Naxçıvan, Ərdəbil və Qaradağ xanlıqlarını öz təsiri altına ala bilmişdi. Pənahəli xan 1752-ci ildə Şəki xanlığına qarşı Kartli çarı II İrakli ilə ittifaqa girərək Qızılqaya xəyanətində də iştirak etmişdi.

Pənahəli xan xanlığın müdafiəsini gücləndirmək üçün dağların içində daha möhkəm və sarsılmaz qala tikmək qərarına gəldi. Əvvəllər şəhər olmuş və monqollar tərəfindən dağıdılmış yaşayış məskənində 1756-1757-ci illərdə Şuşa şəhərinin binası qoyuldu və qala tikildi. Dövrünün görkəmli sənətkarları hasar, bürc və divar çəkib, şəhərdə uca imarətlər və geniş binalar tikdilər. Keçmiş Səfəvi mülkləri uğrunda mübarizəyə girişən Məhəmmədhəsən xan Qacar 1757-ci ildə 30 minlik ordu ilə Qarabağa hücum etdi. Xatın arxı deyilən yerdə baş verən döyüşdə Pənah xan qalib gəldi. Məhəmmədhəsən xanın iki topu ələ keçirildi və qalaya gətirildi. 1759-cu ildə urmiyalı Fətəli xan Əfşarın Şuşaya hücumu dəf edilsə də, Pənahəli xan oğlu İbrahimxəlil ağanı girov verib, zahirən itaət göstərərək məsələni dinc yolla həll etdi. 1763-cü ildə Pənahəli xanın urmiyalı Fətəli xanın əsas düşməni fars Kərim xan Zəndlə birlikdə Urmiya xanlığına hücumda iştirak etməsinin əsas səbəbi də oğlunun girovluqda qalması idi. 1763-cü ildə Kərim xan Zəndin fitnəsinə uyub “Şiraz qonaqlığı”nda iştirak edən Pənahəli xan müəmmalı şəkildə Şirazda vəfat etdi. Xanlıq taxtına çıxan İbrahimxəlil xanın hakimiyyəti dövründə (1763-1806) Qarabağ xanlığı daha da gücləndi. O da atası kimi Kartli çarlığı və Rusiyanın himayə etdiyi xristian məliklərinin pozuculuq hərəkətlərinə son qoydu. XVIII əsrin 80-ci illərində qubalı Fətəli xanın bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdimək siyasətinin tərkib hissəsi olan Qarabağ yürüşlərinin qarşısını aldı. Bu yolda Kartli çarı II İrakli ilə müttəfiqlik münasibətlərinə girdi. 1780-ci ildə müttəfiqlər Gəncə xanlığını ələ keçirdilər. İbrahimxəlil xan müəyyən dövrlərdə öz nüfuzunu Naxçıvan və Təbriz xanlıqlarına yaya bilmişdi. İbrahimxəlil xan Rusiya ilə də diplomatik əlaqələr saxlayaraq rusların Qarabağ xanlığı ərazisində “erməni çarlığı” yaratmaq cəhdlərinin qarşısını almışdı. İbrahimxəlil xanın dövründə Qarabağ xanlığı o dərəcədə güclənmişdi ki, tam müstəqil xarici siyasət yeridirdi. İbrahimxəlil xan, nəinki Kərim xan Zənd, hətta Ağa Məhəmməd xan Qacardan belə çəkinmirdi. Qonşuluqda olan iki güclü - Rusiya və Osmanlı dövlətləri özlərinin Qafqaz siyasətində bu xanlığın gücünü və nüfuzunu hökmən nəzərə almalı olurdular.

Qarabağ xanlığının ərazisi 21 mahala bölünmüşdü. Qarabağ çox böyük hərbi qüvvəsi olan xanlıqlardan biri idi. Xan savaşa çıxdıqda 10 mindən 15 minədək döyüşçü toplaya bilirdi. Qoşunun tərkibində atlı, piyada, tüfəngçi və topçu hissələri var idi. Mirzə Camal yazdığına görə Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət idi. Qeyri-nizami çəriklə yanaşı, xanın daimi hərbi qulluqçulardan ibarət qvardiyası da fəaliyyət göstərirdi. Xanlıqda pənahabad adlanan gümüş pul kəsilirdi. Xanın yanında fəaliyyət göstərən məşvərətçi orqan divanxana adlanırdı. Divanxana xanın yaxın əyanlarından və ali müsəlman din xadimlərindən təşkil olunmuşdu.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin