Mühazirələr Müəllimlər: Babayev E. A, Rzayeva T.İ. Sumqayit 2020 f ə nnin m ə qs ə


Silindrin kompleks çertyojunun qurulması. Düz dairəvi silindrin



Yüklə 131,33 Kb.
Pdf görüntüsü
səhifə17/43
tarix25.12.2023
ölçüsü131,33 Kb.
#196964
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   43
529-19.111

Silindrin kompleks çertyojunun qurulması. Düz dairəvi silindrin 
kompleks çertyojunun qurulması onun oturacaqlarının O və O
1
mərkəzlərinin 
qurulması ilə başlayır. O mərkəzi horizontal müstəvi üzərində, O
1
isə fəzada 
yerləşir. Onun alt oturacağı isə H müstəvisi üzərində, üst oturacağı isə H 
proyeksiyası müstəvisinə paralel olduğundan onların horizontal proyeksiyaları öz 
ölçüsünə bərabər çevrə, frontal proyeksiyaları isə çevrənin diametrinə bərabər olan 
düz xətti parçaları olur. Alt oturacağın frontal proyeksiyası X proyeksiyası oxu 
üzərində, üst oturacağın frontal proyeksiyası isə X oxuna paralel düz xətti 
parçasıdır. Oturacaqların verilmiş radiuslarına əsasən onların proyeksiyaları 
qurulur. Şəkil 8. 


Şəkil 8. 
Üst və alt oturacaqların frontal və profil proyeksiyalarının kənar nöqtələrini 
birləşdirən vertikal düz xəttlər şəkilir. Bu xətlər uyğun olaraq silindrin frontal və 
profil proyeksiyalarının gözəçarpan doğuranları olur. Düz dairəvi silindrin frontal 
və profil proyeksiyaları düzbucaqlı şəklində alınır.
Silindrin frontal proyeksiyasından görünən və görünməyən doğuranları 
müəyyən etmək üçün onun horizontal proyeksiyasınin O´ mərkəzindən X oxuna 
paralel düz xətt çəkilir. Bu düz xətti çevrəni iki hissəyə bölür. Əgər O´ 
mərkəzindən Y oxuna paralel düz xətt çəksək, silindrin profil proyeksiyasından 
görünən və görünməyən doğuranları təyin etmək olar. Bu düz xətt çevrəni sol və 
sağ hissələrə böləcək. Çevrənin sol hissəsinin nöqtələrindən keçən doğuranların 
profil proyeksiyaları görünəcək, onun sağ hissəsinə mənsub olan nöqtələrdən 
keçən doğuranların profil proyeksiyaları görünməyəcək.
Konusun kompleks çertyojunun qurulması
. Əvvəlcə konusun oturacağının 
O mərkəzi qurulur. Onun oturacağı H müstəvisi üzərində yerləşdiyindən, 
oturacağın horizontal proyeksiyası əsl ölçüsünə bərabər olan çevrə, frontal 
proyeksiyası isə X oxu üzərinə düşən düz xətt parçası olur. Bu düz xətt parçasının 
uzunluğu çevrənin diametrinə bərabər olur. Sonra konusun S təpə nöqtəsi qurulur. 
S nöqtəsinin frontal proyeksiyası oturacağın frontal proyeksiyasının uc nöqtələri 
ilə birləşdirilməklə, konusun frontal proyeksiyası alınır. Düz dairəvi konusun 
horizontal proyeksiyası çevrə, frontal proyeksiyası isə bərabərtərəfli üçbucaq olur.


Konusun oturacağının profil proyeksiyası Y oxu üzərində yerləşən düz xətt 
parçası kimi alınır. Bu parçanın uzunluğu oturacağın diametrinə bərabər olur. 
Konusun S nöqtəsinin profil proyeksiyası oturacağın profil proyeksiyasının uc 
nöqtələri ilə birləşdirilərək konusun profil proyeksiyası alınır. 
Konusun proyeksiyalarının görünən və görünməyən elementlərini təyin 
edətkən konusa təpə nöqtəsi tərəfindən baxdıqda, onun səthi tam göründüyündən
verilmiş konusun bütün doğuranlarının horizontal proyeksiyası görünən olacaq. 
Doğuranların frontal proyeksiyasının görünən olub olmadığını təyin etmək üçün O´ 
nöqtəsindən X oxuna paralel bir düz xətt çəkilir, həmin düz xətt çevrəni iki bərabər 
hissəyə bölür.Çevrənin aşağı hissəsi üzərindəki nöqtələrdən keçən doğuranların
frontal proyeksiyası görünən, yuxarı hissədəki nöqtələrindən keçən doğuranların 
frontal proyeksiyası görünməyən olur. O´ nöqtəsindən Y oxuna paralel düz xətt 
çəksək, konusun profil proyeksiyasında görünən və görünməyən doğuranları təyin 
etmək olar. Ardıcıllıq eyni ilə frontal proyeksiyası kimi aparılır. Şəkil 9. Bu düz 
xətt çevrəni sağ və sol bərabər hissələrə ayırır. Sol hissədə nöqtələrdən keçən 
doğuranların profil proyeksiyası görünəcək, sag hissəyə mənsub olanlar isə 
görünməyəcək. Görünən doğuranlar üzıərindəki profil proyeksiyalar görünən
görünməyən doğuranlar üzərində olanlar isə görünməyəndir. 
Şəkil 9 

Yüklə 131,33 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin