Proyeksiya müstəvilərini əvəzetmə metodunda həndəsi elemen sabit
saxlanılır, proyeksiya müstəvilərindən biri isə istənilən vəziyyətdə yerləşdirilən
yeni müstəvi ilə əvəz edilir.
Proyeksiyalama ortoqonal olduğundan yeni proyeksiya müstəvisi əvəz
olunmayan proyeksiya müstəvisinə perpendikulyar qalmalıdır. Bu zaman yeni
Şəkil 1
proyeksiya müstəvisi elə yerləşdirilir ki, verilən elementin bu müstəvi üzərindəki
proyeksiyası qoyulan məsələnin həlli üçün əlverişli şəkil alsın. Şəkil 2 – də ixtiyari
AB düz xətt parçasının əsil boyunun qurulması göstərilmişdir.
Şəkil 2
Bunun üçün AB düz xətt parçası və horizontal proyeksiya müstəvisi tərpənməz
saxlanılır. Frontal proyeksiya müstəvisi isə AB düz xətt parçasına paralel, horizotal
proyektləndirici V
1
müstəvisi ilə əvəz edilir. Bu vaxt çertyojda horizontal
proyekləndirici müstəvisinin yığıçı xassəyə malik olan proyeksiyası AB düz xətt
parçasının parçasının horizontal proyeksiyasına A´B´ paralel ( düz xəttin
proyeksiyalayıcı müstəviyə paralelliyi şərtinə əsasən) çəkilərək yeni proyeksiya
oxu qurulur – X
1
oxu. Horizontal proyeksiya müstəvisi tərpənməz qaldığına görə,
AB düz xətt parçasının A və B uc nöqtələrinin horizontal proyeksiya müstəvisində
olan məsafələri, yəni onların Z
A
və Z
B
koordinatları dəyişməz qalır.
Yuxardakıları nəzərə alaraq, A vı B nöqtələrinin Z
A
və Z
B
koordinatlarının
qiymətini köhnə sistemdən götürüb, yeni sistemdə qeyd edirik. Bunun üçün A´ və
B´ nöqtələrindən X
1
oxuna perpendikulyarlar çəkirik və bu perpendikulyarlar
üzərində Z
A
və Z
B
məsafələri qeyd edirik. Aldığımız A
1
´´ və B
1
´´ nöqtələri
birləşdirərək, AB düz xətt parçasının yeni frontal proyeksiyası A
1
´´B
1
´´ qurulur.
AB düz xətt parçası yeni sistemdə V
1
frontal proyeksiya müstəvisinə paralel
vəziyyətə gətirilir. Onda bu düz xətt parçasının A
1
´´B
1
´´ frontal proyeksiyası
verilmiş AB parçasının əsil boyuna bərabər alınır.