-
əgər kompleks çertyojda nöqtənin heç bir proyeksiyası X oxu üzərinə
düşmürsə, demək nöqtə fəzada yerləşir;
-
əgər kompleks çertyojda nöqtənin proyeksiyalarından biri X oxu üzərində
yerləşərsə, demək nöqtə proyeksiya müsəvisi üzərindədir.
-
kompleks çertyojda nöqtənin iki proyeksiyası proyeksiya oxu üzərinə düşürsə,
demək nöqtənin özü də həmin proyeksiya oxu üzərindı yerləşir.
Düz xətt parçasının iki və üç müstəvidə proyeksiyası
.
İstiqamətini dəyişmədən daim hərəkət edən
nöqtələr çoxliğuna düz xətt
deyilir. Düz xətt parçasının proyeksiyasını qurmaq üçün onun iki uc nöqtələrinin
proyeksiyasını qurub, həmin nöqtələrin eyni adlı proyeksiyalarının nöqtələrini
birləşdirmək lazımdır. Düz xəttin proyeksiyası onun
öz ölçüsündən böyük ola
bilməz.
Düz xətt fəzada işarə olunduğu kimi – AB və ya kompleks çertyojda
göstərildiyi kimi ( A´B´ ;A´´B´´ ; A´´´B´´´) oxunur. Düz xətt parçası proyeksiya
müstəvisinə nəzərən ixtiyari yerləşə bilər.
1.
Yalnız horizontal proyeksiya müstəvisinə paralel düz
xəttə horizontal düz xətt
deyilir. Horizontal düz xəttin horizontal proyeksiyası X oxuna paralel, profil
proyeksiyası isə Y proyeksiya oxuna paralel olur.
2.
Yalnız frontal proyeksiyamüstəvisinə paralel düz xəttə frontal düz xətt deyilir.
Frontal düz xəttin horizontal proyeksiya X oxuna paralel, profil proyeksiyası isə
Y proyeksiya oxuna perpendikulyar olur. Bu düz xətt parçasının
frontal
proyeksiyası X və Z oxlarına görə ixtiyari olmaqla həmin parçanın özünə
bərabər alınır.
3.
Yalnız profil proyeksiya müstəvisinə paralel olan düz xəttə profil düz xətt
deyilir.
V-frontal proyeksiya müstəvisidir, H-horizontal proyeksiya müstəvisidir.
W-profil proyeksiya müstəvisidir.
Kompleks çertyojdan da göründüyü kimi bu xəttin horizontal və frontal
proyeksiyası X oxuna perpendikulyarbir düz xətt üzərində yerləşir. Profil düz xətt
parçası profil proyeksiya müstəvisinə paralel olduğundan, onun həmin müstəvi
üzərindəki proyeksiyası düz xətt parçasının özünə bərabər olacaqdır.
4.
Horizontal proyeksiya müstəvisinə perpendikulyar
düz xətt horizontal
proyeksiyalayıcı düz xətt adlanır.kompleks çertyojda bu düz xəttin horizontal
proyeksiyası bir nöqtə, frontal proyeksiyası X oxuna, profil proyeksiyası isə Y
oxuna perpendikulyar düz xətt olmaqla verilmiş düz xətt parçasının öz boyuna
bərabər şəkildə təsvir olunur.
5.
Proyeksiya müstəvilərindən heç birinə perpendikulyar perpendikulyar və ya
paralel olmayan düz xəttə ixtiyari düz xətt deyilir. Bu düz xəttin horizontal və
frontal proyeksiyaları X oxu ilə 0
0
və 90
0
– dən fərqli bucaq altında yerləşirlər.
İxtiyari düz proyeksiyaları həmişə onun əsl boyundan kiçikdir.
Hər üç müstəvi bir-birinə qarşılıqlı perpendikulyardır. AB düz xətt parçasının
proyeksiyalarını qurmaq üçün onun iki (baçlanğıc və son) nöqtəsinin
proyeksiyaları təyin edilir və sonra eyni adlı nöqtələrin proyeksiyaları düz xətlə
birləşdirilir. Beləliklə, a
1
b
1
-verilmiş AB düz xəttinin frontal proyeksiyası, ab-
horizontal proyeksiyası və a
11
b
11
-profil proyeksiyası olur.
V müstəvisini əvvəlki
vəziyyətində saxlayaraq, H müstəvisini 90
0
aşağı və W müstəvisini 90
0
yan tərəfə
döndərək. Onda müstəvilərin açılışı alınır. Buna kompleks çertyoj deyilir.
Kompleks çertyojda düz xəttin özü olmur və yalnız proyeksiyaları olur.
Kompleks şertyojda 3-cü proyeksiya (profil) daimi K xəttinin köməyi ilə qurulur.
A nöqtəsinin koordinantları X
a
У
a
Z
a
ilə, B nöqtəsinin koordinantları X
b
,У
b
,Z
b
ilə
işarə edilir.
Dostları ilə paylaş: