1.
Bir düz xətt üzərində olmayan üç nöqtə ilə (a)
2.
Düz xətt və onun xaricində yerləşən nöqtə ilə ( b)
3.
İki kəsişən düz xətt ilə ( c)
4.
İki paralel düz xətt ilə ( d)
5.
Yastı həndəsi fiqur ilə ( e)
şəkil 1
Müstəvinin proyeksiya müstəvisi ilə kəsişmə
düz xəttinə müstəvinin
izi
deyilir
.şəkil 2. Müstəvinin horizontal proyeksiya müstəvisi ilə kəsişmə düz xəttinə
müstəvinin
horizontal izi
, frontal proyeksiya müstəvisi ilə kəsişmə düz xəttinə
müstəvinin
frontal izi
, profil proyeksiya müstəvisi ilə kəsişmə düz xəttinə
müstəvinin
profil izi
deyilir.
Şəkil
Müstəvinin vəziyyətləri.
Müstəvilər proyeksiya
müstəvilərinə nəzərən paralel, perpendikulyar və
ixtiyari vəziyyətlərdə ola bilər.
1.
Horizontal proyeksiya müstəvisinə paralel müstəvi horizontal müstəvi
adlanır. Şəkil 1. Bu müstəvi eyni zamanda frontal
və profil proyeksiya
müstəvilərinə perpendikulyardır.
İzlərlə verilmiş ɑ horizontal müstəvisinin frontal izi X oxuna paraleldir.
Horizontal proyeksiya müstəvisinə paralel üçbucaq şəklində verilmiş yastı fiqurun
h müstəvisinə proyeksiyası onun özü boyda üçbucaqdır. Bu üçbucağın frontal
proyeksiyası X oxuna paraleldir.
Qeyd etmək lazımdır ki, bu müstəvi üzərində yerləşən nöqtə,
düz xətt və
yastı fiqurların frontal proyeksiyaları həmin müstəvinin frontal izi ( proyeksiyası)
olan düz xətt parçası üzərinə düşürlər.
2.
Frontal proyeksiya müstəvisinə paralel müstəvi frontal müstəvi adlanır (şəkil2).
Bu müstəvi eyni zamanda horizontal və profil proyeksiya müstəvilərinə
perpendikulyardır.
şəkil2
Kompleks çertyojdan görünür ki, izlərlə verilmiş ɑ
frontal müstəvisinin
horizontal horizontal izi X oxuna paraleldir. V proyeksiya müstəvisinə paralel
A b c
yerləşmiş üçbucağın frontal proyeksiyası özü boyda üçbucaqdır. Bu üçbucağın
horizontal proyeksiyası X proyeksiya oxuna paraleldüz xətt parçasıdır.
3.
Profil proyeksiya müstəvisinə paralel müstəvi profil müstəvi adlanır. Şəkil 3
şəkil 3
Profil müstəvi eyni zamanda horizontal və frontal proyeksiya müstəvilərinə
perpendikulyar yerləşir. Şəkildən göründüyü kimi profil müstəvinin horizontal
və frontal izləri X oxuna perpendikulyar xətlərdir.
Dostları ilə paylaş: