şəkil 1
Bu zaman cisim
iki yerdən fikrən kəsilir, orta hissəsi atılaraq kənar hissələri
yaxınlaşdırılır. Qırma bütöv dalğavari xətlə göstərilir.
Bu zaman ölçü xətti tam
çəkilir və uzunluğun real qiyməti göstərilir.
2.
Çertyojda paralelopiped formalı cisimləri və deçikləri bir təsvirdə vermək olar.
3.
Təsvirdə verilmiş silimdrik konus, sferik və s. formalı cismin üzərində müstəvi
səthlər varsa, onun daha aydın verilməsi üçün həmin yerdə nazik xətlərlə
diaqonallar çəkilir.
4.
Cismin görünüşü və
kəsimi simmetrik fiqur olarsa, təsvirin yalnız yarısını və
ya yarısından bir qədər çoxunu gəstərmək olar (şəkil 2). Hər iki halda təsvirin
simmetriya oxu çəkilməlidir. Fiqurun yarıdan çoxu verildikdə qoparma xətti
verilir.
Şəkil 2 şəkil 3
5.
Cismin üzərində eyni quruluşa və ölçüyə malik
elementlər varsa və onlar
bərabər məsafədə yerləşirsə,
elementlərdən birini tam, yerdə qalanlarının isə
mərkəzlərini göstərmək kifayət edir ( şəkil 3).
6.
əgər kəsən müstəvi içi dolu cismin və ya onun hissələrinin oxu boyunca
yönləmişsə, onun təsviri kəsilməyən kimi göstərilə bilər. ( şəkil 4).
7.
əgər detalın baş səthdəki dörd ədəd deşiklərin
mərkəzləri onun daxili
yuvasındakı pazdan fərqli olaraq simmetriya xətlərinin üzərinə düşmürsə, belə
halda deşikləri kəsilmiş kimi göstərmək olar ( şəkil 5)
Şəkil 5
8.
Əgər kəsən müstəvi dərinlik və deşik göstərən fırlanma səthinin oxundan
keçərsə kəsik fiqurun konturu qapalı çəkilir ( şəkil 6).
Şəkil 6.
9.
Deşiklərin formasını aydınlaşdırmaq məqsədilə cismin tam təsviri əvəzinə,
yalnız deşiyin konturunu göstərmək olar. Şəkil 7
də cismin çertyoju iki
təsvirlə verilmişdir. Bu təsvirlər cismin üzərindəki yuvanın formasını tam
aydınlaşdırmadığından, yuvanın üst görünüşünün çəkilməsinə ehtiyac
duyulur.
Şəkil
şəkil
10.
Təsvirdə kontur xətti ilə simmetriya oxu üst – üstə düşdükdə görünüş
ilə kəsimin hissəsini bütöv dalğavari nazik xətlə ayırmaq lazımdır. Şəkil 8.
Şəkil 4
əgər cismin simmetriya oxu üzərinə təsvirin xarici səthində yerləşmiş tili
düşərsə dalğavari xətt tildən sağda çəkilir.
Dostları ilə paylaş: