Bəzi hallarda kəsimlər görünüşlərlə birləşdirilir. Şəkil 8
Şəkil 8
Cismin məhdud sahəsinin daxili quruluşunu götərmək üçün tətbiq edilən
kəsimlər yerli kəsimlərdir. (şəkil 9) – də göründüyü kimi detalın bir tərəfində
silimdrik deşik vardır. Onun dərinliyini və formasını müəyyən etmək üçün detala
yerli kəsim vermək kifayət edir. Yəni detalın yalnəz deşik olan hissəsini kəsmək
kifayətdir.
Şəkil 9
Kəsimlər bir kəsici müstəvi ilə alındıqda sadə kəsim, bir neçə kəsici müstəvi ilə
alındıqda mürəkkəb kəsim adlanır. Mürəkkəb kəsimlər özləri də sınıq və pilləli
olmaqla iki qrupa ayrılır. Sınıq kısimdə kəsici müstəvilər bir – biri ilə müəyyən
bucaq altında kəsişir( şəkil 11). Pilləli kəsimlərdə isə müstəvilər bir – birinə paralel
olur. Şəkil10
Dostları ilə paylaş: