Mühazirələr Müəllimlər: Babayev E. A, Rzayeva T.İ. Sumqayit 2020 f ə nnin m ə qs ə


Verilmiş iki görünüşə görə üçüncü görünüşün qurulması



Yüklə 131,33 Kb.
Pdf görüntüsü
səhifə21/43
tarix25.12.2023
ölçüsü131,33 Kb.
#196964
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   43
529-19.111

Verilmiş iki görünüşə görə üçüncü görünüşün qurulması

Fərz edık ki, göstərilən şəkildə modelin frontal və proful proyeksiyaları 
verilib. Horizontal proyeksiyasının qurulması tələb edilir. İlk olaraq verilmiş iki 
proyeksiyanı diqqətlə nəzərdən keçirmək lazımdır. Lazım gəldikdə ayrı – ayrı 
hissələri işarələmək olar. Nəzərə almaq lazımdır ki, müxtəlif həndəsi cisimlərin 
horizontal proyeksiyaları eyni olur. Məsələn: dördüzlü və üçüzlü piramida, konus, 
üçüzlü prizma və s. üçbucaq şəlkində; kürə, silindr, konus və s. dairə şəklində 
görünə bilər.
Bundan sonra modelin əsl görünüşünü dəqiqləşdirmək və horizontal 
proyeksiyanı qurmaq lazımdır.
34 
16 Z 11 
20 
54 
R 11 24 
28 
X O У 

У 
28
Detalın verilmiş iki görünüşünə əsasən onun çatışmayan üçüncü görünüşünün 
qurulması tədris xatakteri daşımaqla şagirddə fəza təsəvvürünü artırır və onda 
çertyojun oxunma vərdişini inkişaf etdirir. Şəkil 2 də verilmiş detalın çatışmayan 
profil pryeksiyasının qurulması tələb edilir. Detalın təhlilindən görünür ki, o bir 


birinə perpendikulyar olan prizmatik hissələrdən ibarətdir. Alt prizmanın 
hündürlüyü 15 mm, eni 40mm və uzunluğu 50 mm- dir. Üst prizmanın bir 
tərəfində 10x 15 mm olan yuva vardır. Ölçüləri isə eni 10mm, uzunluğu 30mm, 
hündürlüyü 40mm – dir. 
Şəkil 2 
Şəkil 3 – də şəkil 2 – də verilən detalın profil proyeksiyasının çəkilmə 
ardıcıllığı verilmişdir.
1.
Nəzərə almalıyıq ki profil proyeksiya frontal proyeksiya ilə eyni səviyyədə 
yerləşir. Buna görə də frontal proyeksiyadan horizontal rabitə xətlərini çəkirik 
(şəkil 3 a). 
2.
Detalın simmetrik olduğunu nəzərə alaraq, profil proyeksiyasının simmetriya 
oxunu çəkirik. Horizontal proyeksiyada detalın enini xarakterizə edən ölçüləri 
profil proyeksiyada qeyd edirik.( Şəkil 3 b)
3.
Frontal və profil proyeksiyalardan çəkilmiş rabitə xətlərinin uyğun olaraq 
profil proyeksiyada kəsişmə nöqtələrini taparaq onları birləçdiririk.( şəkil 3 c). 
4.
Sonda artıq xətləri pozaraq , zəruru kəsik verilir və detalın hazırlanması üçün 
lazım olan ölçü xətləri göstərilir. Şəkil 3 d 


şəkil 3 

Yüklə 131,33 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin