Mühazirələri tərtib edən: dosent Əliyev Mahir Əlişah baki-2014



Yüklə 0,67 Mb.
səhifə10/102
tarix10.05.2022
ölçüsü0,67 Mb.
#57227
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   102
Marketinq

Demoqrafik amillər. Demoqrafik amillər ölkə əhalisinin tərkibində baş verən dəyişiklikləri xarakterizə edir. Bura əhalinin təbii artımı və ya azalması; əhalinin yaş st­rukturu; ailələrin sayı; ailədə uşaqların sayı; yeni evlənənlərin sayı; əhalinin miq­ra­siyası; əhalinin ümumi təhsil səviyyəsinin dəyişməsi və digər demoqrafik amillər aiddir.

İqtisadi amillər. Bu amillər ölkənin iqtisadi vəziyyətini xarakterizə edir və bütünlükdə bazarın tutumuna təsir edən ən mühüm amildir. Bu amillərə ölkənin təsərrüfat tipi; ümumi daxili məhsulun və milli gəlirin həcmi; adam başına ümumi məhsulun və milli gəlirin həcmi; ölkənin iqti­sadi inkişaf tempi; qiymətin səviyyəsi; inflyasiya səviyyəsi; işsizlik səviyyəsi; kredit alma imkanı; ölkə iqtisadiyyatına investisiya qoyuluşu və s. iqtisadi göstəricilər aiddir.
2.2.2. Marketinqin siyasi-hüquqi mühiti

Siyasi-hüquqi mühit amilləri sahibkarlıq fəaliyyətinin həyata keçiril­məsi və tənzimlənməsi qaydalarını, bazar subyektləri arasındakı əlaqələrin təşkili və isteh­lak­çıların hüquqlarının müdafiəsi qaydalarını, həmçinin öl­kədəki siyasi vəziyyəti xa­rakterizə edir. Bura siyasi amillər; hüquqi amillər və istehlakçıların hüquqlarının müdafiəsi amilləri aiddir.



Siyasi amillərə siyasi stabillik; valyuta məhdudiyyətləri; xaric­dən məhsul alın­masına münasibət: dövlət aparatı; ayrı-ayrı siyasi və dövlət xa­dimlərilə qarşılıqlı münasibətlər və digər siyasi amillər aiddir.

Hüquqi amillərə ölkədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini və tən­zim­lənməsini təmin edən qanunlar və qanunvericilik aktları və onlara əməl edilməsi üzərində dövlət nəzarəti sistemi aiddir.

İstehlakçıların hüquqlarının müdafiəsi amillərinə bütünlükdə cəmiy­yə­tin, o cümlədən istehlakçıların mənafeyinin qeyri-mükəmməl, haqsız sa­hibkarlıq fəaliyyə­tin­dən və sahibkarların məsuliyyətsiz fəaliyyətindən müdafiəsini təmin edən amil­lər, həmçinin sahibkarlıq etikası və isteh­lak­çıların hüquqlarının müdafiəsi üzrə dövlət və ictimai təşkilatlar aiddir.
2.2.3. Marketinqin mədəni mühiti

Mədəni mühit dedikdə, cəmiyyətin dəyərlər sistemini, qavrama mo­de­lini, tələ­batlarını, həyat və davranış tərzi­ni formalaşdırmağa kömək edən sosial institutlar və digər güclər başa düşülür. Marketinqin mədəni mühit amillərinə bəşəri və milli mədəniyyət; sub­mə­də­niy­yətlər; milli adət-ənənə­lərə sadiqlik; insanların bir-birinə, ictimai ins­ti­tut­lara və cəmiyyətə müna­sibəti; cəmiyyətin mədəni inkişaf səviyyəsi; həmçinin danışıq­la­rın aparıl­ması tərzi və digər mədəniyyət amil­ləri daxildir.

Bəşəri mədəniyyət. Bəşəri mədəniyyət dedikdə, bütün dünya xalq­ları­nın qəbul və əməl etdiyi dəyər və normalar sisteminin, qavrama mo­de­linin, davranış ste­reo­tiplərinin və s. məcmusu başa düşülür.

Milli mədəniyyət. Milli mədəniyyət ayrı-ayrı millətlər və xalqlara məxsus olan dəyərlər və normalar sisteminin, qavrama modelinin, davranış ste­reo­tiplərinin və s. məcmusudur. Müxtəlif millətlərin mədəniyyətində olan bu fərqlər məhsulların dif­fe­­rensiallaşdırılmasını, marketinq komplek­sinin və strategiyasının onlara uyğunlaşdı­rıl­masını və deməli, hər bir bazar (və ya bazarlar) üçün xüsusi marketinq strate­gi­ya­sının və proq­ram­larının hazırlanmasını tələb edir.

Submədəniyyət. Submədəniyyət dedikdə, həyat təcrübəsinə və cə­miyyətdəki mövqeyinə uyğun olaraq bütünlükdə cəmiyyətdə və müxtəlif millətlərdə üstünlük təşkil edən dəyərlərdən fərqlənən oxşar dəyərlər siste­minə, tələbatlara və dav­ranış tərzinə malik olan geniş istehlakçılar qru­pu (ayrı-ayrı etnik qruplar, irqi, dini, dil əlamətlərinə və s. görə formalaşmış qruplar) başa düşülür.

2.2.4. Marketinqin təbii mühiti



Təbii mühit amilləri müxtəlif dövlət təşkilatlarının, ictimai təşkilat və hərə­kat­ların təbiətin mühafizəsi, ekoloji tarazlığın qorunması uğrunda mübarizəsilə əlaqə­dardır və istehlakın sosial dəyərini, onun cəmiyyətə ver­diyi xeyrin və yaxud ziyanın dəyərini xarakterizə edir. Bu amillərə ölkənin təbii sərvətləri və onlardan istifa­də­nin intensivliyi, ekoloji cəhətdən təmiz məhsulların istehsalı və istifadəsi, bəzi təbii resursların ehtiyatlarının tükən­­məsi və qıtlığı, məhsulun qablarının utilizasiya səviyyəsi, təbiətin çirkləndirilməsi səviyyəsi, yerin ozon qatının mühafizəsi və yeni məhsulla­rın heyvanlar üzərində təcrübədən keçirilməsinə qarşı mübarizə ilə əla­qə­dar olan amillər aiddir.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin