MühazirəLƏrin toplusu fənn müƏLLİMİ- I.ü. f d., Səmədov Sakit Müzəffər baki- 2022 Giriş



Yüklə 1,8 Mb.
səhifə65/85
tarix15.11.2022
ölçüsü1,8 Mb.
#69304
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   85
RƏQƏMSAL MARKETİNQ MÜHAZIRƏLƏRIN TOPLUSU

AZƏRBAYCAN BRENDLƏRİ
9.1 Azərbaycanda milli brendlərin reytinqi

Ölkə rəhbərliyi tərəfindən birbaşa nəzarət edilən strateji yol xəritəsinin icrası prosesilə bağlı çoxsaylı tədbirlər keçirilir. Bu layihənin aparıcı hissələrindən sayılan Milli Brendlərin yaradılmasında əlverişli konsaltinq xidmətləri təmin edilir. Hazırda Azərbaycanda Milli Brendlərin yaradılması üçün hansı addımlar atılır, hansılar atılmalıdır və ümumiyyətlə nələr gözlənilir?


Qeyd edək ki, Strateji Yol Xətitəsində Milli Brendlərin yaradılması prosesinə son dərəcə ciddi əhəmiyyət verilir ki, bu da ölkə iqtisadiyyatının brend amilinin əhəmiyyəti kimi qəbul edilir. Azərbaycan iqtisadiyyatının inkişafı üçün brendin rolunun nə qədər vacib olduğunu dövlət tərəfindən qeyd edilir. Ölkədə Milli Brendlərin yaradılması və brendlərin reytinqini yüksəltmək istiqamətində görüləcək işlərin nə qədər vacib olduğu vurğulanır. Hazırda xarici təcrübələrə əsaslanmaqla, Azərbaycan şirkətlərinin brend reytinqinin yüksək səviyyədə hazırlanma metodologiyası qurulur. Bunun tətbiqi üçün, xarici təcrübələr öyrənilir, Azərbaycan xalqı arasında güclü brendin nə olduğunu başa düşmək üçün sorğular keçirilir.
Ölkə brendlərinin reytinqini yüksək səviyyədə hazırlamaq üçün dörd komponentə diqqət yetirilməlidir. Bu komponentlər: tanınma, spontan tanınma, imic və müştəri məmnuniyyəti.
Tanınma - brendlərin tanınma səviyyəsidir.
Spontan tanınma - brendin “Top of Mind” olaraq ilk sual verildikdə nə deyilir?
İmic - brend haqqında təəsüratlar nədir?
Müştəri məmnuniyyəti - brendlə müştəri arasında olan münasibətlərin öyrənilməsidir
Xarici müştərilər razıdırmı? Sualı verilərkən, bura CS indexslər və ümumi müştəri rəyləri aiddir.
Daxili müştərilər razıdırmı? dedikdə - işçilərin çalışdıqları və şirkətdən razılıq dərəcələrinin nəzərə alınmasıdır. Əgər işçi məmnun deyilsə, deməli, son müştəri də məmnun ola bilməz və s.
ArGe(R&D) - brendlərdə araşdırma və gəlişdirmə fəaliyyətinin rolunun təhlil edilməsidir.
Yeni məhsulların brend satışında payı dedikdə - satışda yeni məhsulların payının nə qədər olması nəzərdə tutulur.
Şirkət daxilində yeni məhsulun yaradılma prosesi necə işləyir? dedikdə - məhsulun sürəti və ümumi qoyulan xərclərin nəzərdən keçirilməsidir.
Corafi əhatə - yerli brendlərin təmsil olunduqları ərazilərin təhlil edilməsilə: ölkə daxilində distribyusiya faizi və xarici bazarlarda iştirak faizlərinin öyrənilməsi nəzərdə tutulur.
Beləliklə, bu komponentlər əsasında ölkədə Milli Brendlərin reytinqi qurulmalıdır.
Sahələr: qida və qeyri-qida sənayesi üzrə pərakəndəçi brendlər. Hələlik yalnız sənaye şirkətlərinin iştirakı təmin edilir. Onlar da müzakirə predmeti olacaqlar.
Bu reytinq Milli Brendlərin gücünü artıracaq və onlara sübut edəcəkdir ki, müasir biznesdə brend qurmadan üzun müddət çalışmaq mümkün deyil. Güclü ölkə brendlər hesabına, rəqabətqabiliyyətli məhsullar və ya xidmətlər təklif edə bilərik. Hamı bilməlidir ki, əlavə dəyərli məhsullar satmaqla biznesi inkişaf etdirmək olar. Bu yol da, təbii ki, güclü brendlər yaratmaqdır. Bilirik ki, 2014-cü ildən ölkə başçısının sərəncamilə “Sənaye ili” elan edildi və bu sahənin rəngarəng məhsulları, ölkənin daxili bazarilə yanaşı beynəlxalq arenaya da çıxarılmağa başlandı.


Made in Azərbaycan brendi necə yaradılmalıdır?
Kodak brendindən nələri öyrənə bilərik? Bir dəfə Corc İstman (George Eastman) dostlarilə balıq tutmağa gedirlər. Corc dostlarına deyir ki, tutduqları balıqları mən bişirmək istəyirəm. “Siz sadəcə ocağı qalayın və qalanını mən edəcəyəm”. Bu soz əfsanəvi brendin sahibinin xoşuna gəlir və balıq bişirə-bişirə dəfələrlə təkrarladığı “You lay the fire – İ do the rest” sözlər dünyanın ən təsirli sloqanlarından birinin yaranmasına səbəb olur: “Sadəcə siz düyməni basın, qalanını isə bizə buraxın”. “You press the button - we do the rest”. Mövzu Kodak brendinin yaranma tarixindən bəhs edilir.
Kodak brendinin və ya dünyanın varlı ailə şirkətlərindən biri, Estman Kodakın yaradılması muasir dövrdə biznes fəaliyyətinə başlamaq istəyənlərə mükəmməl nümunədir.
Gənc İstman ofis işçisi olaraq çalışa-çalışa öz biznesini qurmaq haqqında düşünənlər üçün mükəmməl bir nümunədir. 1880-ci illərdə Amerika hakimiyyəti Dominikan Respublikasının maraqlarını qorumaq məqsədilə Haiti adasında hərbi qoşunlarını yerləşdirmək qərarı alır. Bunu eşidən gənc sahibkar adaya gedib, oradan 3-5 sot torpaq almaq istəyir ki, tezliklə orda qiymətlər qalxacaq. Torpaq almaq, sonra isə varlı amerikan investorlarına satmaq üçün “innovasiya” hesab edilən bir fikir düşünür. O torpaqların şəklin çəkməklə investorlara göstərib, daha tez satacağına inanaraq, vaxt itirmədən foto çəkmək üçün qurğu alır. Xoşbəxtçilikdən İstmanın işlədiyi yerdən buna icazə vermirlər və o, Haiti adasına gedə bilmir. Aldığı foto aparat qurğusu “faydasız” bir əşya olaraq, əlində qalır. Lakin bu aparatla gənc sahibkarın foto çəkmək marağı artır.
Bir gün ingilis jurnallarının birində foto çəkilişini asanlaşdıran bir qurğu barədə məqalə yazılır və məqalənin müəllifi ingilis alimi, yazdıqlarının patentini almır. İstman amerikanlara xas, sözü gedən innovatsiyanı öz adı ilə patentləşdirir. Dayısından 800 dollar borc alaraq, dünyada foto çəkilişinin nə olduğunu bilən və hamının tanıdığı Kodak brendini yaranır.
Brendin biznes konsepsiyası çox sadədir: foto çəkiliş prosesi çox asan olduğuna görə, hamı sadəcə bir “düymə basmaqla” foto çəkiliş edir. Konsepsiya özünü mükəmməl olaraq bir sloqanla bərkidir. Sloqan – bir brendin ideyalarını və fəlsəfəsini müəyyənləşdirən, vacib kommunikasiya vasitəsidir. Uğurlu sloqan sadəcə brendə dəyər qatmaqla deyil, çox vaxt brendi əfsanəyə çevirir. Araşdırmalar göstərir ki, istehlakçılar sloqanını bəyəndiyi brendi özlərinə daha yaxın hesab edir və 37% daha çox satın alırlar. Uğurlu sloqan brendin mövqeyini və fəlsəfəsini istehlakçılara daha əlverişli çatdırmaq üçün bir vasitədir. Uğurlu bir sloqan brendin yaddaqalmasını təmin edir və istehlakçıda brendi digər rəqiblərindən fərqləndirən əsas faktordur.

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin