MühazirəLƏrin toplusu fənn müƏLLİMİ- I.ü. f d., Səmədov Sakit Müzəffər baki- 2022 Giriş



Yüklə 1,8 Mb.
səhifə2/85
tarix15.11.2022
ölçüsü1,8 Mb.
#69304
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   85
RƏQƏMSAL MARKETİNQ MÜHAZIRƏLƏRIN TOPLUSU

1.2 Rəqəmsal marketiq terminləri


SMM (Sosial Media Marketing) – SMM (Sosial Media Marketinqi) - sosial şəbəkələrdə səhifə, qrup, profil yaratmaq, onların reklamı və s. təmin edən rəqəmsal marketinqin ən geniş yayılmış qollarından biridir. Sosial şəbəkə marketinqindən müştərilər ilə əlaqə saxlamaq, dialoq və müzakirə yaratmaq üçün istifadə getdikcə şirkətlər üçün daha da əlverişli olmuşdur. Müştərilərlə əlaqə yaratmaq, dialoq və müzakirə yaratmaq üçün sosial şəbəkə marketinqindən istifadə etmək zamanla şirkətlər üçün daha əlverişli hala gəlib. 2015-ci ildə Facebook-a abone olanların sayı təxminən 126 milyon, YouTube istifadəçilərinin sayı isə orta hesabla 77 milyondan çox olub.
SMO – Sosial Media üçün saytın optimizasiya olunması deməkdir. Məsələn, “Bəyən, Paylaş” kliklərinin saytda yerləşdirilməsi, sosial şəbəkə hesabı ilə fikir ifadə etmək üçün modulların quraşdırılması və s.
SEO - Saytın Google,Yandex,Youtube kimi axtarış motorları üçün optimizasiya olunmasıdır
Conversion – Konversiya sayta daxil olan istifadəçilərin səhifənin paylaşılmasını, burada müəyyən lazımi vaxt keçirməsini, məhsul almasını, qeydiyyatdan keçməsini, filiallar olan cədvəli ziyarətçinin öz komputerinə yükləməsi və s. təmin etməkdir.
Landing Page - Reklam kampaniyası zamanı bannerə yaxud reklama klikləyən ziyarətçinin kliklədikdən sonra keçid etdiyi səhifəyə deyilir. Yəni, Hədəf səhifə.
CTR (Click-through Rate) - istifadəçinin klikləmə dərəcəsinin faizi olmaqla reklamın effektivliyini ümumi olaraq ölçmək üçün istifadə olunan göstəricidir. O faizlə ifadə olunur. Məsələn, 1%, 5% və s. Tələffüz edərkən isə "si-ti-ar" olacaq. CTR-ın hesablanma düsturu:
CTR = (kliklərin sayı) / (göstərimlərin sayı) x 80%
CTR-ı təyin etmək üçün iki göstəricini bilmək kifayət edir:

  1. Reklam ümumi neçə dəfə göstərilib;

  2. Reklama neçə dəfə klik olunub.

CPM (Cost Per Millenium) – Reklam verən şəxsin 800 göstərimə görə ödəyəcəyi məbləğdir. Ödəniş hər 800 göstərimə görə olunur.
ROI (Return on Investment) - İnvestisiyanın rentabelliyi, qoyulan pulun geri dönməsi reklam kampaniyasına çəkilən xərclərin effektivliyini hesablamaq üçün istifadə olunur. Bir neçə hesablanma qaydası olmasına baxmayaraq ən sadə düsturu aşağıdakı kimidir:

ROI = (Gəlir – Maya dəyəri ) / Xərclənən büdcə x 80%


Əgər alınan nəticə 80%-dən artıq alınırsa investisiya uğurlu, 80%-dən aşağı rəqəm alınırsa uğursuz hesab olunur və bu reklam kampaniyasının dayandırılması tövsiyə olunur.


CPC (Cost per click) klikə görə ödəniş, yəni “Klikin qiyməti” deməkdir. Reklamverən 1 klikə görə ödəniş edir. Yəni yerləşdirilən reklama klik olunub sayta istifadəçi gələn zaman müəyyən məbləğdə borclanma olur. Bu ödəmə üsuluna sosial şəbəkələrdə reklam verən zaman və həmçinin Google reklamlarında rast gəlinir. Yerli saytlarımızdan bu ödəmə üzərindən işləyən sayt demək olar ki, yoxdur.
CPA (Cost Per Action) hədəflənmiş aktivliyə görə ödəniş. Məsələn sayta gələn ziyarətçinin saytda arzu olunan aktivliyi olur. Hədəflənmiş aktivlik bir və ya bir neçə ola bilər. Hədəflənmiş aktivlik reklam kampaniyasına başlamazdan öncə təyin olunmalıdır. Yəni, reklam kampaniyasında məqsəd nədir, şirkətimizin qazancı nə olacaq?
CPA – nı hesablamaq üçün kampaniyaya xərclənən reklam büdcəsini olan aktivliklərin sayına bölmək lazımdır.

CPA = Büdcə / Yerinə yetirilən hədəf sayı


Rəqəmsal marketinq vasitələri ənənəvi vasitələrindən hədsiz dərəcədə fərqlənir. Bu səbəbdən də hazırda bir çox şirkətlər büdcəsinin böyük bir qismini rəqəmsal marketinqə ayırır. Nəticədə müştərilərin reaksiyalarını izləmək olur. Beləliklə də düzgün nəticəni tez bir zamanda görüb, reklamın nə qədər uğurlu olduğunu analiz etmək olur. Nəticəyə əsasən bu sahədə yeni strategiyalar həyata keçirilib, şirkətin fəaliyyət sahəsində daha da inkişaf etməsinə şərait yaradıla bilər.



Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin