Şək. 2
İnkişafı. Göz almasının tərkib hissələri 3 mənbədən: sinir borusundan, dəri
ektodermasından və mezenximdən inkişaf edir.
§ Sinir borusunun törəmələri-sinir borusunun kranial hissəsində bir cüt
qabarma-göz qovuğu əmələ gəlir. Bu qovuq ektodermaya tərəf inkişaf etsə də göz
zoğu vasitəsilə sinir borusu ilə əlaqəsini saxlayır. Sonra göz qovuğunun ön hissəsi
içəriyə doğru çökür, nəticədə qovuq ikiqatlı göz qədəhinə çevrilir.
Göz qədəhinin daxili divarının hüceyrələri əvvəlcə neyroblastlara, sonra isə
torlu qişanın neyronlarına-işığa həssas, yerli assosiativ və qanqlionar hüceyrələrə
inkişaf edirlər. Sonradan qanqlionar hüceyrələrin aksonları göz zoğuna daxil olaraq
görmə sinirini əmələ gətirirlər. Göz qədəhinin xarici divarından isə torlu qişanın və
qüzehli qişanın piqmentli hüceyrələri, həm də qüzehli qişanın və kiprikli cismin
saya əzələ hüceyrələri (neyromuskulyar əzələlər) inkişaf edir.
§ Dəri ektodermasının törəmələləri-dəri ektodermasının göz qədəhinə
toxunduğu hissə əvvəlcə qalınlaşır, sonra isə qədəhin boşluğuna tərəf invaginasiya
edir. Sonradan bu çökmüş hissə qapanaraq büllurun mayasını əmələ gətirir.
Bundan başqa dəri ektodermasından buynuz qişanın ön epiteli də inkişaf edir.
§ Mezenxim törəmələri: bunlara aiddir:
-sklera, buynuz qişa (ön epiteldən başqa)
-damarlı qişa (qüzehli qişanın və kiprikli cismin miositlərindən başqa)
-şüşəyəbənzər cisim
Dostları ilə paylaş: |