Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri


§ 2.2. Kimyəvi şəraitin aydınlaşdırılması və



Yüklə 0,82 Mb.
səhifə22/63
tarix12.04.2022
ölçüsü0,82 Mb.
#55237
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   63
Mülki müdafiə mühazirələr.


§ 2.2. Kimyəvi şəraitin aydınlaşdırılması və

qiymətləndirilməsi


Düşmənin zəhərləyici maddələr tətbiq etməsi nəticəsində yaranan vəziyyətə kimyəvi şərait deyilir. Kimyəvi şəraitin qiymətləndirilməsinin mahiyyəti adamlara, heyvanlara, torpağa, bitkilərə, su mənbələrinə və sairə təsir nəticəsinin dərəcəsini təyin etməkdə, həmçinin dəstələrin və əhalinin kimyəvi zəhərlənmə şəraitində xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında ən məqsədəuyğun fəaliyyətlərinin seçilməsindədir. Kimyəvi şəraitin qiymətləndirilməsində obyektlərin, bütün qərargahların rəisləri və dəstə komandirləri obyektlərin mühafizəsini vaxtında təşkil etmək üçün iştirak edir, həmçinin dəstələrin fəaliyyəti haqqında və düşmənin kimyəvi silahı tətbiq etməsinin nəticəsini və onların qalıqlarını aradan qaldırmaq qərarlarını dəqiqləşdirirlər.

Kimyəvi şərait kimyəvi kəşfiyyatın məlumatları əsasında, lakin bəzi hallarda qabaqcadan öyrənilir. Belə öyrənməyə aşağıdakılar aiddir:



  • dəstələrin şəxsi heyətinin və əhalinin zəhərləyici maddələrdən mühafizə dərəcəsini təyin etmək;

  • kimyəvi silahın basqınına məruz qalmış obyektləri öyrənmək;

  • zəhərləyici maddələrin növünü və təxmini sıxlığını, vaxtını, onların tətbiq vasitələrini və üsullarını təyin etmək;

  • ərazinin xarakterini və hava şəraitini öyrənmək.

Dəstələrin fəaliyyət xarakterini kimyəvi şəraitin qiymətləndirilməsi nəticəsində dəqiqləşdirirlər.

Zəhərləyici maddələrin tətbiq edilmə rayonu (obyekti), növü, üsulları, miqyası, adətən, adi görmə müşahidəsi ilə təyin edilir, sonra kimyəvi kəşfiyyatın məlumatları ilə dəqiqləşdirilir. Zəhərləyici maddələrin növünü kimyəvi kəşfiyyat cihazları, həmçinin onun tətbiq üsulları ilə təyin edirlər. Əgər düşmən təyyarələri səpən təyyarə cihazlarından (STC) istifadə edərsə, deməli, zəhərləyici maddələr V tipli qaz və iprit növlərinə aiddir. Küləyin sürəti və istiqaməti, yerə yaxın təbəqədə havanın istiliyi haqqında məlumatları obyektin mülki müdafiə qərargahlarına rayonunun MM qərargahı göndərir.

Dəstələrin fəaliyyət göstərəcəyi yeni rayonların ərazilərinin xarakterini xəritələr, sxemlər üzrə və bilavasitə baxmaqla öyrənirlər.

Kimyəvi şəraiti qiymətləndirdikdə, zəhərlənmə rayonunda zəhərli havanın yayılma dərinliyi və istiqamətinin, zəhərləyici maddələrin ərazidə davamlılığının, həmçinin obyektlərin zəhərlənmə xarakterləri və miqyasının öyrənilməsinə xüsusi diqqət yetirilir. Zəhərli havanın yayılmasının təhlükəli məsafəsi zəhərləyici maddələrin tətbiq edildiyi rayonun hüdudundan, küləyin istiqamətilə, dəstələrin şəxsi heyətinin və əhalinin mühafizə vasitələri olmadan təhlükəsiz məntəqəyə qədər olan yola deyilir.

Buludun yayılmasının təhlükəli məsafəsinə aşağıdakılar aiddir:


  • kimyəvi silahın tətbiq olunduğu rayonunu böyüklüyü;

  • buxar və duman (aerozolu yaradan) halına keçən zəhərləyici maddələrin miqdarı və onların zəhərliliyi;

  • havanın şaquli dayanıqlıq dərəcəsi;

  • yerin relyefi və bitkilərin xarakteri.

Zəhərli hava buludu iki yerə bölünür: birinci və ikinci. Birinci bulud kimyəvi sursatın partlayışı zamanı əmələ gəlir. Mühafizə olunmayan adamlara, heyvanlara və başqa obyektlərə təsir fəaliyyəti az olur. İkinci bulud isə yerdən və əşyalardan zəhərləyici maddələrin damcılarının buxarlanması nəticəsində əmələ gəlir. Bu da küləyin istiqamətilə yayılır və zəhərləyici maddələrin buxarlanma müddətində zədələnmə verir.

Bütün bunları kimyəvi şəraitin qiymətləndirilməsində nəzərə almaq lazımdır. Qiymətləndirmə qaydaları kimyəvi silahın tətbiqi şəraitindən asılı olaraq müxtəlif ola bilər. Lakin bunu çox vaxt aşağıdakı ardıcıllıqla aparırlar:



  • maddənin növünü, təxmini vasitələrini, onun tətbiqi üsullarını və miqyasını təyin edilir;

  • ərazi, külək əsən tərəfdən kimyəvi silahın tətbiq olunması rayonundan proqnoz metodu ilə zəhərli hava buludunun təhlükəli yayılma sahəsi və vaxtı, həmçinin onun qalma rayonunu öyrənilir.

Bu proqnoz məlumatlarından hərbiləşməmiş dəstələrin şəxsi heyətini və əhalini xəbərdar etmək üçün istifadə edirlər.

Düşmən basqınından sonra kəşfiyyatçılar xüsusi cihazların köməyi ilə zəhərləyici maddələrin növünü öyrənir və zəhərlənmə rayonun sərhədlərini nişanlayırlar. Bundan sonra dəstələri hərbi hazır vəziyyətə gətirmək, onlara tibbi yardım göstərmək və xüsusi təmizlik aparmaq üçün bütün tədbirlər görülür.




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin