Mühazirənin planı: Fövqəladə hal (hadisə) anlayışı, yaranma səbəbləri



Yüklə 0,82 Mb.
səhifə8/63
tarix12.04.2022
ölçüsü0,82 Mb.
#55237
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   63
Mülki müdafiə mühazirələr.

Obyektlərin zədələnmə ocaqları.
Obyektin zədələnmə ocağı hər hansı bir fəlakət (qəza, təbii fəlakət) zamanı üzərindəki binalar, xüsusi qurğular, mühəndis şəbəkələri və kommunikasiyalar, habelə avadanlıq və şəxsi heyətlə birlikdə zədələnməyə, dağıntıya və ya zəhərlənməyə məruz qalmış obyekt ərazisinə deyilir.

Obyektlərdə sadə (birnövlü) və mürəkkəb zədələnmə ocaqları yarana bilər.

Sadə (birnövlü) zədələnmə ocağı – təkcə bir zədələyici amilin, məsələn, partlayışın törətdiyi dağıntıların, yanğının, yalnız kimyəvi və ya bakterioloji zəhərlənmənin nəticəsində əmələ gələn ocağa deyilir.

Mürəkkəb zədələnmə ocağı isə bir neçə zədələyici amilin qarşılıqlı təsiri nəticəsində yaranan ocaqdır, məsələn, istehsalat qəzası zamanı baş verən partlayış dağıntılara, uçqunlara, yanğınlara ərazidə zəhərlənməyə səbəb olur; zəlzələ və qasırğa nəticəsində qurğuların dağılması ilə yanaşı, sahillərin su altında qalması, elektrik xətlərində qısa qapanma sayəsində yanğın sobaların zədələnməsi, mühəndis şəbəkələri və maye tutumları dağılarkən zərərli mayelərlə ətrafın zəhərlənməsi ilə nəticələnir.



Zədələyici amillərin xarakterindən asılı olaraq zədələnmə (zəhərlənmə) ocağı müxtəlif formalı, məsələn, partlayış, zəlzələ nəticəsində – dairəvi; qasırğa, fırtına, daşqın, sel, marxal və s. nəticəsində – zolaq formasında; yanğın, sürüşmə, sunami tipli külək zamani – qeyri-müəyyən formada ola bilər. qəzalar və təbii fəlakətlər zamani ehtimal olunan dağıntıların (zəhərlənmənin) miqyasını və görüləcək xilasetmə və digər təxirəsalınmaz işlərin həcmini müəyyənləşdirmək üçün, zədələnmənin xarakterindən asılı olaraq zədələnmə ocağını bir neçə zonaya ayırırlar. hər bir zona obyektin ərazisinin və oradakı qurğuların zədələnməsi (zəhərlənməsi) dərəcəsinə görə müəyyən edilir.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin