Cədvəl 2.1.
Nüvə partlayışı rayonunda ehtimal olunan radioaktiv
zədələnmə zonalarının radiusları, km
Partlayışın gücü, kt
|
Yerüstü (su səthində) partlayışda
|
Yeraltı partlayışda
|
Partlayışın gücü, kt
|
Yerüstü (su səthində) partlayışda
|
Yeraltı partlayışda
|
0,1-ə
qədər
|
1
|
1
|
100–1000
|
3
|
–
|
0,1 – 1
|
1,5
|
2
|
1000–10000
|
4
|
–
|
1 – 10
|
2
|
3
|
10000–100000
|
5
|
–
|
10 – 100
|
2,5
|
–
|
–
|
–
|
–
|
Xəritə və sxemlər üstündə proqnozlaşdırma radioaktiv bulud izini tam dəqiqliyi ilə vermir. Lakin proqnozlaşdırma əsasında bulud qatına qədər ehtimal olunan zəhərlənmə zonaları təyin oluna bilər ki, bu da öz növbəsində qabaqcadan insanların, heyvanların, material vasitələrinin mühafizəsinin, obyektlərin normal fəaliyyətinin zəhərlənmə zonalarında təşkilinə, lazım olarsa işçilərin, qulluqçuların, əhalinin və mal-qaranın zəhərli zonalardan çıxardılmasına imkan yaradır.
Əhalini proqnoza görə qəbul olunmuş mühafizə tədbirləri, nəqliyyat vasitələrinin hərəkəti, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması radiasiya kəşfiyyatı qruplarının göstəricilərinə görə radioaktiv bulud izi əmələ gəldikdən sonra dəqiqləşdirilir.
Radioaktiv zəhərlənmə zonalarının sərhədlərini təyin etdikdə, müəssisələrin ərazilərində, zəhərlənmənin müxtəlif nöqtələrində dozimetristlər tərəfindən ölçülmüş radiasiyanın səviyyəsini hesablayır, qrafikin köməyi ilə alınmış vaxta gətirir və ya radiasiya xətkeşi ilə hesablayırlar.
Məsələn, dozimetrist kəşfiyyatçı partlayışdan bir saat sonra radiasiyanın səviyyəsini ölçür. Bu 44 r/saata bərabər olur. Bunu partlayışdan 10 saat keçəndən sonra hesablayaq. Bunun həlli şəkildə qırıq xətlərlə, oxla göstərilmişdir. Təyin olunacaq radiasiyanın səviyyəsi saatda 3 r/saatdır. Radiasiya səviyyəsinin partlayışdan sonra 10 saatdan 1 saata hesablanması əks qaydada olur, yəni D nöqtəsindən S, V, A nöqtələrinə hesablayırlar.
Dostları ilə paylaş: |