Yanğınlar zamanı onun adamlara göstərdiyi psixoloji təsiri nəzərə almaq lazımdır: məlumdur ki, hətta kiçik bir yanğın zamanı yaranan çaxnaşma xeyli tələfata səbəb olur. Məsələn, meşə yanğınları vaxtı adamlar yanğının yayılma sürətini nəzərə almadan onun ön səddindən qaçıb uzaqlaşmağa çalışır, lakin çox vaxt buna nail ola bilmirlər.