İstehsalat qəzaları cürbəcür ola bilər. Qəza baş verərkən ən vacib vəzifələrdən biri – bu barədə vaxtında xəbərdarlıq etməkdir. Belə obyektin fəhlə və qulluqçularının, həmçinin yaxınlıqdakı yaşayış evləri sakinlərinin köçürülməsi burada xilasetmə işlərinin aparılması ilə birlikdə, eyni zamanda yerinə yetirilir.
Güclü təsirli ZM yayılarkən zəhərlənəcəyi ehtimal olunan rayonların əhalisi buraya zəhərli hava buludu çatana qədər köçürülməlidir, belə hallarda əhali adətən, evlər və evlərin küçə qapıları üzrə toplanıb köçürülür. Bu zaman adamların və texnikanın hərəkəti zəhərlənmə təhlükəsinin dərəcəsi nəzərə alınmaqla təşkil edilməlidir.
Məlumdur ki, AES-də radioaktiv maddələrin yayılması ilə baş verən qəzalar zamanı stansiyanın ərazisindən kənarda da reaktiv zəhərlənmə olur. Belə hallarda fəhlələr, qulluqçular və əhali ionlaşdırıcı şüalanmaların çöldən təsirinə məruz qalır, hava, qida və su ilə birlikdə orqanizmin daxilinə keçən radioaktiv maddələr sayəsində isə radioaktiv şüalanma baş verir.
Ərazidə radioaktiv zəhərlənmənin xeyli müddət qalacağı ehtimalı nəzərə alınmaqla, belə hallarda stansiyadan 30 km-lik radiusda əhalinin köçürülməsi mühafizənin əsas üsulu ola bilər. İlk növbədə məktəbə qədər və məktəb yaşlı uşaqlar köçürülür. Bütün əhalinin təcili köçürülməsi də mümkündür. Belə hallarda toplanış – köçürmə məntəqələri təşkil edilmir, əhali birbaşa evlərdən, küçə qapılarından, mühafizə qurğularından toplanıb köçürülür.
Əhali avtomobillərdə, piyada və şəxsi nəqliyyat vasitələrindən istifadə edilməklə iki mərhələ üzrə köçürülür: birinci mərhələdə – nəqliyyat vasitəsilə təhlükəli radioaktiv zəhərlənmə zonasının kənar hüdudlarındakı nəzarət – yoxlama məntəqələrinə gətirilib nəqliyyatdan düşürülür; ikinci mərhələdə – dozimetrik nəzarətdən, tibbi müayinədən, lazımi hallarda isə sanitariya təmizlənməsindən keçiriləndən sonra təmiz (radioaktiv maddələrlə çirklənməmiş) nəqliyyat vasitələrində yeni məskunlaşma rayonlarına daşınır.
Azərbaycan respublikasında bir sıra fövqəladə hallarda köçürmə işləri belə planlaşdırılır:
radioaktiv zəhərlənmə zonalarında – əhali sığınacaqlarda və bu məqsəd üçün uyğunlaşdırılan binalarda radiasiyanın səviyyələri azalanadək daldalanır, bundan sonra isə, köçürülmə xüsusi sərəncam əsasında yerinə yetirilir:
güclü təsirli zəhərləyici maddələrlə zəhərlənmə zonalarından (konkret olaraq Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı şəhərlərindən və bir sıra kənd rayonlarından) 100 min nəfərə qədər əhalinin köçürülməyə hazır olmasını təmin etmək. Göstərilmişdir: “Köçürülməyə dərhal, zəhərlənmə ocaqları yaranan andan başlansın, əhali zəhərlənmə zonasından kənara piyadə surətdə, həmçinin idarə mənsubiyyətindən asılı olmayaraq, bütün nəqliyyat vasitələrilə çıxarılsın”;
su qovşaqları və su anbarlarının bəndləri yaradılarkən yaranan daşqın zonalarından köçürülməyə təxminən 10 min nəfər hazır olmalıdır. Buraya o cümlədən, Mingəçevir, Şəmkir HES-ləri, Ağstafaçay və Ceyranbatan su anbarlarının yarada biləcəyi daşqın zonaları daxildir. Tövsiyə olunur ki, köçürmə bu müddətlərdə başlansın və belə aparılsın: ehtimal edilən fəlakətli daşqın zonasından – daşqın təhlükəsi yaranarkən dərhal, əhali plan üzrə nəzərdə tutulmuş rayonlara köçürülsün; aztəhlükəli daşqın zonalarından – daşqın təhlükəsi bilavasitə yaranarkən, əhali öz rayonunun daşqın təhlükəsi olmayan yaşayış məntəqələrinə, lazımi hallarda isə qonşu rayonlara köçürülsün;
|