H ibrid IS (HIS). HIS – ümumi dielektrik altlıq yzərində yerləşdirilmiş passiv təbəqəli elementlər ilə diskret aktiv komponentlərin kombinasiyasıdır. HIS–də təbəqəli passiv elementlərin və aktiv diskret elementlərin üstünlüklərindən istifadə olunur. Nazik təbəqəli kondensator və rezistorların parametrləri dəqiq olur, onların temperatur əmsalları kiçikdir, parametrlərin nominaldan kənara çıxmaları azdır. HIS–n tərkibinə daxil olan diskret elementlər asma elementlər adlanır (şəkil 1, b). Bu ad HIS–n təbəqəli hissəsinin hazırlanmasının texnoloji tsiklinin ayrı olduğunu göstərir. Sonda qeyd edək ki, HIS–də elementlərin inteqrasiya dərəcəsi azdır. Bu isə onların ölçülərinin böyük olmasına səbəb olur.