Mühazirənin təşkil olunduğu yer: mühazirə zalı; Mühazirə məşğələsinində istinad olunacaq mətni hazırladı : Ş.Əliyeva


onillik dövrlərin göstəriciləridir



Yüklə 130,88 Kb.
səhifə4/5
tarix25.03.2023
ölçüsü130,88 Kb.
#89786
növüMühazirə
1   2   3   4   5
onillik dövrlərin göstəriciləridir. Xüsusilə, 1950, 1960, 1970, 1980, 1990, 2000, 2010-cu illərdə dərc olunmuş məlumatları göstərmək olar. Adətən bu «açar» tarixlər müxtəlif statistik məlumatlarda yaxşı verilmişdir ki, bu da məlumatların alınmasını sadələşdirir. Belə on illik dövrlər müxtəlif ölkələrdə və bütövlükdə dünyada elmi-texniki tərəqqinin reallaşdırılmış nailiyyətlərinə kifayət qədər tam və dəqiq baxmağa imkan verir. Bu müddət ərzində innovasiya texnikası və texnologiyasının hazırlanması, onun istehsala tətbiqi və məlumatların hazırlanmasının mənimsənilməsi mümkündür. Həmçinin bu müddətdə onların daxili və xarici satış bazarını əhatə edən bütün tsikli həyata keçirir. Bundan başqa, dünya tesərrüfatının iqtisadi-coğrafi tədqiqatlarda ən çətin problemlərdən biri - təsərrüfatın inkişafı üzrə gedən dəyişikliklərin effektliliyinin müəyyənləşdirilməsidir. Ölkəşünaslıqda və dünya təsərrüfatının iqtisadiyyatında bu məqsədlə ümumi milli məhsul (ÜMM) ümumi daxili məhsulun (ÜDM) göstəricilərindən istifadə edilir. Məlumatların göstəricilərinin şərti hesablanması zamanı və һəг hansı çatışmazlıqlar ortaya çıxdıqda onlar dünyanın ayrı-ayrı dövlətlərinə bu dəyər göstəricilərini tutuşdurmağa imkan verir. Onlar dünya təsərrüfatının coğrafiyasında ayrı-ayrı sahələrin müqayisəli qiymətləndirilməsi məqsədilə tədbiq edilir. Həm də bütün məhsullar müxtəlif ölkələrdə ola bilməz və onların hər biri üçün ayrıca dəyər qiyməti müəyyənləşdirmək mümkün də deyil.
Dünya təsərrüfatının coğrafiyasında istehsalın bu və ya digər məhsullarının, yaxud da göstərilən xidmətin dəyər göstəricilərinin mühüm əhəmiyyəti vardır. Bu, müxtəlif ölkələrdə, onların maya dəyərinin göstəricilərində yaxşı əks olunur. Lakin onlar bir qayda olaraq kommersiya sirri olur və demək olar ki, çap olunmur. Ancaq nadir hallarda ölkələr üzrə ayrı-ayrı müqayisə edilməyən qiymətlər qeydə alınır. Məhsul və xidmət növlərinin qiyməti onların maya dəyərindən kəskin fərqlənir və buna görə də təhlil üçün az yararlıdır. Bundan başqa, bazar iqtisadiyyatı şəraitində məhsul və xidmət növlərinə tələbatdan asılı olaraq, qiymətlər mütəmadi tərəddüd edir. Belə ehtimal olunan təsir, dünyanın müxtəlif ölkələrində oxşar məhsulların buraxılışına çəkilən xərclərlə real vəziyyət arasında uyğunsuzluq yaradır. Buna görə də, onların müqayisəli göstəriciləri üçün şərti olmasına baxmayaraq, xərclər ekspert qiymətləndirməyə tərəf qaçmağa məcbur olur. Müxtəlif dövlətlərdə eyni məhsulun alınmasma çəkilən xərclərin dəyişməsi meylləri əks olunur və dünya sənayesində istehsalın miqrasiya prosesinin artmasına şərait yaradır. Belə miqrasiyaların səbəblərini tədqiq etmək lazımdır. Onun yekunu dünya təsərrüfatında bu və ya digər dövlətin, yaxud da regionun müəyyən növ məhsul istehsalının dəyişkən rolunu qeydə alır. Bu, özündən sonra sənaye strukturunda dəyişikliyi, konkret məhsula təlabatı, xarici ticarət əlaqələrinin həcmini və istiqamətlərini bütün nəqliyyat növlərində onların yük dövriyyəsini artırır.
Dünya tesərrüfatının coğrafiyasının tədqiqatları zamanı ayrı-ayrı dövlətlər üzrə statistik məlumatların tam olmamasını, müqayisə edilməməsini və hətta səhv olmasını hökmən nəzərə almaq lazımdır. Bu, bir sıra səbəblərlə izah olunur. Bir sıra ölkələrdə statistika xidmətinin zəif olması, digər dövlətlərin, bəzi məlumatlarının hərbi, iqtisadi, siyasi sirr olması ilə əlaqədar çapını qadağan edir. Xüsusilə, SSRİ vaxtında statistik məlumatlar məxfi saxlanılırdı. Bir çox natural göstəricilər, onların dəyərsiz ekvivalenti, istehsalın inkişaf dərəcəsi haqqında məlumatları təhrif edirdi. Məsələn, müxtəlif tipli metalkəsən dəzgahlar öz texniki xarakteristikasına, yəni qiymətinə görə fərqlənir, ona görə də «ton»la, yaxud da «ədəd»lə verilir. Iqtisadi xüsusiyyətlərindən asılı olaraq, statistik məlumatlar müxtəlif dövrlərdə aparılır. Məsələn, təqvim Ш, kənd təsərrüfatı ili, maliyyə ili və s. Bir qayda olaraq, dünya iqtisadiyyatı üzrə göstəriciləri rəsmi statistika külliyyatı 3-4 il gecikməklə dərc edir. Beynəlxalq təşkilatların - BMT, YUNESKO, FAO və s. nəşriyyatları, bir sıra demoqrafik, iqtisadi və xüsusilə struktur göstəriciləri yuvarlaqlaşdırmağa çalışırlar. Lakin onlar məhdud məlumatları əhatə edirlər. Struktur göstəriciləri isə о qədər ümumiləşdirirlər ki, bunlar da coğrafi tədqiqat məqsədləri üçün qətiyyən yararlı olmur.
Dünya təsərrüfatının coğrafiyasının fərqləndirici xüsusiyyətləri - dünyanın bütün
dövlətlərinin və regionlarının iqtisadiyyatının sahəvi strukturlarının tədqiqini eyni vaxtda hökmən əhatə edir. Sonda region müstəqil obyekt kimi məlum dərəcədə iqtisadi-coğrafi maraqlardan kənarda qalır. Buna görə də ərazi vahidi kimi region dünya təsərrüfatının coğrafiyasında ən mühüm təhlil obyekti olmalıdır. Regionun iqtisadiyyatının tədqiqi və onların dünyada rolunu müəyyənləşdirmək üçün dünya təsərrüfatının coğrafiyasının bütün metodoloji və metodiki yanaşmasının tam tətbiqi lazımdır. Onlar - dünya-region-ölkə təsərrüfatı üçlükdə bağlayıcı roluna malik olmalıdır.


Yüklə 130,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin