Mezosahəvi strukturlar tesərrüfatların daha ətraflı xüsusiyyətlərini açır. Belə ki, sənayedə hasilat və emal sahələrinin, həmçinin, emal sənayesinin bir sıra yarımsahələrinin - elektroenergetika, metallurgiya, maşınqayırma, kimya və s. tex-noloji bölgüsü ilə əlaqədar göstəricilərə baxılır. Mezostruktur göstəricilər üzrə təsərrüfatın inkişafının tamamlanmasını keyfiyyətcə daha ətraflı qiymətəndirmək olar. Təsərrüfatın mezosahəvi struktur göstəricilərindən һəm tədqiqatda, һəm də iqtisadiyyat, coğrafiya tədrisi kurslarının geniş tətbiqində istifadə edilir.
Lakin ayrı-ayrı ölkələrin mezosahəvi strukturlarının tərkibində ölkələrarası və sahələrin müqayisəsində səhvlər, fərqlər vardır. Belə ki, kokskimya sənayesi bir dövlətdə metallurgiya sənayesinin, digər dövlətlərdə kimya sənayesinin, üçüncülərdə isə yanacaq sənayesinin tərkibinə daxildir. Belə bir hal kimyəvi liflər sənayesində də var, o, kimya, yaxud da toxuculuq sənayesində; ətriyyat-kosmetika - kimya, yaxud da yeyinti sənayesində verilir, texniki-rezin məmulatların isə kimya sənayesinə daxil etmirlər. Buna görə də mezosahəvi strukturlardan ölkəşünaslıq tədqiqatlarında istifadə edilməsi kifayət etmir və qismən hissəsi dünya təsərrüfatının coğrafi təhlili üçün qanuni deyildir. Xüsusi elmi-tədqiqat işlərində yeni istehsal və müəssisələrin yaradılması zamanı layihə işlərinin tərtibində, həmçinin, bütün növ ticarət və reklam fəaliyyətində daha kiçik - mikrosahəvi strukturlar təhlil edilir. Onlarda sənayenin yarımsahəsinə makrosahəvi struktur kimi baxılır ki, bu da çox dar istehsaldan tutmuş konkret məhsul növlərinin, tiplərinin, nişanlarının və sortlarının təhlilinə qədər bölünür. Nəzərdə tutulan məhsul istehsalının yerləşdirilməsinə, yaxud da xidmət göstərilməsinə demək olar ki, texniki iqtisadi, coğrafi və digər tədqiqatların həll edilməsi aiddir. Belə elmi işlərin nəticələrindən gələcəkdə yeni müəssisələrin və yaxud da fəaliyyət göstərən müəssisələrin rekonstruksiyası, layihələrin tərtibində istifadə edilir.
Məhsul və təklif edilən müəyyən xidmət- maddi istehsalda, yaxud da xidmət sahəsində iqtisadi təhlil bütün layihə tədqiqatlarının əsasını təşkil edir. Layihələr
əsasında mövcud malın bazarda qiyməti, yaxud da təklif edilən xidmətin lazımlılıq dərəcəsinin böyüklüyü müəyyən edilir. Yeni məhsul, yaxud da xidmət növlərinin hazırlanması zamanı ola biləcək istehlakçılar da aşkar edilir. Bu istehsalda ehtimal olunan istehsal xərclərini, onun həcmini, rentabelliyini və s. müəyyənləşdirir. Aşkar edilmiş göstəricilər yaradılacaq müəssisələrin, yaxud da xidmət sahələrinin layihələrində istifadə edilir. Məhsul və xidmət, iqtisadi və coğrafi təMilin əsası kimi beynəlxalq əmək bölgüsünün son problemləri və vəzifələri müəyyənləşdirilir. Konkret məhsul növlərinin tədarükü üzrə ixtisaslaşmış ölkələr və regionlar dünyanın xarici-iqtisadi fəaliyyətinin mahiyyətinə, onun çoxşaxəli ticarət əlaqələrinə və beynəlxalq əhəmiyyətli xidmətinə şərait yaradır. Нəг hansı bir dövlət bütövlükdə sənaye, kənd tasərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə ixtisaslaşa bilməz. Lakin məhsul və xidmət növlərinin bu və ya digər sahələri üzrə ixtisaslaşır. Buna, onda istehsal üçün münasib coğrafi şəraitin, iqtisadi və elmi-texniki zəminlərin olması şərait yaradır. Qeyd etmək lazımdır ki, onlar dünyanın һəг bir ölkəsində və regionunda xalq təsərrüfatının bütün sahələri və istehsalı üçün bərabər surətdə əlverişli ola bilməz. Dünya tesərrüfatının coğrafiyası üzrə tədqiqatlarda, onun bütün növ strukturlarında, dəyişikliklərin hərtərəfli təhlilində tarixilik, mərhələli yanaşma çox mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, ölkəşünaslıqda dövlətin təsərrüfatının xarakteristikası zamanı tarixi təkamüldən istifadə edilir. Lakin bu zaman onun strukturunun formalaşmasının mərhələli xüsusiyyətləri ətraflı təhlil edilmir. Нəг şeydən əvvəl, struktur irəliləmələrdə gedən dəyişikliklərin nəticəsinin yekunu verilir. Dünya təsərrüfatının sahələrinin coğrafi tədqiqatlarında bu proses XX əsrin ikinci yarısı boyunca, xüsusilə son illərdə ölkələr və regionlar üzrə məhsulların və xidmətlərin ауrı-ауrı növlərini, onların rolunun dəyişilməsini hərtərəfli izləmək lazımdır. Bu dövrdə texnikanın və texnologiyanın nailiyyətlərinin təsərrüfat sahələrinə fəal tətbiqi dünya tesərrüfatının coğrafiyasına güclü təsir göstərmişdir.
Dünya təsərrüfatının ayrı-ayrı sahələrinin iqtisadi coğrafi təhlil üçün daha rahat