1.2. Dünya təsərrüfatının coğrafiyası fənninin məqsədi, vəzifələri və öyrənilməsi yolları Dünya təsərrüfatının coğrafiyası - ümumi, sahəvi və regional strukturları ilə bərabər, iqtisadi, sosial və siyasi coğrafiyanın tərkib hissəsidir. Onların hamısının məqsədi təsərrüfatın ərazi təşkilini hərtərəfli tədqiq etməklə, öz aralarında müxtəlif dərəcədə qarşılıqlı əlaqə yaratmaqdır. Bu da tarixi inkişafın müxtəlif mərhələlərində, onun formalaşmasının struktur fərqlərinin və dəyişməsinin xüsusiyyətlərini aşkar etməyin zəruriliyinə şərait yaradır. Lakin dünya təsərrüfatinın coğrafiyasını, coğrafiyanın digər istiqamətlərindən fərqləndirən özünəməxsus məqsədi, vəzifələri, metodologiyası, ərazi obyektləri və strukturlarını оуrənmə metoduna malik olmasıdır.
Dünya təsərrüfatının coğrafiyası- elmi-tədqiqat sahəsində müstəqil və bütöv istiqamətdir, onun əsas məqsədi - bu təsərrüfat sahələrini təşkil edən və onların istehsalına daxil olan sahələrin ərazi təhlilini aparmaqdır. O, məqsədə nail olmaq üçün qarşıya aşağıdakı vəzifələri qoyur:
Birincisi,istehsalın və digər fəaliyyət növlərinin inkişafına coğrafi şəraitin, sosial-iqtisadi zəminlərin və texniki-iqtisadi amillərin təsirini aydınlaşdırmaq, hər şeydən əvvəl, indiki zamanda, onların təşkilini, müasir və gələcək coğrafiyaının formalaşmasını aşkar etməkdir. Bunun təhlili üçün başlıca ərazi obyektini ölkələr və regionlar təşkil edir. Çünki onlarda dünya təsərrüfatının mühüm sahəvi və ərazi strukturları cəmlənmişdir;
İkincisi, dünya təsərrüfatının coğrafiyasının mühüm vəzifəsi - çoxşaxəli və daha əhatəli, müxtəlif axınlı əmtəə sistemlərinin, maliyyə vasitələrinin, о cümlədən, beynəlxalq xidməti təşkil edən sahələrin hərtərəfli ərazi təhlilindən ibarətdir. Onlar dünyanın bütün dövlətləri və regionları arasında eyni vaxtda geniş beynəlxalq iqtisadi mübadiləni təşkil edir. Bütün bunlar, dünyanın bütün dövlətlərinin və regionlarının, məhsul istehsalında və tədarükündə beynəlxalq ixtisaslaşması proseslərinin mahiyyətini əks etdirir. Ölkələrarası və regionlararası təsərrüfat əlaqələrinin coğrafi tədqiqatları, dünya iqtisadiyyatının beynəlmiləşdirilməsi və qloballaşdırılması xüsusiyyətlərini daha geniş açmağa imkan verir.
Məlumdur ki, dünya təsərrüfatını regional coğrafiyanın mühüm sahəsi olan ölkəşunaslıqda öyrənir. Dünya təsərrüfatinın coğrafiyası və regional coğrafiyanın tərkib hissəsi olan ölkəşünaslıq - iqtisadi, sosial və siyasi coğrafiyanın bir-birinə çox yaxın iki istiqamətidir. Lakin onlardan һəг birinin özünün xüsusi obyekti, məqsədi və tədqiqat vəzifələri vardır. Həm də ölkələrin, regionların və dünya təsərrüfatının coğrafi prablemlərinin təhlilinə müxtəlif nəzəri, xüsusilə metodoloji və metodiki yanaşma imkanlarına malikdir. Bununla yanaşı, onlar iqtisadi, sosial və siyasi coğrafiyanın öyrənilməsi prosesində ümumi tədris-idrak vəzifələrinin yerinə yetirilməsinə xidmət edir. Ölkəşünaslıq da, dünya təsərrüfatının coğrafiyası kimi coğrafi tədqiqatların müstəqil və bütöv istiqamətidir. Onun tedqiqat obyekti - dünyanın hər bir konkret dövlətidir. Əsas məqsədi - ölkəşünaslıq haqqında müasir tesəvvürlərə müvafiq olaraq, öyrənilən dövlətə aid fiziki, iqtisadi, sosial və siyasi coğrafi, о cümlədən, əhali, mədəniyyət, təsərrüfatın bütün sahələri və s. sahədə məsələlərin geniş təhlilini aparmaqdır. Ölkəşünaslığın başlıca problemlərindən biri rayonlaşdırmadır. Dövlətin daxili coğrafi fərqlərinin, yəni, fiziki-coğrafi və xüsusilə sosial-iqtisadi öyrənilməsidir. Dövlətin hər bir rayonunda sosial-iqtisadi fərqlərin rolunu, onun funksiyalarını, digər rayonlarla qarşılıqlı əlaqələrini aşkar etmək başlıca vəzifəsidir. Beləliklə, ölkəşünaslığın sosial-iqtisadi problemləri, ölkədaxili sahəvi və ərazi münasibətiərinin təhlilinə yönəldilmişdir.
Ölkəşünaslığın sosial-iqtisadi aspektləri üçün xarici iqtisadi problemlərin təhlili tabeli əhəmiyyətə malikdir. Baxmayaraq ki, bir sıra dövlətlərin təsərrüfatı, bütövlükda xarici ticarətdən və beynəlxalq xidmətdən daha güclü asılıdır. Demək olar ki, dünyanın һəг bir ölkəsi iqtisadi cəhətdən, digər dövlətlərin çoxu ilə az qarşılıqlı əlaqəyə malikdir. Adəten һəг bir dövlətin xarici ticarət dövriyyəsinin böyük hissəsi başlıca partnyorların hesabına düşür. Buna görə də, dünya təsərrüfatının coğrafiyasında, dünyanın bütün ölkələrinin istehsal, xidmət və digər sahələrində beynəlxalq coğrafi əmək bölgüsünün rolunu aşkar etmək çox lazımdır. Eyni zamanda, dünya tesərrüfatının coğrafiyasının və ölkəşünaslığın, hər birinə aid olan istiqamətlərə məxsus tədqiqatlardan başqa, özlərinin özünəməxsus qanunauyğunluqları və bir sıra ümumi məqsədləri vardır. Onlar üçün tədris vəzifələrini yerinə yetirməkdən başqa, həm də ümumi olan tətbiqi problemləri həll etmək qəbul edilmişdir. Bütün bunlar beynəlxalq təsərrüfat fəaliyyətində yeni obyektlərin, məsələn, müəssisələrin, nəqliyyat yollarının, telekommunikasiyaların və s. yerləşdirilməsi zamanı aydın nəzərə çarpır. Belə obyektləri layihələşdirərkən, həm hər bir konkret ölkənin, həm də bütöv regionların marağını nəzərə almaq lazımdır. İndiki zamanda, bu qəbildən olan tədqiqatları və işləri, bir qayda olaraq transmilli şirkətlər (TMŞ)yerinə yetirir. Onlar dünyanın bir çox ölkələrində və regionlarında öz şirkətlərinin və filiallarının müəssisələrini və digər obyektlərini yaradırlar.
Dünya təsərrüfatı coğrafiyadan başqa, digər elmlərin də tedqiqat obyektidir. Belə elmlərdən tarixi, iqtisadiyyatı, siyasi-iqtisadi, politologiyanı, fəlsəfəni, hüququ və sairi göstermək olar. Onlar beynəlxalq səviyyədə dünya təsərrüfatına, ayrı-ayrı ölkələrin təsərrüfatının müxtəlif növləri ilə qarşılıqlı əlaqələrinin və qarşılıqlı münasibətlərinin məcmusu kimi baxırlar. Ayrı-ayrı dövlətlərin milli, iqtisadi, siyasi, hərbi, dini və digər maraqları çox vaxt həddən artıq ziddiyyətli olur və müxtəlif növ ağır münaqişələrin mənbələrinə xidmət edə bilir. Dövlətlərarası mübahisəli problemlərin həllində, Yer kürəsi dövlətlərinin mövcud olmasında iqtisadi, siyasi və digər qarşılıqlı münasib şəraitin hazırlanmasını, elmin bu istiqamətləri onların ətraflı tədqiq edilməsini tələb edir.
Dünya təsərrütfatının iqtisadiyyatı, iqtisadiyyat elmlərinin sahəsi kimi, dövlətin iqtisadiyyatını bütövlükdə, istehsalın ayrı-ayrı sahələrinin təhlilini, fəaliyyət göstərən və gözlənilən beynəlxalq proseslərin qanunauyğunluqlarının tədqiqini öz qarşısına məqsəd qoyur.
Müasir kapitalist («bazar iqtisadiyyatı») tesərrüfatı, beynəlmiləşdirmə və qloballaşdırma proseslərinə baxmayaraq, hər bir dövlətin milli sərhədləri daxilində, özünün iqtisadi maraqları çərçivəsində ciddi tenzimlənir. Onlar tez-tez transmilli şirkətlərin, beynəlxalq iqtisadi və siyasi teşkilatların güclü təsirinə məruz qalır. Bunların hamısı, həm hər bir ayrı-ayrı dövlətlərin, һəm də TMŞ-in bu və ya digər təsərrüfat sahələrinin, yaxud da bütün iqtisadi komplekslərin effektliliyinin və gəlirliliyinin yüksəldilməsi məqsədinə xidmət edir. Həmçinin bu, digər ölkələrə böyük iqtisadi zərər vura bilər.
Dünya təsərrufatinın bu ictimai elmlər tərəfindən tədqiq edilməsinin nəticələri bəzi hallarda, onun bir sıra bütöv ərazi problemlərinin başa düşülməsi üçün һоkmən lazımdır. Dünya təsərrüfatının coğrafiyasının inkişafı və formalaşması, İkinci Dünya müharibəsindən dərhal sonra, qısa bir tarixi dövrdə müxtəlif iqtisadi və ictimai-siyasi hadisələrin güclü təsirinə məruz qalmışdır. Dünya təsərrüfatinın iqtisadiyyatı üzrə elmi işlər dünya tesərrüfatinın coğrafiyası və ölkəşünaslıq üçün, xüsusi əhəmiyyətə malikdir. Onlarda olan məlumatlar və bir çox nəticələr coğrafi tədqiqatlar üçün böyük maraq doğurur, lakin bu çox dəqiq ərazi təhlili tələb edir.
Dünya təsərrüfatinın coğrafiyası və ölkəşünaslığın tədqiqatlarında bir sıra prinsipial mühüm metodoloji xüsusiyyətlər fərqlənir. Onlar birinci növbədə, öyrənilən ölkələrin, regionların və dünyanın bütövlükdə iqtisadi obyektlərinin və predmetlərinin struktur təhlilinə aiddir. Bununla onların ərazinin öyrənilməsi prosesində əmək bölgüsünün bütün problemləri ilə birbaşa əlaqədardır. Dünya təsərrüfatının coğrafiyasında metodoloji yanaşmanın mahiyyəti, ilk növbədə, sahəvi və təşkilati strukturların özünəməxsus üstünlüklərinin təhlilindən ibarətdir. Məsələn, ölkələrin və regionların ərazilərində müxtəlif quruluşlu TMŞ-lər ilə onların ardınca gələn ərazi strukturları və s. Ölkəşünaslıqda təhlilin ardıcıllığı əksinədir, belə ki, tədqiqatların başlanğıc obyekti dövlət, yaxud da onun tərkib hissəsidir, məsələn, vilayət, iqtisadi rayon və s. obyekt seçiləndən sonra onun «tutumuna» baxılır (məsələn, faydalı qazıntıları, iqlimi, əhalisi, təsərrüfatı və s.).
Bütövlükdə dünyanın, onun ayrı-ayrı regionlarının və dövlətlərinin təsərrüfat strukturları həddindən artıq mürakkəbdir. Adətən, onlarda makro, mezo və mikro strukturlar ayrılır ki, burada da iqtisadiyyatın əsas parametrləri səciyyələndirilir və qiymətləndirilir. Belə bölgüdən də dünyanın, ölkələrin və regionların təsərrüfatının, coğrafi tədqiqatlarının təhlili zamanı istifadə edilir. Lakin iqtisadi elmlərdən fərqli olaraq, coğrafiya təsərrüfatın sahəvi və ərazi strukturlarını özünəməxsus tərzdə öyrənir. Ölkələrin, regionların və dünyanın iqtisadi və sosial coğrafiyasının bütün özünəməxsusluğu onların bu və ya digər daxili bölgüləri ilə sahəvi, ərazi və təşkilati strukturlarının şəbəkəsini yaradır. Dünya təsərrüfatının coğrafiyası üzrə tədqiqatlarda sahəvi və ərazi strukturlarının təhlili üçün yuxanda göstərilənlərlə üçdərəcəli bölgünü kifayət qədər müəyyənləşdirmək lazımdır. Qeyd etmək lazımdır ki, dünya təsərrüfatının coğrafiyasının xüsusiyyətlərini öyrənmək üçün obyektlərin bütövlükdə ölkə və region kimi bölgüsü təhlilin vəzifələrinə tam cavab verir. Nəzərə almaq lazımdır ki, dünya bütövlükdə tədqiqatın üçüncü obyekti olaraq qalır. Sosial-iqtisadi ölkəşünaslıqda öyrənilən obyekt əsasən, dövlət olduğu üçün ərazinin daha ətraflı təhlili tələb olunur. Buna görə də onda iqtisadi rayonlarla (sahəsinə görə, iri ölkələrdə onları zonalar, yaxud da regionlarda birləşdirirlər) əlaqədar, həmçinin yarım rayonlar, şəhərlər və s.ayrılır.
Dünya təsərrüfatının coğrafiyasında, ərazi problemlərinin təhlilində, başlıca
obyektlərdən biri kimi dövlətin seçilməsi müəyyənləşdirilir. Bir qayda olaraq, milli ərazi daxilində ona məxsus iqtisadi və digər göstəricilər dəqiqləşdirilir. Dünya ölkələrinin çoxunda uzun tarixi inkişaf onların hər birində özünəməxsus tasərrüfatin formalaşmasına şərait yaratmışdır. Məlumdur ki, tesərrüfat dünya iqtisadiyyatının tesirinə məruz qalır və öz növbəsində ona bu və ya digər təsir göstərir. Müxtəlif ərazilərdə bu proseslərin qarşılıqlı təsiri müxtəlif tarixi mərhələlərdə eyni olmamışdır. Məsələn, ölkənin milli sərhədlərinin dəyişməsilə əlaqədar prosesi göstərmək olar.
İkinci Dünya müharibəsindən sonra, əvvəllər vahid əraziyə malik olan ölkələr, sərhədlər və sərhəd ayıran (demarkasiya) xətlərlə bölünməyə məruz qalmışdır. Məsələn, Vyetnam, Almaniya, Çin və Koreyanı göstermək olar. XX əsrin sonunda onların bəziləri yenidən birləşmişdir. Onlardan Cənubi Vyetnamla Vyetnam Sosialist Respublikasının, AFR-lə ADR-in birləşməsi, Syanqamn (Hongkonq) öz tarixi vətəni ÇXR-in tərkibinə daxil olmasını göstərmək olar. Lakin Koreya Xalq Demokratik Respublikası və Koreya Respublikası (Cənubi Koreya), Çinin tarixi əyaləti olan Tayvan adası özlərinin siyasi və iqtisadi müstəqilliyini indiyədək davam etdirirlər. 1813 (Gülüstan) və 1828-ci (Türkmənçay) illərdə Rusiya ilə İran arasmda bağlanmış müqavilələrə əsasən Azərbaycan ərazisi iki hissəyə - Şimali və Cənubi Azərbaycana bölünmüşdür. Cənubi Azərbaycan İran dövlətinin, Şimali Azərbaycan isə Rusiyanın tərkibinə qatılmışdır. Sonrakı dövrlərdə isə Şimali Azərbaycan SSRİ adlanan dövlətin tərkibində suveren respublika kimi fəaliyyət göstermişdir. 1991-ci ildə SSRİ dağıldıqdan soma müstəqillik əldə etdi. Lakin Cənubi Azərbaycan hələ də İran dövlətinin tərkibində öz istiqlaliyyətini itirmiş halda fəaliyyət gösterir. XX əsrin 90-cı illərində dünyanın siyasi xəritesində ən böyük dəyişiklik baş verdi. SSRİ-nin dağılması nəticəsində 15 müstəqil respublika yarandı. Bu respublikaların çoxu (12-si) yeni beynəlxalq siyasi və iqtisadi statusla - Müstəqil Dövlətlər Birliyi (MDB) yaratdılar. Həmin illərdə Çexoslovakiya iki dövlətə - Çexiya və Slovakiyaya bölündü.Yuqoslaviya yeni dövlət sərhədləri qurmaqla bir sıra müsteqil respublikalara parçalandı. Bütün bunlar, göstərilən dövbtlərin dünyada siyasi və iqtisadi rolunu dəyişdirdi. Bu da dünya təsərrüfatının coğrafiyasının ərazi tədqiqat obyektlərində öz ifadəsini tapmışdır.
Dövlətlərin milli sərhədlərinin, tərkibində, ərazisində və xüsusilə tesərrüfatında baş verən dəyişikliklər ölkəşünaslıqda və müəyyən dərəcədə dünya təsərrüfatının coğrafiyasında nəzərə alınır. Onlar bütün dünya tesərrüfatının, dövlətlərarası nisbətilə toxunur. Belə ki, SSRİ-nin dağılması nəticəsində neft və dəmir filizi hasilatında, traktorlar, sement, yun parça, kərə yağı, süd və s. istehsalında tutduğu qabaqcıl yeri dünyanın digər ölkələri əvəz etdi. Bu proseslər dünya təsərrüfatının müxtəlif sahələrində ayrı-ayrı ölkələrin üstünlüyünü və reytinqini köklü surətdə dəyişdirdi.
Regionların coğrafi tedqiqatlarının əhəmiyyəti dünya tesərrufatında beynəlmiləlləşdirmə və qloballaşdırma proseslərinin artan roluna şərait yaratmışdır. Onlar XX əsrin ikinci yarısında bir qrup dövlətlərin təsərrüfatında, inteqrasiya formasında daha geniş tezahür etmişdir. Həmçinin, onlar da öz inkişafının dərinliyinə görə fərqlənən bir sıra mərhələlər qeyd edilir. Məsələn, azad ticarət zonası, gömrük ittifaqı, ümumi bazar, iqtisadi ittifaq, siyasi ittifaq və s. göstərmək olar. Onların ümumi əlaməti bu inteqrasiya proseslərində iştirak edən һəг bir dövlətdə istehsalın effektivliyini yüksəltmək məqsədilə dövlətlərarası bu və ya digər iqtisadi baryerləri (sədləri) ləğv etməyə çalışmaqdır. Yuxarıda qeyd edilən inteqrasiya qruplarının tehlili göstərir ki, onlar Yer kürəsinin çox hissəsini əhatə edir. Onlardan Avropa İttifaqını - Aİ, Azad ticarət barədə Şimali Amerika razılaşmasını - NAFTA, Asiya-Sakit Okean iqtisadi əməkdaşlığını - ATES, Cənubi Amerikanın, Amerikanın bir sıra ölkələrinin ümumi bazarlarını və s. göstərmək olar.
Həmçinin onlara iqtisadi inteqrasiya regionları kimi də baxmaq olar. Məsələn, Şimali Amerika, Cənubi Amerika demək olar ki, Qərbi Avropanın bütün ölkələri -Azad Ticarət üzrə Avropa Assosiasiyasına (AAST), yaxud da Avropa İttifaqına (Aİ) daxildir. Regional birliklərə Cənubi-Şərqi Asiyanın bir çox ölkələri daxil olmuşdur. Ümumiyyətlə, bu regionların һəг birində inteqrasiya qruplarının formalaşmasına coğrafi şərait (məsələn, bir qitədə yerləşməsinin, yaxud da hətta dənizlərlə ayrılmış ATS ölkələrinin yaxınlığının ümumiliyi), iqtisadi zəminlər və tarixi xarakter böyük həlledici təsir göstərir. Şərqi Avropa regionunun bölgüsü xüsusi diqqət tələb edir. O, Avrasiya materikinin mühüm hissəsini tutur. Bu iqtisadi regionun tərkibinə keçmiş Qarşılıqlı İqtisadi Yardım Şurasına (QİYŞ) daxil olan ölkələr; keçmiş SSRİ-nin tərkibinə daxil olan müasir MDB və Baltikyanı ölkələri - Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Albaniya daxildir. Bu regiona həmçinin, keçmiş Yuqoslaviyanın terkibindən ayrılan yeni yaranmış dövlətlər də aiddir. Onlar çoxlu ümumi coğrafi, etnik, geopolitik tarixi, siyasi və iqtisadi inkişaf qanunauyğunluqlarına malikdir. Şərqi Avropanın bu tərkibdə dövlətləri bütün Avrasiya materikində coğrafi cəhətdən böyük, lakin çox yığcam əraziyə malikdir. Keçmiş SSRİ-nin ərazisi və regionun dövlətləri arasında onun hüdudlarından kənarda onları bir-birindən ayıran mühüm təbii sədd yoxdur. Bununla yanaşı, region ərazicə dəqiq ifadə olunan dövlətlər qrupu təşkil edir. Bu da Avrasiya materikində onların fiziki-coğrafi mövqeyinin xüsusiyyətlərindən biridir və çoxlu tarixi, mədəni və iqtisadi proseslər regionun inkişafına həmişə güclü təsir göstərmişdir. Göstərilən proseslər indiki vaxta kimi Şərqi Avropanın coğrafiyasının özünəməxsus çoxlu əlamətlərini əks etdirir. Regionda etnik və dini cəhətdən slavyan dil qrupuna, yaxud da pravoslav dininə etiqad edən dövlətlər üstünlük təşkil edir. Onlardan rusları, ukraynalıların əsas hissəsini, belarusları, serbləri, bolqarları, rumınləri və s. göstəmək olar. Bütün bunlar regionda xalqların müxtəlif növ dini, mədəni və digər əlaqələrinin yaranmasına şərait yaradır. Regiona daxil olan dövlətlər çoxəsrlik mövcudluqları dövründə, qarşılıqlı münasibətdə inkişafın mürəkkəb və ziddiyyətli yollarnıı keçmişlər. Xüsusilə, İkinci Dünya müharibəsi illərində Hitler Almaniyasına qarşı müharibədə bu çox güclü surətdə özünü göstərirdi. Şərqi Avropanın dünyanın ən iri regionu kimi bölünməsi üçün başlıca meyar, regionun
tərkibində göstərilən dövlətlərin, iqtisadi əlamətlərinin ümumi olmasından ibarətdir. İnkişaf səviyyəsinin xüsusiyyətlərinə görə o, həmişə Qərbi Avropadan fərqlənir. İkinci Dünya müharibəsinə qədər SSRİ-dən kənarda region ölkələrinin çoxunun iqtisadiyyatının aşağı səviyyədə olması təsərrüfatın qarşılıqlı əlaqələrinin zəifliyinə şərait yaratmışdır. Onlar xarici ticarətdə əmtəə dövriyyəsinin cəmi 15 %-ni təşkil edirdi. Hətta 1917-ci ilə qədər Rusiya imperiyasının tərkibində 150 ildən çox sıx qarşılıqlı əlaqədə olan Polşa knyazlığı 1918-ci ildə müstəqillik əldə etdikdən sonra həmin əlaqələri demək olar ki, tam kəsdi. Həmçinin, о dövrdə eyni hadisə Baltikyanı respublikaları ilə də baş verdi. İkinci Dünya müharibəsindən sonra QİYŞ-in yaradılması iqtisadi inteqrasiyanın koordinasiya təşkilatını yaratdı. Şərqi Avropa dövlətləri planlı təsərrüfatın üstünlükləri əsasında qısa tarixi dövrdə öz xalq təsərrüfatlarını yenidən qurdular. Əvvələr geri qalan aqrar ölkələr (ADR və Çexoslovakiyadan başqa) sənaye-aqrar ölkələrinə çevrildilər. Onlarda iri çoxsahəli sənaye sahələri yaradıldı. Kənd təsərrüfatı məhsullarının istehsalı sürətlə artırıldı. Bu ölkələrin ərazisindən dünya əhəmiyyətli ən iri magistral neft və qaz kəmərləri keçirdi. QİYŞ Avropa ölkələrini vahid energetika sistemində birləşdirməklə, SSRİ-dən onların elektrik enerjisi ilə möhkəm və yüksək effektli techizatını təmin etdi. Qara və Baltik dənizlərində yüksək məhsuldar bərə keçidi yaradıldı. QİYŞ ölkələrinin bütün həyatını əhatə edən sıx inteqrasiya əlaqələri, xüsusilə, onların öz aralarında və başlıca olaraq, SSRİ ilə xarici ticarət dövriyyəsində dəqiq və effektli əlaqələr yaranmışdır. О dövrdə SSRİ-nin əmtəə dövriyyəsinin 20 faizi QİYŞ-in digər ölkələrinin payına düşürdü. SSRİ birinci növbədə, bu ölkələrin maşın və avadanlıqlarının 1/3 hissəsini alırdı, həmçinin onların prokat, daş kömür, elektrik enerjisi, dəmir filizi, pambıq lifi, neft və neft məhsulları, çuqun, təbii qaz və s. kimi xammal, yarımməhsullar və yanacağ növlərinin 100%-ə qədər idxal tələbatını ödəyirdi. Özü də SSRİ həmişə həmin məhsulları dünya qiymətlərindən çox aşağı qiymətə verirdi. Eyni zamanda, SSRİ xam istehlak mallarının 35%-ni, maşınqayırma məhsullarının 75%-ni bu dövlətlərdən alırdı. Bütün bunların hamısı region ölkələrini vahid inteqrasiya təsərrüfat kompleksinə çevirmişdi. QİYŞ ölkələrində inteqrasiya prosesi, NATO hərbi blokuna daxil olan ölkələrin, xüsusilə, soyuq müharibənin təşkilatçısı olan ABŞ-ın kəskin ideoloji, siyasi, xarici-iqtisadi təzyiqi şəraitində gedirdi. Buna görə də, QİYŞ ölkələrində iri iqtisadi nailiyyətlərlə yanaşı, çoxlu səhvlər, həll edilməmiş mühüm iqtisadi problemlər var idi ki, bu da 1970-1980-ci illərdə təsərrüfatın inkişaf prosesinə mənfi təsir göstərirdi.
SSRİ-nin və QİYŞ-in dağılması onların iştirakçısı olan dövlətlərə ağır təsir göstərdi.
Keçmiş SSRİ-nin yanacaq və xammal ehtiyatlarının, xüsusilə öz məhsullarının satış bazarının əhəmiyyətinin azalması, hətta bağlanması region ölkələrinin inkişafını ləngidirdi. Bu da Şərqi Avropa regionu ölkələrinin sənaye və kənd təsərrüfatı istehsalının kəskin azalmasına, bəzi ölkələrində iqtisadi, bəzi ölkələrində isə siyasi böhran yaratdı. Öz təsərrüfatının inkişaf səviyyəsinə görə onların bir çoxu xeyli geriyə düşdülər. Həm də bu dövlətlərin һəг birinin Qərb ölkələri ilə iqtisadi əlaqələrə can atması özünü doğrultmurdu. Şərqi Avropa regionunun kənd təsərrüfatı istehsal məhsulları Qərbi Avropada demək olar ki, lazım olmurdu. Hər şeydən əvvəl, Avropa İttifaqı (Aİ) standartlarına uyğun gəlmirdi. Hazırda bu ölkələr, bir qayda olaraq, hələlik yüksək texnologiyalı sənaye məhsulu təklif edə bilmirlər.
Avropada gedən iqtisadi proseslər Avropa dövlətlərinin sıx təsərrüfat əlaqələrinin yaranmasının zəruriliyinə şərait yaradır. Avropa İttifaqı, Qərbi Avropada öz mövqeyini daima gücləndirir və dünyada güclü iqtisadi potensiala çevrilir. Lakin onun mineral-xammal bazası məhduddur, xarici ticarəti isə, əsasən Qərbi Avropa daxilində dövr edir. Onlan, birinci növbədə, MDB və Şərqi Avropanın digər dövlətləri ilə sıx qarşılıqlı əlaqə hesabına genişləndirmək olar. Qərbi Avropanın bir sıra dövlətləri üçün Azərbaycan başlıca xarici-iqtisadi partnyora çevrilmişdir. Qərbi Avropa məhsullarının tranzit axınları və əks istiqamətdə Azərbaycandan yanacaq və xammalın Avropa ölkələrinə göndərilməsi artır. TRASEKA planının həyata keçirilməsi, qədim «İpək Yolu»nun bərpası Azərbaycan ərazisindən xarici yüklərin daşınmasına böyük təsir göstərir. Buna görə də Azərbaycan Ümumavropa iqtisadi proseslərində özünün tranzit mövqeyindən səmərali istifadə etməlidir. Bunun üçün bir sıra region dövlətləri, Avropa ilə qarşılıqlı iqtisadi inkişafın yeni meyllərini və şəraitini mənimsəməyə başlayırlar. Hələlik bir sıra ölkələr üçün Azərbaycan tədricən yenidən mühüm ticarət partnyoruna çevrilir.
Regiondaxili təsərrüfat münasibətlərinin güclənməsi Şərqi Avropanın bütün dövlətləri üçün, xüsusilə, MDB ölkələri ilə qarşılıqlı əlaqələr eyni cür əlverişlidir. Hələlik bu üstünlükləri yüksək dərəcədə Aİ dövlətləri reallaşdırır. Şərqi Avropa ölkələrinin keçmiş iqtisadi inkişafının bütövlükdə özünəməxsusluğu, təsərrüfatinın müasir vəziyyəti və gələcək artımı onun müstəqil region kimi bölgüsünə zəruri şərait yaradır.
Məlumdur ki, xalq təsərrüfatının sahəvi strukturu ictimai əmək bölgüsünə çoxdan daxil olmuş, buna görə də iqtisadi və xüsusilə coğrafi təhlillər üçün çox mürəkkəb və ağırdır. Dünya təsərrüfatının coğrafiyasında sahəvi və ərazi strukturunun tədqiqi özünün spesifik xüsusiyyətlərinə malikdir. Ölkəşünaslığın ərazi strukturları ilə müqayisədə onlar daha çox şaxəli və maksimum detallaşdırılıb. Нəг şeydən əvvəl, ölkələrin, yaxud da dünyanın xalq təsərrüfatının makrostrukturları təhlil edilir. Adətən ölkəşünaslıqda onların təsərrüfatında gedən ümumi iqtisadi dəyişiklikləri müqayisəli qiymətləndirmək üçün makrostruktur göstəricilərdən istifadə edilir. Onlar sənayeni, kənd və meşə təsərrüfatını, nəqliyyatı, tikintini və xidmət sahələrini əhatə edir. Makrosahəvi strukturlardünyanın ayrı-ayrı dövlətləri və onların rayonlarının təsərrüfatlarının ümumi səciyyəsi haqqında yalnız təsəvvürlər verir.