Mühazirənin təşkil olunduğu yer: mühazirə zalı; Mühazirə məşğələsinində istinad olunacaq mətni hazırladı : Ş.Əliyeva



Yüklə 130,88 Kb.
səhifə1/5
tarix25.03.2023
ölçüsü130,88 Kb.
#89786
növüMühazirə
  1   2   3   4   5

Fənn: Materiklərin fiziki coğrafiyası-2;
İxtisas: Tarix və coğrafiya müəllimliyi;
Kurs: II kurs (Yaz-4);
Tədris ili: 2022-2023-cü il;
Mühazirənin təşkil olunduğu yer: mühazirə zalı;
Mühazirə məşğələsinində istinad olunacaq mətni hazırladı: Ş.Əliyeva.

Mövzu 1.
Dünya təsərrüfatı nədir? Dünya təsərrüfatının coğrafiyası fənninin məqsədi, vəzifələri
və öyrənilməsi yolları

Mühazirənin planı:
1.1. Dünya təsərrüfatı nədir?
1.2. Dünya təsərrüfatının coğrafiyası fənninin məqsədi, vəzifələri
və öyrənilməsi yolları


1.1. Dünya təsərrüfatı nədir?
Dünya təsərrüfatı mürəkkəb siyasi-iqtisadi kateqoriya olub, ауrı-ауrı ölkələrin milli təsərrüfatının məcmunu və onların arasında iqtisadi əlaqələri təmsil edir. Təsərrüfatın özü isə sənaye, kənd tesərrüfatı və nəqliyyat sahələrinin sistemindən ibarətdir. Dünya tesərrüfatının əsasını məhsuldar qüvvələrin inkişafi, istehsal münasibətləri və beynəlxalq əmək bölgüsü (BƏB) təşkil edir.
İqtisadi ədəbiyyat mənbələrində məhsuldar qüvvələr istehsal vasitələrindən və onları hərəkətə gətirən müəyyən istehsal təcrübəsinə və əmək vərdişlərinə malik adamlardan ibarət olduğu göstərilir. İstehsal vasitələri - istehsalın maddi, cismi ünsürləridir. Yəni buraya torpaq, istehsal tikintiləri, maşınlar, alətlər, xammal, material, yanacaq və s daxildir. İstehsal münasibətləri - maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı ilə əlaqədar olaraq insanlar, ictimai qruplar və s. arasındakı münasibətlərdir. İstehsal münasibətlərinin başlıca müəyyənedici ünsürü istehsal vasitələri üzərində mülkiyyət formasıdır.
Beynəlxalq əmək bölgüsü (BƏB) isə dünya təsərrüfatı çərçivəsində ауrı-ауrı ölkələrin müəyyən məhsul növlərinin - xammal və hazır məhsulların istehsalı üzərində ixtisaslaşmasında ifadə olunur. Sənayenin, kənd təsərrüfatının, nəqliyyatın beynəlxalq mübadiləsinin inkişafı ilə əlaqədar olan beynəlxalq coğrafi əmək bölgüsü mütərəqqi və labüd prosesdir. О, ayrı-ayrı ölkələr arasında təbii resursların qeyri-bərabər paylanmasından, ayrı-ayrı ölkələrdə təbii şəraitin, iqtisadiyyatın strukturunun və inkişaf səviyyəsinin fərqli olmasından asılıdır. Beynəlxalq əmək bölgüsü dövlətlərarası əmtəə mübadiləsinə və məhsuldar qüvvələrin inkişafına şərait yaradır.
Müasir dünya tesərrüfatının tarixən formalaşma prosesi, dünya miqyasında təsərrüfat fəaliyyətinin beynəlmiləşdirilməsi üçün obyektiv tamayülün nəticəsidir. Dünya tesərrüfatının yaranması prosesi hələ XVII-XVIII əsrlərdə, kapitalizmin manufaktura mərhələsində başlamışdır. XIX əsrin sonu və XX əsrin əvvəlləri Avropada irimaşınlı sənayenin inkişafı ilə başa çatmışdır. İrimaşınlı sənaye, dünya bazarı və müasir nəqliyyat dünya təsərrüfatının formalaşmasına şərait yaratmışdır.
Ayrı-ayrı ölkələrdə həyata keçirilən istehsal proseslərini elmi-texniki inqilab daha da sürətləndirmiş, istehsalla yanaşı, elmi tədqiqatlar da ауrı-ауrı ölkələrin hüdudlarından çox kənara çıxmışdır (məsələn, istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması, istehsalın daha da iri müəssisələrdə cəmləşdirilməsi və s.). Elmi-texniki inqilab dövründə, beynəlmiləşdirilmənin yüksək keyfiyyətii yeni pilləsi - beynəlxalq iqtisadi inteqrasiya meydana gəlmişdir. İnteqrasiya (latın sözü olub - inteqrativ - tamlıq, birləşdirmə deməkdir) ауrı-ауrı ölkələrin milli təsərrüfatlarının yaxınlığına, onların iqtisadiyyatının qovuşmasına və regional təsərrüfat komplekslərinin yaranmasına təsir edir. Ticarətə əsaslanan adi əməkdaşlıqdan fərqli olaraq inteqrasiya ауrı-ауrı ölkələrin xammal, yanacaq, əmək resurslarından daha səmərəli istifadə еtməyə, milli təsərrüfatların yaxınlığına, onların iqtisadiyyatının qovuşmasına və regional tesərrüfat komplekslərinin yaranmasına təsir edir.
Bununla əlaqədar müasir dövrdə ümumdünya (qlobal) təsərrüfat mövcuddur. Onu beynəlxalq əmək bölgüsü ilə əlaqədar və bir-birilə mürəkkəb qarşılıqlı əlaqədə olan, tarixən formalaşmış və daim inkişaf etmiş dünya ölkələrinin milli təsərrüfatlarının sistemi kimi müəyyən etmək olar. Bu təsərrüfatın tərkib hissəsini dünya bazarı təşkil edir.
Müasir dünya təsərrüfatında mühüm rol oynayan beynəlxalq iqtisadi inteqrasiyanın iki əsas formasını fərqləndirmək qəbul edilmişdir: regional və sahəvi inteqrasiyalar. XXI əsrin başlanğıcından dünyada bir neçə iri və orta regional iqtisadi inteqrasiya qrupları fəaliyyət göstərir. Bunlardan biri Qərbi Avropada yerləşən Avropa İttifaqıdır (Aİ). Bu, 2008-ci ilin ortalarında ümumi əhalisi 460 milyon nəfər olmaqla, 27 ölkədən ibarət olan ən böyük inteqrasiya qrupudur. Şimali Amerikada - Azad ticarət barədə Şimali Amerika Razılığı (NAFTA) inteqrasiya qrupudur. Tərkibində üç dövləti - ABŞ, Kanada və Meksikanı birbşdirən bu qrupun ümurni əhalisi 500 milyon nəfərdir. Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası (ASEAN) inteqrasiya qrupu 10 ölkəni özündə birləşdirir və ümumi əhalisi 590 milyon nəfərdir. Latin Amerikası Assosiasiyası (LAA) inteqrasiyası qrupuna 12 dövlət daxildir. Ümumi əhalisi isə 460 milyon nəfərdir. Asiya - Sakit okean regionunun dünya təsərrüfatındakı rolunun artması, burada böyük bir iqtisadi qruplaşmanın yaradılmasına şərait yaratmışdır. 1989-cu ildə Avstraliyanın təklifi ilə Asiya-Sakit okean iqtisadi əməkdaşlığı - ATES iqtisadi qraplaşması yaradıldı. 2001-ci ildən onun tərkibində 21 ölkə və ərazi fəaliyyət göstərir. Вunu digər iqtisadi qruplaşmalardan fərqləndirən odur ki, onun tərkibində iqtisadi cəhətdən yüksək, orta və zəif inkişaf etmiş ölkələrə qədər vardır. Bunlardan ABŞ-ı, Yaponiyanı, Kanadanı, Avstraliyanı, Yeni Zelandiyanı, Koreya Respublikasını, Tayvan adasını, Rusiyanı, ASEAN ölkələrini, Meksikanı, Çini, Hindistanı, Pakistanı, Vyetnamı, Perunu, Kolumbiyanı, Çilini, Papua-Yeni Qvineyanı göstərmək olar.
Sahəvi iqtisadi inteqrasiya qrupları da çox geniş yayılmışdır. Mis, qalay, boksit, dəmir filizi, şəkər, banan və s üzrə məhsulların istehsalı və ixracı üzrə sahəvi iqtisadi inteqrasiya qrupları çoxdan mövcuddur. Bunlar arasında Neft Ixrac Edən Ölkələrin Təşkilatı - OPEK-in dünya təsərrüfatında rolu böyükdür. Çünki onun tərkibinə daxil olan ölkələrdə dünya neft ehtiyatlarının 67 % -i və təbii qaz ehtiyatlarının isə 40 %-i cəmlənmişdir. Bundan başqa, Neft ixrac edən Ərəb ölkələrinin də təşkilatı (OAPEK) mövcuddur. Bu təşkilata başqa tərkibdə 12 ölkə daxildir.
Dünya təsərrüfatının formalaşmasında transmilli şirkətlərin (TMŞ) rolu çox böyükdür. Transmilli şirkətlər baş şirkəti bir ölkənin kapitalına məxsus olan, filialları isə bütün dünya üzrə səpələnən şirkətlərə deyilir. Onlar kapitalına görə milli, fəaliyyətlərinə görə isə beynəlmilərdirlər.
1. TMŞ-lər bir çox hallarda dünya əmtəə və xidmət bazarlarının dinamikasını və strukturunu, bu bazarlrada rəqabət səviyyəsini müəyyən edirlər.
2. TMŞ-lər kapitalın beynəlxalq hərəkətinə və birbaşa xarici investisiyalara nəzarət edirlər. onlar inkişaf etməkdə olan ölkələrin əsas sərmayəçiləri kimi çıxış edir və onların iqtisadi inkişaf səviyyələrinə aktiv surətdə təsir edirlər. bu o deməkdir ki, müasir TMŞ-lər bütöv regionların inkişaf səviyyələrinə təsir etmək iqtidarındadırlar.
3. TMŞ-lər elmi-texniki tədqiqatları öz elmi mərkəzlərində cəmləşdirməklə texnologiya və biliklərin yaradılmasında və ötürülməsində əhəmiyyətli rol oynayırlar. Istehsal və maliyyə imkanları daha böyük olduğundan daha elmtutumlu istehsalla məhz onlar məşğul olurlar. Onlar daha çox tələb olunan istehlak keyfiyyətlərinə malik ən yeni məhsul növlərini hazırlayır və bununla da, istehsalın texnoloji inkişaf prosesinə yardımçı olurlar.
4. TMŞ-lər peşəkar biliklərin yayılmasına, müxtəlif ölkələrdən olan əməkdaşlar arasında təcrübə mübadiləsi prosesinə şərait yaratmaqla beynəlxalq işçi miqrasiyasının vacib amillərindən biri kimi çıxış edirlər. bununla da, beynəlxalq əmək bazarı meydana gəlir.
Beynəlxalq statistika məlumatına görə 1970-ci ildə dünyada 7 minə yaxın TMŞ hesablanırdı. 1980-ci ildə onların sayı 10 minə qədər artmışdır. Onlar dünyanın 125 ölkəsində 90 min filiala malik idi. 1990-cı illərdə onların sayı 40 minə qədər, filialların sayı isə 250 minə yaxın hesablanmışdı. 2000-ci illərin başlanğıcında 60 min, filialların sayı isə 600 minə yaxın idi. Bəzən, ən iri TMŞ-ın sayını 500, bəzən də 100, 50, 20 və hətta 10-a qədər hesab edirlər. XXI əsrin başlanğıcında 500 ən iri transmilli şirkətlər dünyanın başlıca regionları üzrə aşağıdakı kimi paylanmışdır: - Şimali Amerika-235, Avropa-145, Yaponiya-71, Asiya-Sakit Okean regionu (Yaponiyasız) - 35, Latın Amerikası - 8, Afrika - 4, Yaxın Şərq -1, Avstraliya -1. Ауrı-ауrı ölkələr arasında liderlər kimi ABŞ (222), Yaponiya (71), Böyük Britaniya (51), Almaniya (21), Fransa (19), Kanada (13) yer alıb. Dünyanın 100 ən iri transmilli şirkətlərindən 27-si Amerikanın, 14-ü Yaponiyanın, 13-ü İngiltərənin, 12-si Fransanın, 6-sı Hollandiyanın, 6-sı İsveçrənin və 4-ü İsveçindir. Bu rəqəmlər transmilli şirkətlərin ərazi təmərküzləşməsi barədə müəyyən nəticələr əldə etməyə imkan verir. Demək olar ki, transmilli şirkətlərirı 90 %-i iqtisadi cəhətdən inkişaf etmiş Qərb ölkələrində yerləşir. Dəqiq desək, dünya təsərrüfatının üç mərkəzində - ABŞ, Aİ ölkələri və Yaponiyada cəmləşmişdir. 10 %-ə yaxını isə inkişaf etməkdə olan ölkələrdə -Braziliyada, Argentinada, Meksikada, Hindistanda, Səudiyyə Ərəbistanında və 1 %-dən azı Mərkəzi və Şərqi Avropa ölkələrində yayılmışdır. Bizim fikrimizcə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) öz fəatiyyətinin xarakterinə görə artıq transmilli şirkət adlandırmaq olar.

Cədvəldən göründüyü kimi, istehsal sahələri üzrə ən iri TMŞ-nın bölgüsü çox maraqlıdır. Deməli, onlar ən çox avtomobilqayırma, elektron və elektrotexnika, neft hasilatı sənayesindədir. Onların ardınca, təamlı məhsullar və kimya sənayesi gəlir. Onu da qeyd etmək lazımdır ki, TMŞ-nın 33 %-i xidmət sahələri üzrə ixtisaslaşmışdır.Yuxanda qeyd olunanlara əsasən demək olar ki, dünya təsərrüfatı yalnız siyasi-iqtisadi deyil, һəm də coğrafi sistemdir. О coğrafi sistem olduğu üçün, coğrafi tədqiqatların başlıca istiqamətidir. Bununla əlaqədar dünya təsərrüfatını öy гаnən «Dünya təsərrüfatının coğrafiyası» elmi meydana gəlmişdir ki, bunun da özünün məqsəd və vəzifələri vardır.

Yüklə 130,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin