405. Aşağıdakı əlamətlərdən hansı əməyin elmi təşkilinə daxil deyil? A))müəssisələrdə əmək məhsuldarlığının hesablanması;
B) işçilərin səmərəli yerləşdirilməsi;
C) əmək üsulları və şəraitinin təkmilləşdirilməsi;
D) hər bir işçinin və kollektivinin yüksək son nəticələrə görə maddi və mənəvi stimullaşdırılmasının daha səmərəli metod və formalarının işlənib hazırlanması;
E) yaradıcılıq fəalığını stimullaşdıran şərait yaradılması.
406. Müəssisədə əməyin normalaşdırılması nəyi təmin etmir? A))istehsal olunan məhsulların satış imkanlarını müəyyən etməyi.
B) peşə və ixtisas üzrə işçilərin zəruri sayını hesablamağı;
C) əmək məhsuldarlığının yüksəldilməsi tapşırığını əsaslandırmağı;
D) istehsal olunan detal, qovşaq və məmulatın plan əmək tutumunu müəyyən etməyi;
E) əməyin nəticələrini qiymətləndirməyi
407. Sənaye müəssisələrində əməyin təşkilinin vəzifələrinə aşağıdakılardan hansı aid deyil? A))istehsalatda yeni texniki və texnologiyanının tətbiq edilməsi;
B) əlverişli iş şəraitini yaradılması;
C) istehsalatda texnoloji və əmək intizamana əməl olunmasını təmin edilməsi;
D) əmək kollektivinin yaradıcılıq təşəbbüsünün stimullaşdırılması;
E) iş vaxtının dəqiq uçota alınmasının səmərəli üsullarının və qaydalarının tətbiq olunması.
408. Xronometraj: A))istehsal prosesinin özündə iş vaxtı sərfinin müşahidə edilməsinə və ölçülməsinə əsaslanır;
B) bütün iş günü (növbə) ərzində iş vaxtı sərfini öyrənməklə iş vaxtı itikisinin səbəbələrinin və kəmiyyətini müəyyən edilməsinə əsaslanır;
C) istehsal edilən məhsulların standartlardan kənarlaşmalarının müəyyən edilməsinə əsaslanır;
D) müəssisənin və onun istehsal bölmələrinin ahəngdar işləməsinə saslanır;
E) müəssisədə kadrların vxtlı-vaxtında attestasiya olunmasına əsaslanır.
409. Əməyin normalaşdırılmasında hansı norma növündən istifadə edilmir? A))məsrəf norması;
B) vaxt norması;
C) say norması;
D) hasilat norması;
E) xidmət norması.