58. İşçilərin tələbatlarını ödəmək üçün iş qüvvəsinin dəyəri və keyfiyyəti müqabilində müəssisənin gəlirlərindən işçilərə verilən hissə belə adlanır: A)) əmək haqqı;
B) əmək tutumu;
C) əmək məhsuldarlığı;
D) əmək rejimi;
E) əmək günü.
59. Əməyin normalaşdırılması nədir: A)) normal iş şəraitində konkret işə və ya əməliyyata müəyyən olunmuş vaxtdır;
B) işin yerinə yetirilməsinə işçinin sərf etdiyi vaxtdır;
C) menecerin fəhlələri işlətdiyi ümumi vaxtdır;
D) məhsul vahidinin gün ərzində hazırlanma vaxtıdır;
E) müəssisə işçilərinin il ərzində içlədiyi saatların miqdarıdır.
60. İşçilərin sayının müəyyən olunmasında hansı göstəricilərdən istifadə olunur: A)) istehsal gücü, istehsal norması, işin quruluşu;
B) istehsalın ümumi həcmi, iş vaxtının illik həcmi;
C) istehsal gücü, istehsal tapşırığı, iş vaxtı,;
D) işçilərin maddı tələbatı, iş vaxtı fondu;
E) işə qəbul olunma barədə dövlət siyasəti.
61. Xidmət norması nəyi əks etdirir: A)) vaxt vahidinə işçinin xidmət etdiyi obyektlərin sayını;
B) gün ərzində işlədilən avadanlıqların sayını;
C) ümumiyyətlə işçilərin xidmət etdiyi avadanlıqların sayını;
D) müəssisədə xidmət olunan avadanlıqların sayını;
E) işçilərin fəaliyyətə sərf etdikləri vaxtın miqdarını.
62. Əməyin ödənilməsinin tarifsiz sistemi üzrə əmək haqqının ölçüsünün amillərinə aid deyil: A)) işçinin ixtisas dərəcəsi;
B) işçinin ixtisas səviyyəsi;
C) işçinin iş təçrübəsi;
D) işçinin əməkdə iştirak əmsalı;
E) işçinin faktiki sərf etdiyi vaxt.
63. Əməyin ödənilməsinin tarifsiz sisteminin növü olan kontrakt sistemində müqavilənin tərkibində əks olunmayan hissə: A)) əməkdə iştirak əmsalı;
B) əmək şərtləri;
C) tərəflərin hüquq və vəzifələri;
D) iş rejimi və əməyin ödənilmə səviyyəsi;
E) müqavilənin fəaliyyət müddəti.