64. Müəssisələrin tərkibinə daxil olan struktur bölmələrinin vəhdətliyi bunlardır:
A)) istehsal-texniki, təşkilati, iqtisad;
B) mexaniki, texnoloji, sosial;
C) istehsal, texnoloji, sosial;
D) təşkilati, iqtisadi,sosial;
E) texniki,texnoloji, mexaniki.
65. Müəssisənin təsisçilərinin xüsusiləşmiş əmlakının əmələgəlmə mənbələrinə aid deyil:
A)) dövlət büdcəsindən ayırmalar;
B) təsiscilərin pul və maddi payları ;
C) qiymətli kağızların satışından əldə edilən gəlirlər;
D) bank kreditləri və digər kreditlər;
E) hüquqi və fiziki şəxslərin əvəzsiz verdikləri vəsait.
66. Əmək məhsuldarlığının ölçülməsində şərti-natural döstərici nə vaxt tətbiq edilə bilər:
A)) eyni məhsul müxtəlif ölçülərdə olduqda;
B) müxtəlif məhsulların ölçüləri müxtəlif olduqda;
C) eyni məhsulların keyfiyyəti müxtəlif olduqda;
D) eyni məhsulların komponentləri müxtəlif olduqda;
E) eyni məhsulların dəyəri müxtəlif olduqda.
67. Məhsul vahidinin istehsalı üçün iş vaxtı sərfi belə adlanır:
A)) əmək tutumu;
B) əmək məhsuldarlığı;
C) əmək günü;
D) iş rejimi;
E) əmək şəraiti.
68. Qeyd edilənlərdən hansı əmək tutumunun növlərinə aid deyil:
A)) əşya əmək tutumu;
B) texnoloji əmək tutumu;
C) istehsal əmək tutumu;
D) istehsalın idarə edilməsinin əmək tutumu;
E) tam əmək tutumu.
69. Müəssisələrin əsas əlaməti-onun mülkiyyətində, təsərrüfat fəaliyyətində nəyin olmasıdır:
A)) xüsusi əmlakın ;
B) xüsusi maliyyə vəsaitinin;
C) xüsusi hüququn;
D) xüsusi əlaqələrin;
E) xaricə çıxışın.
70. Müəssisələrin təşkilatların mülkiyyətində olan əmlak belə ayrılır:
A)) daşınan, daşınmaz;
B) daşınan, ödənən;
C) ödənən, ödənməyən;
D) sadə və mürəkkəb;
E) daşınmaz, mürəkkəb.
Dostları ilə paylaş: |