91. Bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlara aiddir: A)) istehsal prosesinə daxil olmuş əmək predmetləri;
B) istehsal prosesindən çıxmış əmək predmetləri;
C) istehsal prosesində iştirak etmiş əmək vasitələri;
D) istehsalı başa çatmış əmək cisimləri;
E) müəssisənin anbarına daxil olmamış xammallar.
92. Bitməmiş istehsalın tərkibinə aid deyil: A)) məhsullar;
B) materiallar;
C) detallar;
D) qovşaqlar;
E) məmulatlar.
93. Faktiki sərf edilmiş lakin ödənilməsi gələcəkdə nəzərdə tutlan xərclər belə adlanır: A)) gələcək dövrün xərcləri;
B) gələcək dövrün gəlirləri;
C) məhsula çəkilən xərclər;
D) cari dövrün xərcləri;
E) cari dövrün gəlirləri.
94. Gələcək dövrün xərclərinə aid deyil: A)) məhsulun istehsalı üçün çəkilən xərclər;
B) məhsulun hazırlanması və mənimsənilməsi xərcləri;
C) səmərələşdirmə və ixtiralar üçün xərcləri;
D) layihə axtarış işləri üçün xərclər;
E) avadanlığın yerinin dəyişdirilməsi üçün xərclər.
95.Müəssisənin tədavül fondlarına aid deyil : A)) müəssisənin satdığı məhsullar;
B) müəssisənin anbarında olan hazır məhsul;
C) yüklənib göndərilmi, lakin pulu ödənilməmiş məhsul;
D) pul vəsaiti və məhsulun istehlakçıları ilə hesablaşmada olan vəsait;
E) debitor borcları.
96. Sənaye müəssisələrində dövriyyə vəsaitinin strukturuna təsir edən amillərin tərkibinə aid edilir: A)) hazır məhsulun keyfiyyəti;
B) hazır məhsulun kəmiyyəti;
C) hazır məhsuldan gəlirlər;
D) hazır məhsula çəkilən xərc;
E) zay məhsuldan itkilər.
97. Yaranma mənbələrinə görə dövriyyə vəsaitləri belə bölünür: A)) xüsusi və borc alınmış vəsaitlər;
B) ümumi və borc alınmış vəsaitlər;
C) ümumi və xüsusi borc vəsaitləri;
D) daxili və xarici borc vəsaitləri;
E) ümumi və daxili borc vəsaitləri.