106. Əsas fondlardan istifadənin ümumi və xüsusi göstəriciləri hansılardır:
A)) fondverimi və növbəlilik əmsalı;
B) iqtisadi və sosial, artım əmsalı;
C) fondverimi və köhnəlmə müddəti
D) fondtutumu və təzələnmə əmsalı;
E) əsas fondların dəyərinin artım tempi və köhnəlmə müddəti .
107. Müəssisələrin əsas fondlarının strukturuna hansı amil təsir göstərmir:
A)) kadrların idarə edilməasinin təkmilləşdirilməsi;
B) elmi-texniki tərəqqi;
C) istehsal edilən məhsulun mürəkkəblik dərəcəsi;
D) istehsalın təmərküzləşmə səviyyəsi;
E) istehsalın ixtisaslaşma səviyyəsi.
108. Müəssisədə istehsal əsas fondlarının qiymətləndirilməsinin natural göstəricilərdən hansı məqsədlər üçün istifadə edilir:
A)) əsas fondların texniki tərkibini, istehsal gücünü müəyyən etmək;
B) istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqları və fondtutumunu müəyyən etmək;
C) kadrlara olan tələbatı, istehsal gücünü müəyyən etmək;
D) əsas fondların texniki tərkibini, amortizasiya ayırmalarını müəyyən etmək;
E) avadanlıq balansı tərtib etmək, fondverimini müəyyən etmək.
109. Müəssisədə avadanlıqlardan intesiv istifadə yollarına aıd deyil
A)) hazırlıq tamamlama işlərinə və köməkçi əməliyyatlara vaxt sərfinin azaldılması;
B) avadanlığın birdəfəlik yükünün artırılması;
C) material emalının sürətinin artırılması;
D) xammal və materialları istehsala hazırlamaqla, onların keyfiyyətinin texnoloji proseslərin tələblərinə və hazırlanan məhsulun keyfiyyətinə uyğun gəlməsinin təmin edilməsi;
E) istehsal prosesinin qrafik üzrə sabit və müntəzəm, boşdayanma hallarına yol vermədən ahəngdar və birqərarda getməsinin təmin edilməsi.
110. İstehsal gücü nədir:
A)) müəssisənin zəruri keyfiyyətdə, çeşiddə maksimum məhsul buraxa bilmə qabiliyyətidir;
B) müəssisəyə dövlətin icazə verdiyi maksimum istehsal imkanı;
C) müəssisə məhsullarının satıla biləcək maksimum həcmi;
D) müəssisənin ilk istehsal həcmi;
E) bazarın yerli məhsul tutumu.
Dostları ilə paylaş: |