10. Maillik və konusluq. BC düz xəttinin AB düz xəttinə nəzərən mailliyi nisbətinə deyilir. Tutaq ki, mailliyi 1:4 olan BC düz xəttini qurmaq lazımdır. Bunun üçün üfiqi xətt üzərində A nöqtəsindən ixtiyari uzunluqda 4 bərabər parça ayrılır. Beləliklə, B nöqtəsi qurulur. Sonra isə A nöqtəsindən perpendikulyar qaldıraraq onun üzərində AB xəttinin dörddə birinə bərabər AC parçası ayrılır. Beləliklə, C nöqtəsi qurulur. Nəhayət B və C nöqtələrini birləşdirməklə mailliyi 1:4 olan BC xəttini qurmuş oluruq.
Konusluq Konusun oturacaq diametrinin onun hündürlüyünə olan nisbətinə konusluq deyilir (şəkil 51). Kəsik konusun iki oturacaq diametrləri fərqinin onların arasındakı məsafəyə olan nisbətinə konusluq deyilir. Maillik i, konusluq isə c hərfi ilə işarələnir.