Mühəndis qrafikası cavablar. AutoCad proqramının interfeysi


Çertyojların tərtibi üçün bəzi standartlar: xətlərin növləri, şriftlər



Yüklə 1,13 Mb.
səhifə2/4
tarix11.05.2023
ölçüsü1,13 Mb.
#111516
1   2   3   4
Mühəndis qrafika cavablar,

5. Çertyojların tərtibi üçün bəzi standartlar: xətlərin növləri, şriftlər.
Müstəvi üzərində həndəsənin əsas anlayışları - nöqtə və xətdir.
Xətlər düz, əyri və sınıqa olur.
Şua (yarı düz xətt) – xəttin hissəsidir, o bir tərəfdən A nöqtəsi ilə sərhədlənir (yəni, şuanın əvvəli var, sonu yoxdur).
A və B nöqtələri arasındakı xəttin hissəsinə - parça deyilir.
Əgər xətt bir neçə kəsikdən ibarətdirsə və o kəsiklər bir xətt üzərində yerləşmirlərsə, o xəttə sınıq xətt deyilir.
Əgər sınıq xəttinin hər iki ucu bir birinin üstünə düşürsə bu sınıq xəttə qapalı sınıq xətt deyirlər.
Düz xət şaquli, üfiqi və buçaq altında (və ya ümumi, maili) ola bilər.
Şriftlər
Cizgidə bütün yazıları və ölçü rəqəmlərini qoymaq üçün cizgi şriftlərindən istifadə olunur. Yazılışda eyni və asan olan standarta uyğun hərflər, rəqəmlər və işarələr - cizgi şriftidir. Bu standarta görə 2 növ şrift müəyyən edilmişdir:
A növlü 75°-yə yaxın maili və düz ;
B növlü 75°-yə yaxın maili və düz .
d – böyük hərflərin qalınlığı;
h – böyük hərflərin hündürlüyüdür.

6. Çevrənin bə­rabər hissə­lə­rə bölünməsi.


Müstəvi üzərində verilmiş nöqtədən eyni məsafədə olan bütün nöqtələrin əmələ gətirdiyi qapalı yastı əyri xəttə çevrə deyilir. Həmin nöqtəyə isə çevrənin mərkəzi deyilir. Müstəvinin çevrə ilə məhdudlaşmış hissəsinə dairə edilir. Həmin çevrə isə dairənin sərhəddi adlanır. Çevrənin mərkəzini onun istənilən nöqtəsi ilə birləşdirən düz xətt parçasina radius deyilir. Tərifdən görünür ki, çevrənin bütün radiusları bərabərdir. Çevrənin istənilən iki nöqtəsini birləşdirən düz xətt parçasina vətər, mərkəzdən keçən vətərə isə diametr deyilir. Diametr çevrənin mərkəzi ilə iki bərabər hissəyə bölünür. Çevrə üzərində istənilən iki nöqtə götürsək, bu nöqtələrin onu böldüyü hissələrinə qövs deyilir. Əslində iki nöqtə çevrəni iki qövsə ayırır. Ona görə lazım olan qövsü işarə etmək üçün adətən bu iki nöqtə arasında üçüncü bir nöqtə də götürürlər. Texnikada bir çox hallarda çevrəni bərabər hissələrə bölmək lazım olur. Məsələn, dişli çarxları hazırlayanda, flanslarda deşik açanda düzgün çoxbucaqlıları quranda çevrəni bərabər hissələrə bölürlər. Çevrəni bərabər hissələrə böldüyümüz zaman bütün qurmalar nazik xətt ilə yerinə yetirilməlidir.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin