Yuxarıda adları çəkilən texnologiyaların tətbiqi nəticəsində tərəfimizdən edilən seysmoproqnozun əhatə dairəsi və gözlənilən maqnitudanın hesablanmış həddi aşağıda göstərilmişdir. Xəzər və Azərbaycan -ml≥3.0;
Həmsərhəd ölkələr (Rusiya-Dağıstan; Gürcüstan, Ermənistan)-ml≥4.0; (Türkiyə, İran)-ml≥5.0;
Hinduquş seysmogen zonasının dərinfokuslu zəlzələ ocaqlarında yerləşən ölkələr (Tacikistan, Əfqanıstan, Pakistan) mb≥5.0; h≥90km;
Güclü, planetar zəlzələ ocaqlarında yerləşən ölkələr (İndoneziya, Yaponiya, Filippin, Çili) - mb≥6.0; h≥33km.
Yuxarıda adları çəkilən texnologiyalar yalnız Azərbaycanın flüidlərinin anomaliyaları əsasında zəlzələlərin operativ proqnozu üçün avtomatlaşdırılmış proqram-aparat kompleksindən ibarətdir. Ümumilikdə 13 sərbəst proqramdan ibarət 3 proqram paketi işlənmişdir. “SFD monitorinq məlumatlar bazasının” məlumatlarının gündəlik emalı və interpretasiyası məqsədi ilə “Atomatlaşdırılmış texnoloqiya №1 və №2…” istifadəsi üçün umumi fundamental platforma analoqu olmayan riyazi proqram təminatı və “Zəlzələrin qradasiya şkalası, onların episentr məsafəsi, dərinlik və maqnitudası ”cədvəlindən ibarətdir. Riyazi əsası aşağıdakı 4 ekspress- metod və alqoritmlərdən ibarətdir:
1. SFD monitorinqin variasiyalarında anomaliyaların “diapazon-interval” qiymətinin hesablanmasının ekpress-metodu (1-gün ərzində 26 obyekt üçün 17 parametr üzrə 305 qiymət).
2. Proqnazlaşlaşdırılmış zəlzələlərin “diapazon-interval” maqnitudasının hesablanmasının ekpress- metodu. O, formulalar şəklində göstərilir.
3-4. Proqnozlaşlaşdırılmış zəlzələlərin 1÷16 gün ərzində reallaşma vaxtı ilə “diapazon-interval” yerinin (koordinatları) identifikasiyasının ekpress-metodu.
Bu üsuldan istifadə edərək ilk dəfə olaraq 1986-2016-cı illər ərzində katastrofik və güclü zəlzələlər baş vermiş zəlzələ ocaqlarının “SFD “portretlərinin” Atlası” tərtib edilmişdir. “Atlasa” Azərbaycan və Xəzər akvatoriyası ilə yanaşı dünyanın digər seysmoaktiv regionlarının etalonları da daxil edilmişdir.
İşlənmiş “Аvtomatlaşdırılmış texnologiyalar №1 və №2…” aralarında əsas fərqi 2 amil əks etdirir: a) faktiki materialın gündəlik emalına və yekun nəticənin alınmasına tələb olunan vaxt; b) alınmış nəticələrin yekun formatı-“Rəhbərliyə qeydiyyat məlumatı”-nın formatı. Nəticədə aşağıdakı nəticələr alınmışdır: “Аvtomatlaşdırılmış texnologiya №2…”-dən istifadə etməklə SFD monitorinq məlumatlarinin emalı və reqionda seysmik vəziyyətin operativ qiymətləndirilməsi prosesləri bir iş günü ərzində 2 dəfə sürətləndirilmişdir (5-6 saatdan 2-3 saata).
“Аvtomatlaşdırılmış texnologiyalar №1 və №2…”-də emalın son mərhələsi-nəticəni tərtib etməkdir (“Nəticə”- “Rəhbərliyə qeydiyyat məlumatı”). O, aşağıdakı kimidir: