MüLKİ HÜquq anlayişI, pred-meti VƏ metodu


Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələ-rini vicdanla həyata keçirməyə borcludurlar. 2. MÜLKİ HÜQUQUN PREDMETİ



Yüklə 43,17 Kb.
səhifə3/13
tarix02.01.2022
ölçüsü43,17 Kb.
#43263
1   2   3   4   5   6   7   8   9   ...   13
referat 1580

3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələ-rini vicdanla həyata keçirməyə borcludurlar.

2. MÜLKİ HÜQUQUN PREDMETİ.

Ümumi hüquq nəzəriyyəsindən məlumdur ki, hüququn sahələrə və institutlara ayrılması üçün iki başlıca meyar vardır: hüquqi nizama-salmanın predmeti və metodu. Məhz bu iki meyar hüquq sisteminin sa-hələrə bölünməsi üçün əsasdır. “ Hüquq sahəsinin predmeti ” dedikdə, onun nizamladığı ictimai münasibətlərin dairəsi başa düşülür. “ Hüquqi tənzimetmənin metodu ” dedikdə, həmin hüquq sahəsinin tənzim etdiyi ictimai münasibətlərə təsir üsulları başa düşülür. Məhz hüquqi tənzim-etmə predmetinə və metoduna görə hüquq sahələri bir – birindən fərq-ləndirilir.

Hər bir hüquq sahəsi isə yalnız özünəməxsus müəyyən qrup ic-timai münasibətləri tənzimləyir. Məsələn, mülki hüquq “ əmlak və şəxsi qeyri - əmlak münasibətlərini ”, ailə hüququ “ nikah münasibətlərini, ailə üzvləri arasındakı münasibətləri və digər münasibətləri ” , əmək hüququ isə “ əmək münasibətlərini və əməklə əlaqədar digər münasibətləri ” nizama salır. Bu hüquq sahələrinin biri də mülki pro-sessual hüquqdur. Mülki prosessual hüquq – mülki işlər üzrə ədalət mü-hakiməsi həyata keçirilən zaman məhkəmə ilə prosesin digər iştirakçıları arasında yaranan, prosessual hərəkətləri və mülki prosessual hüquq mü-nasibətlərini nizamlayan hüquq normalarının sistemidir. Mülki proses-sual hüquq hüququn müstəqil sahəsi olduğundan, müstəqil predmetə və hüquqi nizama salma metoduna malikdir.

Mülki prosessual hüququn nizamasalma predmeti – mülki pro-sesdir. Mülki prosesə məhkəmə ilə mülki işin digər subyektləri arasında prosessual və hüquqi münasibətlər kimi baxılması o deməkdir ki, mülki prosessual hüququn predmeti yalnız məhkəmə icraatı ilə məhdud-laşdırılıb.

Mülki hüququn predmeti dedikdə, onun nəyi nizama salması başa düşülür. Başqa sözlə desək, mülki hüququn predmetini müəyyən növ ictimai münasibətlər təşkil edir. Mülki hüququn nizama saldığı ictimai münasibətlərə mülki hüququn predmeti deyilir.

Mülki hüququn predmetini təşkil edən ictimai münasibətləri iki qrupa bölmək olar:




Yüklə 43,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin