a) bu münasibətlər iştirakçıların bərabərliyinə, iradə azadlığına əsaslanmalıdır;
b) bu münasibətlərdə iştirak edən tərəflər əmlak cəhətdən müstəqil olmalıdır, yəni onlar hüquq bərabərliyinə malik olmaqla biri digərindən asılı olmamalıdırlar;
Yuxarıdakı əlamətlərə cavab verməyən əmlak və şəxsi qeyri-əmlak münasibətləri mülki hüququn predmetini təşkil edə bilməz. Bu o demək-dir ki, bütün əmlak münasibətləri mülki hüquqla nizama salınmır.
Hakimiyyət və tabeçilik prinsipi əsasında yaranan, tərəfləri hüquqi cəhətdən bərabər olmayan əmlak münasibətləri mülki hüququn predme-tinə aid deyildir. Bu cür əmlak münasibətləri inzibati, maliyyə, vergi və digər hüquq sahələrinin predmetini təşkil edir.
Beləliklə, tərəflərin hüquq bərabərliyinə malik olan və hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmayan əmlak və şəxsi qeyri-əmlak mü-nasibətləri mülki hüququn predmetini təşkil edir. Məsələn, borclu-kre-ditor, sifarişçi-podratçı bərabər hüquqlara malikdir.
“ Sistem ” sözü yunan sözü olub birləşmə, hissələrdən düzəlmə deməkdir. Hüquqa tətbiq olunduqda sistem anlayışı hüququn daxili vəh-dətdə olan ayrı – ayrı hissələrinin vahid bir tam halında birləşməsini ifa-də edir. Mülki prosessual hüququn sistemi mülki prosessual hüquq mü-nasibətlərinin xarakteri ilə şərtlənən daxili strukturdur ki, bu da mülki prosessual hüquq normalarının vəhdətində və uyğunluğunda, eyni za-manda onların müəyyən sahə və institutlara ayrılmasında özünü əks etdirir.
Mülki prosessual hüququn sistemini iki hissəyə bölmək olar:
Dostları ilə paylaş: |