Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə1/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
  1   2   3   4   5   6   7   8   9   ...   80
mulki mudafie 1-60 esas



1)Mülki müdafiə və onun mahiyyəti. Mülki müdafiənin məqsədi, tapşırqları. 
Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin) təhlükəsizliyinin təmin 
edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata 
keçirilən tədbirlər sistemidir. 
Mülki müdafiə sistemi – mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq 
icra hakimiyyəti orqanlarının, qüvvə və vəsaitlərin, xüsusi fondların, rabitə, xəbərdarlıq və 
informasiya təminatı sistemlərinin məcmusudur. 
Mülki müdafiənin məqsədi aşağıdakılardır: 
1. Fövqəladə hadisələrin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin hazırlanması və 
həyata keçirilməsi. 
2. Fövqəladə hadisələr zamanı mümkün ola biləcək ziyan və itkilərin həcminin maksimum
azaldılması. 
3. Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması. 
Mülki müdafiənin əsas vəzifələri aşağıdakılardır:FH-ların qarşısının alınmasına, FH-lar 
nəticəsində yarana biləcək zərərlərin maksimum azaldılmasına yönəlmiş qabaqlayıcı tədbirlərin 
hazırlanması və həyata keçirilməsi. 

FH təhlükəsi olduqda, yaxud baş verdikdə əhalinin dərhal xəbərdar edilməsi 

əhalinin sığınacaqlarla təmin edilməsi; 

zədələnmə ocaqlarında, fəlakət baş vermiş ərazilərdə qəza-xilasetmə və digər təxirəsalınmaz 
işlərin keçirilməsi; 

əhalinin və qiymətli maddi-mədəni sərvətlərin təhlükəli rayonlardan təhlükəsiz rayonlara 
köçürülməsi; 
- FH-lar baş vermiş ərazilərdə ictimai asayişin təmin edilməsi. 
«Mülki müdafiə haqqında Az. Res-nın Qanunu» (30 dekabr 1997ci il),

2) Mülki müdafiənin təşkil olunma prinsipləri 
1. Ərazi prinsipi (mülki müdafiə tədbirlərinin bütün ərazisində təşkil edilməsi və həyata 
keçirilməsi). 
2. Fərqli və kompleks yanaşma prinsipi MM tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərinde 
iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirilmiş şəkildə həyata 
keçirilməsi). 
3. Kütləvilik və məcburilik prinsipi (MM tədbirlərinin Azərbaycan Respublikasının bütün 
əhalisini əhatə etməsi və məcburi xarakter daşıması). 
4. Daimi hazırlıq prinsipi MM sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli 
fəaliyyətə başlamağa hazır vəziyyətdə olması).
5. Dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr 
haqqında əhalisinə dərhal məlumat verilməsi). 
6. Qarşılıqlı əlaqə prinsipi (MM tədbirlərinin təmin edilməsində iştirak edən dövlət 
orqanlarının və MM qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi. 
Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydasını müəyyən edən sənədlər 
Azərbaycan Respublikasının mülki müdafiə planı və Azərbaycan Respublikasının illik mülki 
müdafiə tədbirləri planıdır. Azərbaycan Respublikasının mülki müdafiə planı fövqəladə hadisələr 
zamanı ölkədə mülki müdafiənin idarə olunması üçün əsas sənəddir.Azərbaycan Respublikasının 
illik mülki müdafiə tədbirləri planı ölkənin mülki müdafiə üzrə tam hazırlığını təmin etmək 
məqsədilə tərtib olunur və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq 
edilir. 
3)Mülki müdafiə qüvvələri 


2
Mülkü müdafiə tapşırıqlarını həyata keçirmək üçün yaradılan MM qüvvələrinə FHN-nin MM qoşun 
hissələri, hərbiləşdirilməmiş MM dəstələri, ştatlı qəza-xilasetmə dəstələri, nazirliklərin, icra 
hakimiyyətlərinin, idarə və təşkilatların MM qüvvələri aiddirlər.
MM dəstələri tabeliklərinə görə ərazi və obyekt dəstələrinə, təyinatlarına görə isə ümumi təyinatlı 
və xidməti dəstələrə bölünürlər.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin