1.Təbii xarakterli fövqəladə hadisələr və onların xarakteristikası
Fövqəladə hadisə – insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəladə hadisələr qiymətləndirilməsinə və onlara qarşı adekvat tədbirlər görmək üçün tiplərinə, növlərinə, miqyasına, nəticələrinin ağırlığına, habelə, digər əlamətlərinə görə təsnif edilir.
Əgər, ehtimal olunan bütün fövqəladə hadisələri cəm halında götürsək, onda onları iki növə ayırmaq olar.
1) Münaqişəli; 2) Münaqişəsiz fövqəladə hadisələr. Münaqişəli fövqəladə hadisələrə: - hərbi toqquşmalar;
- ekstremist siyasi mübarizə;
- sosial partlayışlar;
- milli və dini zəmində olan münaqişələr;
- terrorizm;
- tüğyan edən cinayətkarlığı aid etmək olar.
Münaqişəsiz fövqəladə hadisələr: - təbii;
- ekoloji;
- texnogen xarakterli növləri nəzərə çarpır.
Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizə edən bir çox əlamətləri üzrə qruplaşdırıb, təsnif etmək mümkündür.
Respublikamızın ərazisində bütün bu növ fövqəladə hadisələrin baş vermə ehtimalı mövcuddur.
Tәbii xarakterli fövqəladə hadisələrə aid edilirlər:
1.Geofiziki FH: - zəlzələ;
- vulkan püskürmələri
2.Meteoroloji FH: - 11-12 ballıq fırtına, 12-15 ballıq qasırğa;
- leysan yağışlar;
- iri dolu;
- quraqlıq;
- güclü qar;
- güclü qar çovğunu;
- güclü buzlaşma, donvurma.
3.Hidroloji FH: - suyun səviyyəsinin qalxması (daşqınlar) və düşməsi,
- su hövzələrinin daşması;
- yeraltı suların səviyyəsinin qalxması (subasma).
4.Geoloji FH: - Sel;
- Sürüşmə;
- Torpaq uçqunu;
- Qar uçqunu (marxallar);
- Yerin yuxarı qatının köçməsi.
Geniş miqyaslı kortəbii yanğınlar - meşə yanğınları, yeraltı yanğınlar, zəmi və çöl yanğınları da təbii fəlakət sayıla bilər.
Geofiziki fövqəladə hadisələr:
Zəlzələ - yerin dərinliklərində, tərkində dağ suxurların yerdəyişməsindən, kəskin surətdə dağılmasından, yer qabığının müəyyən səthinin titrəməsi nəticəsində yerin altında və üstündə çatların əmələ gəlməsindən ibarətdir. Bu zaman yaranan təkanlar və titrəyişlər binalara öz təsirini göstərir. Zəlzələ ocağı ətrafında yeraltı təkanın gücü ən çox olan sahəyə zəlzələ mərkəzi deyilir.
Zəlzələnin gücü 12 ballıq Merkali cədvəli (Rixter şkalası) ilə ölçülür.