1. Təbii xarakterli fövqəladə hadisələr və onların xarakteristikası Fövqəladə hadisə



Yüklə 32,58 Kb.
səhifə2/4
tarix25.12.2023
ölçüsü32,58 Kb.
#196963
1   2   3   4
Sual 1

Zəlzələlərin təsnifatı
Zəlzələ ocaqları müxtəlif dərinliklərdə yerləşir.Onların əksəriyyəti yer qabığında 20-30 km dərinlikdədir. Bunula belə dərinliyi 700 km-ə çatan ocaqların da varlığı inkar edilmir. Belə ocaqlarla əlaqədar zəlzələlər dərin fokuslu adlanır. Zəlzələnin intensivliyi yer səthində titrəyişin dərəcəsini göstərir və balla ölçülür. Ölkəmizdə 12 bala bölünmüş seysmik cədvəldən (şkaladan) istifadə olunur.
Daha dəqiq desək:
- 1 bal-hiss olunmayan;
- 2 bal-çox zəif;
- 3 bal-zəif;
- 4 bal-orta mülayim;
- 5 bal-nisbətən güclü;
- 6 bal-güclü;
- 7-bal-çox güclü;
- 8 bal-dağıdıcı;
- 9 bal- viranedici;
- 10 bal-məhvedici;
- 11 bal-katastrofik;
- 12 bal-dəhşətli katastrofik zəlzələ sayılır.
1 bal gücündə zəlzələni insanlar hiss etmir, ancaq seysmik cihazlar qeyd edir. 2 bal gücündə zəlzələni adi şəraitdə bəzi adamlar hiss edir. 3 bal zəlzələni hərəkətdə olan adamlar hiss etmir. Əhalinin ancaq sakit şəraitdə olan qismi hiss edir. 4 balı zəlzələdə qab-qacaq, pancərə şüşələri silkələnir, qapılar cırıldayır. 5 balda binalar tərpənir, mebel hərəkətə gəlir, pəncərə şüşələri, divarların malası çatlayır, yatanlar oyanır. 6 balda titrəyişləri hamı hiss edir, divarlardan asılmış şəkillər və malalar qopur yerə düşür, binalar zədələnir. 7 balda daş binaların divarları çartlayır, antiseysmik və taxta binalar zədələnmir. 8 balda dağların iti yamacları çartlayır, heykəllər aşır, binalar möhkəm zədələnir. 9 balda daş binalar bərk zədələnir və ya uçub dağılır. 10 balda torpaqda iri çatlar, yarıqlar əmələ gəlir, sürüşmə və uçqunlar baş verir, daş binalar dağılır, dəmir yollarda relslər əyilir. 11 balda yer üzərində enli yarıqlar açılır, çoxlu sürüşmə, uçqun hadisələri baş verir, daş binalar tam dağılır. 12 balda torpaq son dərəcə parçalanır, çoxlu çatlar, sürüşmələr, uçqunlar baş verir, şəlalələr əmələ gəlir, çay dərələrinin qabağı kəsilir, göllər yaranır, çayların məcrası dəyişir. Bütün binalar uçub dağılır.
Yaranma səbəbləri.
Zəlzələnin baş verməsi üçün ilkin şərtlərdən biri də, yerin altında kövrək süxurların olmasıdır. Yerin mərkəzinə tərəf irəlilədikcə temperatur artır. Nəticədə suxurlar nisbətən yumşaq olur və burada zəlzələnin yaranması üçün az imkan olur. Zəlzələ ona görə də yerin üst qatlarına yaxın zonalarda cəmləşir. Bəzi hallarda zəlzələ yerin 700 km dərinliyinə qədər işləyə bilirlər. Əgər iki lay toqquşarsa, onda sıxlığı yüksək olan yüngül layı aşağıya yerin dərinliyinə itələyir.
Zəlzələlər həmçinin vulkan püskürməsi nəticəsində də yarana bilərlər. Ancaq burada baş verən zəlzələnin tektonik enerjisi məhduddur.
Zəlzələ zamanı Yerdə müxtəlif dalğalar yaranır. Bu dalğalar bütün yer kürəsinə yayılır və seysmoloqlar tərəfindən yerin istənilən nöqtəsində ölçülə bilir. Bu dalğalar yerin üst qatında baş verən dağıntılara səbəb olur.
Demək olar ki, zəlzələlərin hamısı tektonik zəlzələlərdir. Yer daxilində zəlzələyə səbəb olmuş ilk hərəkətin baş verdiyi yerə “hiposentr” deyilir.
Zəlzələ ocağının Yer səthinə perpendikuliyar proyeksiyası "episentr" adlanır.


Yüklə 32,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin