Mülki Müdafiə sistemində rabitənin və xəbərdarlığın təşkili Rabitə – idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir. Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil.
Mülki Müdafiənin rabitə sistemi mövcud olan bütün rabitə qüvvə və vasitələrinin, o cümlədən də obyekt daxili rabitə şəbəkəsinin vahid təşkilati-texniki birliyinə deyilir. Belə sistem ümumdövlət və sahə rabitə xətlərindən, radio və məftilli rabitə qovşaqlarından və stansiyalarından eləcə də Mülki Müdafiə qərargahlarının tabelli texniki rabitə avadanlığından, səyyar və siqnal vasitələrindən istifadə edilməklə yaradılır.
Rabitə-yuxarı təşkilatın rəhbəri, tabelikdəki qüvvələr və qonşular, həmçinin qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvələr arasında təşkil edilir.
Rabitə sistemi, daim hazır vəziyyətdə saxlanmalı, məlumatların etibarlı, fasiləsiz, dəqiq və tez çatdırılmasına imkan verməlidir.
Buna nail olmaq üçün idarəetmə məntəqələrində rabitə qovşaqlarını əvvəlcədən yaratmaq, bütün rabitə vasitələrindən kompleks halında istifadə etmək, eləcə də rabitə vasitələrinin ehtiyatlarını yaratmaq lazımdır.
Rabitə xidmətini icra etmək üçün obyektlərdə, eləcə də Mülki Müdafiə qüvvələrində rabitə qrupları və manqaları yaradılır. Onların təşkilati strukturu, şəxsi heyətinin sayı və avadanlıqla təchizat normaları yuxarı rəhbərlər tərəfindən müəyyən edilir.
Naqilli rabitə əsas rabitə növüdür və yüksək keyfiyyətli rabitəni təmin edir. (danışığın əlverişli qaydada aparılmasını, informasiyanın tez və dəqiq verilməsini və s.) Naqilli rabitədən – rayonun (şəhərin) nazirliyin (yuxarı idarənin) rəhbərliyi ilə obyektin sığınacaqları, müşahidə postu, iş yerlərindəki sex və şöbə rəisləri və obyektin Mülki Müdafiə xidmətləri ilə əlaqə saxlamaq üçün istifadə edilir.
Səhra şəraitində P-193M səhra telefon kommutatorundan, TA-57 telefon aparatından və PK-274 (PK-275) markalı səhra kabelindən istifadə etməklə məftilli rabitədən istifadə olunur.
Radiorabitədən – obyektdə, adətən Mülki Müdafiə rəhbərinin radioşəbəkəsi təşkil edilir, buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur. Obyekt Mülki Müdafiə rəhbərlərinin radiostansiyası isə şəhər (rayon) rəhbərinin radioşəbəkəsinə daxil edilir. Radiorabitədən xüsusən yürüş zamanı və zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur.
Radiorabitə istənilən mürəkkəb şəraitdə idarəetməni təmin edir. Radiorabitə vasitələri qısa müddət ərzində böyük məsafədə rabitə təşkil etməyə və bir neçə abonentə eyni vaxtda informasiya verməyə imkan verir. Bunlardan ultraqısadalğalı R-
105M, R-108M, R-109M və başqa radiostansiyaları göstərmək olar.