Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


İdarəetmə fasiləsiz və dayanıqlı olmalıdır



Yüklə 0,73 Mb.
səhifə28/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   24   25   26   27   28   29   30   31   ...   90
Mülki müdafiə-converted

İdarəetmə fasiləsiz və dayanıqlı olmalıdır. Yəni idarəetmə sistemi hər cür fövqəladə hallarda tabelikdəki qüvvələrin fəaliyyətinə fasiləsiz rəhbərlik etməyə imkan verməlidir. Buna, idarəetmə məntəqələrini və rabitə qovşaqlarını əvvəlcədən yaratmaqla, onların xidmətçi heyətlərini işə hazırlamaqla, habelə bütünlükdə idarəetmə sisteminin davamlı olmasını təmin edən bir sıra tədbirlər görməklə nail olmaq mümkündür. İdarəetmə prosesində fasilə yaranması, yaxud onun pozulması, adətən uğursuzluqla nəticələnir.

  • İdarəetmə prosesində məxfilik rejiminə ciddi riayət edilməlidir. Yəni operativ sənədləri işləyərkən və rabitə vasitələrindən istifadə edərkən təhlükəsizlik rejim və qaydaları mütləq gözlənilməlidir.

  • İdarəetmə sistemi fəaliyyətə daim hazır vəziyyətdə saxlanmalıdır. İdarəetmə sisteminin fəaliyyətə hazırlıq dərəcəsi, Mülki Müdafiə qüvvələrinin hazırlıq dərəcəsindən bir səviyyə yüksək olmalıdır. Bu, lazım gəldikdə Mülki Müdafiə qüvvələrinə rəhbərliyi dərhal təşkil etməyə imkan verir.

    Mülki Müdafiənin idarəetmə sistemi – idarəetmə orqanlarından, idarəetmə məntəqələrindən, rabitə və xəbərdarlıq vasitələrindən ibarətdir.
    Mülki Müdafiənin idarəetmə orqanlarına Mülki Müdafiə qərargahları, xidmətləri və köçürmə orqanları aiddir.
    İdarəetmə orqanının əsas vəzifəsi – hər cür şəraitdə idarəetmə işini, yəni Mülki Müdafiə rəhbərinin qərar və göstərişlərinin həyata keçirilməsini fasiləsiz və qətiyyətlə təşkil etməkdir.
    Mülki Müdafiə rəhbəri özünə tabe olan qüvvələri adətən idarəetmə məntəqəsindən idarə edir.
    İdarəetmə məntəqəsi (İM) – mülki müdafiəni hərbi vəziyyətə keçirərkən və ya fövqəladə hadisələr dövründə idarəedici heyətin yerləşməsi və işləməsi üçün nəzərdə tutulmuş, xüsusi avadanlıqla, texniki rabitə və xəbərdarlıq vasitələri ilə təchiz edilmiş otaqlardan (stasionar İM ), yaxud nəqliyyat vasitələrindən (səyyar İM ) ibarətdir.
    İdarəetmə məntəqələri orada yerləşən heyətin fövqəladə hallarda fasiləsiz işini, normal həyat fəaliyyətini (qidalanma, növbə ilə dincəlmə və s.) və etibarlı müdafiəsini təmin etməlidir.
    Səyyar idarəetmə məntəqəsi adətən aşağıdakı otaqlardan ibarət olur:

    • Mülki Müdafiə rəhbərinin iş otağı;

    • operatorlar yerləşən operativ iş otağı;

    • xidmət rəislərinin (mütəxəssislərin) iş otağı;

    • rabitəçilər qrupu yerləşən rabitə qovşağı;

    • növbələrlə dincəlmə yeri (otağı);

    • İM heyəti üçün fərdi mühafizə vasitələri, ərzaq və su ehtiyatları saxlanılan yer; - sanitariya qovşağı.


    Yüklə 0,73 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   24   25   26   27   28   29   30   31   ...   90




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin