Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Mülki Müdafiə təbliğatının forma, metod və vasitələri



Yüklə 0,73 Mb.
səhifə26/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   22   23   24   25   26   27   28   29   ...   90
Mülki müdafiə-converted

Mülki Müdafiə təbliğatının forma, metod və vasitələri Mülki Müdafiə biliklərinin təbliğində əsasən təbliğatın 3 formasından:
− şifahi;
− mətbuat;
− əyani formasından istifadə olunur.
Şifahi təbliğat kütləvi izahat işlərində müvəffəqiyyətlə sınaqdan çıxmış ən təsirli formadır. Şifahi təbliğatın üstünlüyü ondadır ki, bu zaman təbliğatçı dinləyicilərlə üzbəüz durur və canlı dialoq yaranır. Belə şəraitdə adamları başa salmaq daha asan olur, mövzu yaxşı qavranılır, aydın olmayan məsələləri sual-cavab yolu ilə aydınlaşdırmaq mümkün olur.
Bu işə həmçinin “Könüllü Hərbi Vətənpərvərlik Texniki- İdman”, “Bilik” və “Qızıl Aypara” cəmiyyətlərində çalışan təcrübəli alimlər və mütəxəssislər cəlb olunmalıdırlar.
Mətbuatın və başqa kütləvi informasiya vasitələrinin rolu Mülki Müdafiə biliklərinin təbliğində, yayılmasında və öyrənilməsində böyükdür. Respublikadakı hərbi-siyasi vəziyyəti nəzərə alaraq, Mülki Müdafiə təbliğatını gücləndirmək üçün dövri mətbuatın bütün imkanlarından səmərəli istifadə olunmalıdır. Ərazisində hərbi əməliyyatlar aparılan rayonlarda və ona qonşu olan ərazilərdə bu xüsusilə vacibdir.
Əyani təşviqat da Mülki Müdafiə biliklərinin təbliğində geniş istifadə edilən formalardan biridir. Bura, Mülki Müdafiə tədbirləri üzrə çəkilmiş sənədli filmlər, videoçarxlar, hazırlanmış sərgilər və s. aiddir. Stasionar və səyyar sərgilərdə nümayiş etdirilən fərdi mühafizə vasitələri və Mülki Müdafiə sistemində istifadə olunan texniki avadanlıqlar, mühafizə qurğularının maketləri və s. insanlarda mühafizə sistemi barədə tam təsəvvür yaradır. Mülki Müdafiə biliklərinin təbliğində mühafizə məsələlərinə dair çəkilmiş tam və qısametrajlı elmi-kütləvi və sənədli filmlər, kinojurnallar, habelə tədris filmləri əhalinin MM biliklərinə yiyələnməsində əvəzsiz rol oynayır.
Mülki Müdafiə biliklərinin təbliğində əyaniliyin ən mükəmməl nümunəsi isə Mülki Müdafiə üzrə vaxtaşırı keçirilən təlim və məşqlərdir. İdarə və müəssisələrdə, tədris ocaqlarında, eləcə də rayonlarda və şəhərlərdə keçirilən Mülki Müdafiə təlimləri bütünlükdə mühafizə tədbirlərinə bir növ baxışdır və belə tədbirlərdə çoxlu sayda insan iştirak etdir. Təbii ki, təlim iştirakçıları Mülki Müdafiə tədbirlərinin necə həyata keçirilməsinin bilavasitə iştirakçısı olduqları üçün təlim suallarını daha yaxşı qavrayır və müəyyən təcrübə qazanırlar.
Deyilənləri yekunlaşdıraraq belə bir qənaətə gəlməliyik ki, Mülki Müdafiə təbliğatının başlıca vəzifəsi əhalini təbii fəlakət, texnogen qəzalar və kütləvi qırğın silahlarının təhlükəsindən qorumaq sahəsində Mülki Müdafiə tərəfindən işlənib hazırlanan tədbirlərin təbliğindən və insanlarda ona möhkəm inam yaratmaqdan ibarətdir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin