Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


§5. Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasının təşkili



Yüklə 0,73 Mb.
səhifə22/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   18   19   20   21   22   23   24   25   ...   90
Mülki müdafiə-converted

§5. Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasının təşkili,
Mülki Müdafiə biliklərinin təbliği
Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlığının təşkili.
Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması mülki müdafiənin əsas vəzifələrindən biridir.
Fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əhalisi hazırlanır.Bu zaman 6-16 yaşlı şəxslərə-fövqəladə hadisələrdən müdafiə üsulları, 17 yaşdan yuxarı şəxslərə isə, bundan əlavə belə halların nəticələrini aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir.
Mülki müdafiənin əhaliyə öyrədilməsi respublikanın bütün ərazisindəki nazirlik, komitə, idarə və müəssisələrin, təşkilatların rəhbərləri tərəfindən təşkil edilir, kadrların hazırlanması sistemində əsas vəzifələrlə yanaşı mülki müdafiə üzrə vəzifələr də nəzərə alınmaqla həyata keçirilir.
Obyektlərdə mülki müdafiənin öyrədilməsi, tədris qruplarında məşğələ keçməklə və ya mühafizə məsələlərini müstəqil surətdə öyrənmək üsulları ilə həyata keçirilir.
Məşğələlərin mövzuları, keçirilmə qaydası və vaxtı (iş vaxtı və ya işdən sonra) yerli şərait, istehsalın xüsusiyyətləri və öyrədilən şəxslərin hazırlıq dərəcəsi nəzərə almaqla müəyyən edilir.
Kollektiv və ya fərdi əmək müqaviləsi bağlanarkən, mülki müdafiə hazırlığı üzrə işə qəbul edənin və əmək kollektivinin vəzifələri müəyyən olunur.
Mülki müdafiə hazırlığı üzrə mövzular və tədris saatlarının miqdarı müvafiq nazirlik, dövlət komitələri, baş idarələr tərəfindən yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır.
Mülki müdafiə təlimləri və məşqləri – fövqəladə hadisələr dövrlərindəki mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi üzrə bütün əhali qruplarını hazırlamağın əsas forması hesab edilir.
Respublikanın əhalisinə mülki müdafiə biliklərinin öyrədilməsində təbliğatın bütün formalarından istifadə olunur.
İstehsal və sosial təyinatlı obyektlərin rəhbər heyətinin hazırlanması.
Rəhbər heyətin hazırlığı bilavasitə təsərrüfat obyektlərində, ərazi və sahə Mülki Müdafiə orqanları tərəfindən keçirilən tədris-metodik toplanışlarda, kadrların ixtisasartırma üzrə təhsil müəssisələrində və mülki müdafiə kurslarında yerinə yetirilir. Rəhbər heyətin hazırlığı qüvvədə olan proqramlara müvafiq həyata keçirilir. Onlar həmçinin tədris ili ərzində 3-5 gün istehsalatdan ayrılmaqla keçirilən məşğələlərdə, məşqlərdə və toplanışlarda hazırlanır, yeni vəzifəyə təyin olunandan sonra isə hər 5 ildən bir MM kurslarında hazırlıq keçirlər.
Obyektlərin rəhbər heyəti və mütəxəssisləri yenidən hazırlanarkən tədris proqramına «Fövqəladə hallarda obyektin idarə olunması və onun sabit işinin təmin edilməsi» kursu, ictimai və humanitar tədris müəssisələrində isə «Mülki Müdafiə» kursu daxil edilir.
Məşğələlər bu kursun öyrədilməsi üçün planlaşdırılmış saatlarda, həm digər fənlər ilə kompleks halında, həm də kafedraların tapşırıqlarına əsasən müstəqil hazırlıq saatlarında keçirilir. Mülki Müdafiə kursunun öyrədilməsi – proqram həcmində yoxlama işi (referat) yazmaqla başa çatdırılır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin