III. BÖLMƏ: Fövqəladə hadisələr rejimində qəza-xilasetmə və digər təxirə salınmaz işlərin təşkili. Bu bölmədə əks olunur:
fövqəladə hadisə baş vermiş ərazilərdə ümumi və xüsusi kəşfiyyatın aparılması, kimyəvi zəhərlənmə və radioaktiv çirklənmənin, tikili və kommunikasiya şəbəkələrinin dağılma dərəcəsinin müəyyən edilməsi, dəyən ziyan və itkilərin miqdarının dəqiqləşdirilməsi;
mövcud qüvvə və texnika ilə ilkin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkil edilməsi və həyata keçirilməsi;
fövqəladə hadisə baş vermiş ərazidən əhalinin çıxarılması, köçürülməsi və onların müvəqqəti yaşayış yerləri ilə təmin edilməsi;
xəsarət alanlara ilk tibbi yardım göstərilməsi və onların müalicə ocaqlarına göndərilməsinin təşkili;
bitki və heyvanların xilas edilməsi üçün tədbirlərin görülməsi (aidiyyatı üzrə);