Mülki Müdafiə tədrisinin planlaşdırılması və uçotu üçün aşağıdakı rəhbər sənədlərdən istifadə olunur: «Mülki müdafiə» haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 saylı fərmanı;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 saylı qərarı;
Keçiriləcək təlimlər haqqında Mülki Müdafiə planından çıxarış və s.
Obyektlərdə Mülki Müdafiə tədrisinin planlaşdırılması üçün sənədlər: Obyekt Mülki Müdafiə rəhbərinin “Keçmiş tədris ilinin yekunları və yeni tədris ilinin vəzifələri haqqında” əmri;
Rəhbər heyətin, Mülki Müdafiə qüvvələri və işçilərinin Mülki Müdafiə hazırlığı üzrə qeydiyyat jurnalları;
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 1998-ci il tarixli 700 saylı və 15 iyul 2000-ci il tarixli 375 saylı Fərmanları ilə Azərbaycan Respublikasının «Mülki müdafiə haqqında» qanununa edilən düzəlişlər nəzərə alınmaqla, qanunun 11-ci maddəsində qeyd olunduğu kimi, “Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği”işlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi və Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti həyata keçirirlər.